Ağ göyərçinlər həsrəti
107
– Oxunanlar Allah kəlamıdır… Qulaq asmaq savabdır,
– deyə söhbət edən qonaqlara işarə ilə bildirmək istəyirdi ki,
mollaya olmasa da, Allah kəlamına hörmət etsinlər. Yenə də
qulaq asan asırdı, asmayanlar da öz işində idilər.
Əziz əsəblərini cilovlaya bilmirdi. Tək qalmaq istə-
yirdi… Öz dərdi ilə üz-üzə, göz-gözə qalmaq istəyirdi… Bir
qırağa çəkilib uşaq kimi ağlamaq istəyirdi. Dağ boyda dərdin
qabağında bu təm-təraq, bu etinasız insanlar ona az qala göz
dağı idi. Bir tərəfdən də özünü sakitləşdirməyə çalışırdı. “Əziz,
özünü ələ al! Elin adətinə üz çevirmək olmaz.. Təkcə sənin
üçün deyil ki. Hamı bu körpüdən keçir. Bu gün isə dərd sənin
üçün gəlib. Bunun başqalarına dəxli yoxdur. Bu dərdi sən
çəkməlisən. Bəlkə də doğru deyirlər, bu, sənin Sənəmə olan
son borcundur. Sənəm?!”
Sənəm kəlməsi Əzizi içərsindən yandıra-yandıra ötüb
keçdi. Dilini-dodağını da yandırdı. Gözlərindən od çıxdı.
Molla duanı oxuyub qurtardı və elan etdi ki, sabah üç
verilir. Qadınlar saat on birə, kişilər isə saat beşə dəvət olunur.
İmkanı olanlar buyurub gələ bilər. Sonra da işarə ilə bildirdi ki,
məclisə çörək gətirilsin. Mollanın işarəsinə bənd imiş kimi
cavanlar işə başladı. Süfrə səliqə-səhmanla düzülüb-qoşuldu.
– İmam ehsanıdır! Süfrəyə əl uzadın, – deyə molla
məclis əhlinə bildirdi və özü çörək kəsib şirin-şirin yeməyə
başladı.
“Məclis sahibi özü birinci süfrəyə əl uzatmasa, qonaqlar
da süfrəyə əl uzatmaz.” Bu səs lap uzaqlardan gəldi. Babasının
səsi idi. Nə vaxtsa, o, Əzizin atasına belə demişdi, bu da Əzizin
yadında qalmışdı.
Əziz özünü toplayıb bir tikə çörək kəsdi. Amma tikə
ağzında böyüdü. Nə qədər etdisə, boğazından keçmədi. Qalxıb
məclisdən çıxdı. Bir an çadırın qabağında ayaq saxladı. Nə
Solmaz Muxtarova
108
etmək istədiyini özü də bilmirdi. Kimsə ona yanaşıb nə isə
dedi. Amma Əziz heç nə başa düşmədi: “İndi mən nə edim?!”
Bir kənarda dayanıb gəlib-gedəni qarşılayan Zakir
Əzizə yaxınlaşdı:
– Qardaş, bir şey lazımdır?
– Yox, yox… Heç nə lazım deyil, – deyə hövsələsiz
cavab verdi. Azca sonra Əziz nə fikirləşdisə, cibindən bir çin
pul çıxarıb Zakirə uzatdı.
– Al, məclisi yola ver… Hər şey layiqli olsun.
Başqa heç nə demədi. Zakir də heç nə soruşmadı.
Əziz maşına oturub bağa tərəf üz tutdu. Yolda bir neçə
dəfə maşını saxlayıb durdu. “Artıq Sənəm yoxdur… Və bir də
heç vaxt olmayacaq…”
Yol boyu bir neçə dəfə bu səs onun qulaqlarında
cingildədi.
Hava sərin idi. Əziz maşını həyətə salıb, qapını arxadan
bağladı. Eyvana çıxdı. Eyvanda masanın üstündəki qızıl güllər
bir qədər solmuşdu. Otuz doqquz gül idi. Üç gün əvvəl
Sənəmin otuz doqquz yaşı olmuşdu. Əvvəlcə restoranda, sonra
isə bağda qeyd etmişdilər. Əziz həsrətlə boynu bükülmüş
güllərə baxdı. Bir xeyli baxdı… Sonra keçib divanda oturdu və
uşaq kimi ağladı. Əzizin bütün bədəni əsirdi. Ona elə gəlirdi ki,
onun ömrü boyu tikib-qurduğu dünyası uçub-dağılırdı.
O, bir xeyli ağlayıb boşaldı. Bədəni süstləşdi. “Sə-
nəm?!” Ona elə gəldi ki, Sənəm bu dünyadan tək özü
getməyib. Özü ilə bahəm Əzizin keçmişini, bu gününü,
sabahını… Yaxşı hər nəyi varsa – hamısını özü ilə aparıb.
Bundan belə Əzizin yaşaması üçün heç nə qalmayıb. Heç nə…
Bəs necə olacaq? Bu boş, mənasız dünyada Əziz təkbaşına nə
edəcək? Özünə yazığı gəldi. Başını qaldırıb çölə baxdı.
Yağış hələ də narın-narın yağmaqda idi. Bu yağış
Sənəmin məzarına yağırdı. Bu fikir onu üşütdü. Qalxıb bir neçə
Ağ göyərçinlər həsrəti
109
dəfə eyvanda hövsələsiz var-gəl etdi. Bir araq götürüb masanın
arxasına keçdi.
Əziz on ildən çox idi ki, içmirdi. İçkini birdəfəlik at-
mışdı. Çünki Sənəm belə istəmişdi. Demişdi ki, canına zi-
yandır. Doğrudan da Əziz içəndə çox əziyyət çəkirdi. “Bağışla
məni Sənəm, mən bu gün içməliyəm. Bağışla məni…” Əziz bu
sözləri ucadan dedi və araqdan qədəhə doldurub başına çəkmək
istədi. Amma əl saxladı. “Axı sən mənə söz vermisən, Əziz!”
Əziz bu səsi açıq-aydın eşitdi. “Bağışla, dərd məni vaxtsız
yıxıb…”
O, qədəhi yerə qoyub ayağa qalxdı. Eyvanın kənarına
yaxınlaşıb durdu. Qonşu həyətlərdə yanan işıqların şöləsi
süzülə-süzülə ətrafa yayılırdı. Məhəllə uşaqlarının səsi, musiqi
səsi bu ağır sükutu yarıb keçərək Əzizin başı üzərində
dolanırdı.
Əziz işıqları yandırmamışdı. Qaranlığa sığınıb sa-
kitləşmək istəyirdi. Çünki heç kəsi, heç nəyi görmək istəmirdi.
Artıq onun bu dünyada görmək istədiyi bir şey yox idi. Bir də
fikrindən keçirtdi ki, onun işığı yuxarıdan söndürülüb, çətin ki,
bir də yana.
Əziz boşluqda idi. Onu bu dünyaya bağlayan bütün
tellər qırılmışdı. Dünənki bacarıqlı, dözümlü Əziz artıq yox idi.
Necə ki Sənəm ona tez-tez deyərdi:
– Əziz, sən heç kəsə bənzəmirsən…
Heç kəsə bənzəməyən Əziz bir göz qırpımında tarimar
oldu. Heç izi-tozu da qalmadı.
– Sənəm…
Özündən asılı olmadan Əziz astadan Sənəmi çağırdı.
Sanki ondan kömək istəyirdi. Amma səsinə səs verən olmadı.
Handan-hana həzin bir musiqi səsi az qala Əzizi sil-
kələdi. O, bu səsdən qaça bilmədi. Əksinə bədəni uçundu. Akif
İslamzadənin səsi idi… Bu səs daha çox bir qəlbin naləsinə
Dostları ilə paylaş: |