86
Sonralar proletar dünyasında nəinki Ağa Musanın sərvət-
lərinin “qırmızılaşdırılmasına”, talan edilməsinə, hətta ruhuna
rahatlıq verilməmişdi. Azərbaycan müstəqillik əldə etdiyi za-
mandan bütün sahələrdə özünü dərk, özünə qayıdış hissləri güc-
ləndiyi kimi, bu böyük insanın adına münasibətdə də diqqət və
ehtiram hiss olunur. Ona hüsn rəğbət artır. Əminəm ki, zaman
keçdikcə xeyriyyəçi Bakı milyonçularının xatirəsi daha əziz
tutulacaq.
Azərbaycan hələ qədim zamandan zəngin tarixi ilə və bu
tarixi bu günə kimi yaşadan şəxsiyyətləri ilə seçilib. Onlar vətən
üçün yaşamış, yaratmışlar. Çalışmışlar ki, özlərindən sonra qala-
caq izlər millətin yaddaşında vətənin abidəsi kimi qalsın.
Tariximizi yaşatmaq baxımından belə şəxsiyyətlərin əməl-
lərini yaddaşlara köçürüb qorumağı bacarmaq və milli sahibkar-
larımızın adlarını uca tutmaq borcumuzdur.
Tarix unutqanlığı heç vaxt bağışlamır.
Ağa Musa kimi millətin yolunda
var-dövlətini xərcləməkdən
çəkinməyən sahibkarların itirilən haqlarını qaytarmasaq da, heç
olmasa onların adlarını uca tutmaqla ruhlarını şad etməyi bacar-
malıyıq.
“Unutmadığımız keçmiş tarixə dönür” – deyiblər. Tarix isə
şəxsiyyətlər yetişdirir.
Amma bizlər bir qədər unutqanlığa qapılaraq bunu dəyərlən-
dirməyi bacarmamışıq. Əksinə əlimizdə olana təbii məqam kimi
baxıb, hətta olduğu dəyəri də verməkdə xəsislik etmişik. Sadəcə
düşünmək lazımdır ki, neftxudalar varidatlarını xalqın yolunda
məsrəf ediblər.
Keçmişimizi qurub-yaradanın kimlər olduğunu düşünməyi
bacarmalıyıq.
89
AЬA
MUSA
ONUNLA QUDA OLUB
H
əmin dövrdə yaşayıb, yaradan neft xudalardan biri olan
Şəmsi Əsədullayev böyük hörmət və nüfuz sahibi olub. Təbiət
etibarilə qeyri-adi insan olan Şəmsi Əsədullayev, eyni zamanda
bir neçə ixtiraların müəllifi idi. Kasıb ailələrdən olan azərbay-
canlı gənclər onun hesabına Fransa, Almaniya, Polşa kimi döv-
lətlərdə təhsil almış, ixtisasa yiyələnmişlər.
Var-dövləti və xeyriyyəçiliyi ilə sayılıb-seçilənlərdən olan
nüfuzlu Şəmsi Əsədullayev “maliyyə fırıldağı”nın qurbanına
çevrilir.
Belə ki, onun tərəfindən sifarişçiyə göndərilən böyük miq-
darda kerosin vaxtında ünvanına çatdırılmadığından geri qayta-
rılır. Nəticədə bütün müəssisələri iflasa uğrayır. Şəmsi Əsədul-
layevin bütün əmlakı girov qoyulur. Banklar ona mənsub vek-
sellərin qəbulundan imtina edir.
Ticarətin öz qanunları var.
Şəmsi Əsədullayevin ümidi hər yerdən üzülür. Məhz belə
çətin bir anda Ağa Musa Nağıyevin atdığı addım hamının hey-
rətinə səbəb olur. Ona yardım əlini uzadır. Borclarını ödəyir.
Ağa Musa Nağıyev inanırdı ki, yüksək ağıl sahibi olan Şəm-
si Əsədullayev qısa müddət zamanında ayağa qalxacaq. Həqiqə-
tən tez bir zamanda belə də olur.
Tarixdən bəllidir ki, bu iki milyonçunun dostluğunun qo-
humluq telləri ilə övladları daha da bərkitmişdi.
P.S.
Şəmsi Əsədullayevin oğlu Mirzə, Ağa Musa Nağıyevin
qızı Ümmül Banu ilə ailə hayatı qurmuşdu. Qızı Xədicə xanım isə Ağa
Musanın qardaşı Yusifin həyat yoldaşı olub. Yusif həyatını erkən
dəyişdiyindən, Xədicəni Ağa Musanın qardaşı Ağa Əlinin oğlu Ağa
Tağıya ərə veriblər. Xədicə xanımın birinci nikahdan iki övladı –
Sadıx və Ruqiyə; ikinci nikahdan isə bir övladı – Murad olub.
Muradın və həyat yoldaşı Dursun xanımın yadigarı Ofelya xanım
hal-hazırda Akademiyanın Ədəbiyyat İnstitutunun elmi işçisidir.