75
BAШQALARINDAN FЯRQLİ
OLARAQ...
A
ğa Musanı yaxından tanıyanlar, ondan pul almağın çox
müşkül məsələ olduğunu söyləsələr də, onun xoş xasiyyətli, mə-
zəli, çox baməzə insan olduğunu demişər.
Ağa Musa Nağıyev dilənçiləri sevməzdi. O, demişdi: Əli-
ayağı olan sağlam adama sədəqə verməzlər, qoy gedib mənim
kimi hamballıq etsin.
Adətən milyonçular qurban, orucluq və novruz bayramların-
da nəzir paylayardılar. Belə günlərdə Ağa Musa Nağıyev hər sə-
dəqə istəyənə pul verməzdi. Harada kor, şikəst və yaxud xəstə
görərdisə, onlara əl tutardı.
Ağa Musa Nağıyev keçmişini unutmamış, qənaətçil olmuş,
vəsaitini ölkənin inkişafına, milli kadrların yetişməsinə xərclə-
məkdən çəkinməmişdi. Bilirdi ki, xalqı qədirbiləndir. Onun xe-
yirxah əməlləri unudulmayacaq.
O zaman ictimai və xeyriyyə işlərilə məşğul olan Cəmiy-
yətlərin fəaliyyəti gün-gündən genişlənirdi. Artıq bütün bu işləri
özündə cəmləşdirəcək vahid müsəlman xeyriyyə – mədəniyyət
mərkəzinin yaradılması bir zərurətə çevrilmişdi.
Ağa Musa Nağıyev yeni inşa olunmuş “İsmailiyyə” sarayını
məhz belə bir mərkəz elan edir.
Binada “Nəşr-Maarif” Cəmiyyəti tərəfindən müxtəlif xey-
riyyə tədbirləri də keçirilirdi.
Bina 1918-ci ilin mart ayında ermənilərin Bakıda törətdiklə-
ri qırğınlar zamanı qarət edilmiş və yandırılmışdı.
1918-ci ilin sentyabr ayında Bakı düşmənlərdən azad edil-
dikdən sonra, Milli Hökumətin qərarı ilə bina yenidən bərpa
olunur.
Südabə Sərvi,
“El” jurnalının Baş redaktoru
76
Q I S A B İ O Q R A F İ K
Ш Я R H
A
zərbaycan xalqı tarixi siyasi və ictimai şəraitinə görə,
XIX-XX əsrlərdə yerli sahibkarların neftdən əldə etdikləri gəlir
hesabına bu gün müstəqil Azərbaycanın bütün sahələrində fəa-
liyyət göstərən alimlərin, iqtisadçıların və digər mütəxəssislərin
ərsəyə gəlməsində milli burjua nümayəndələrinin böyük xidmət-
ləri olmuşdur.
Təəssüflə qeyd etmək olar ki, Azərbaycan Demokratik Cüm-
huriyyətinin devrildikdən sonra, yaranmış sosialist inqilabı döv-
rünün böyük və milli burjua nümayəndələri sayılan A.M.Nağı-
yev, H.Z.Tağıyev. M.Muxtarov, Ş.Əsədullayev, Aşurbəyov və
bir çoxlarını səhv və yanlış təhlillər nəticəsində itirdi. XIX əsrin
əvvəllərində sonradan adı Azərbaycanın məşhur “11 milyonçu”
sırasındakı siyahıda öncül yerlərdən birini tutan Ağa Musa Na-
ğıyev 1849-cu ildə Bakının Biləcəri kəndində dünyaya göz açıb.
Doğumla ölüm arasındakı ömür adlı məsafədə hərə öz həyat
trayektoriyasını cızır. İnsan dünyaya göz açdığı kimi bir gün də
gözlərini yumub, ona əlvida deyir. Ancaq hər şey bununla bit-
mir. Axirət evinin qapısına hərə bir cürə üz tutur.
Elə insan var ki, dünyadan köçəndə fərqli xüsusiyyətinə gö-
rə yadda qalır. Belə insana illər boyu rəhmət diləyib, gördüyü
işləri minnətdarlıqla xatırlayırlar.
Azərbaycan xalqının qürur duyduğu, Bakı milyonçusu Ağa
Musa Nağıyev belələrindən idi.
Varidatının ümumi miqdarı 413 mln. məbləğində dəyərlən-
dirilən Ağa Musa Nağıyev kapitalını
ancaq bina tikintisinə deyil,
o dövrdə cəhalət girdabında boğulan xalqının maariflənməsinə,