Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə43/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   39   40   41   42   43   44   45   46   ...   59

 
164 
1898-ci ildə Ağa Musa Nağıyevin əmlakının dəyəri 334 560 
rubl olub. Ağa Musanın təkcə “Volqa Kamsı” bankındakı pulları 
bəs edərdi ki, Azərbaycanda şöhrət qazansın.   
Məhz  bu  keyfiyyətlərinə  görə  car  Nikolay  II  onu    “Neftin 
Kralı” adlandırıb. 
Ağa Musa uzaq Qərbə yönəldiləcək yolun təmirinə, Tiflisdə 
Mədrəsənin,  Bakıda  Politexnikumun  tikintisinə  vəsait  ayıran, 
Bakı  neft  istehlakçılarının  iştirakı  ilə  keçirilən  tacirlərin  müşa-
virəsində  əl  üsulunun  domna  ilə  əvəz  olunması  faktını  sübuta 
yetirən,  havadarlıq  etdiyi  tamaşaların  iştirakçılarına  qiymətli 
hədiyyələr verən,  fəhlələrinə  öz hesabına toy edib, fərqli işçilə-
rini  öz  hesabına  oxutmaqla  bərabər  onların  təhsil  almalarına 
sevinən olub.     
Artıq  49  yaşlı  Ağa  Musanın,  ağ  neftin  istehsalını  2,3  mln. 
puda  çatdıran  Qara  şəhərdəki  zavodunun  məhsulları  müxtəlif 
istiqamətlərdə  yayımlanırdı.  Bu  yönümdə  göndərilən  mazut  və 
yüksək  keyfiyyətli  neft  məhsularının  cəmi  15  mln.puda  çatıb. 
Sabunçu,  Suraxanı  və  Ramanadakı  neft  mədənlərində  65  neft 
buruğu, Neftayırma zavodu və mexaniki emalatxanası olub.  
1891-1892-ci illərdə Rotşeldlə birgə yaratdığı blok kerosinin 
xaricə  eksportu  və  satışı  haqda  bir  sıra  razılaşmaların  imzalan-
masına böyük köməklik gostərmişdir. 
I dərəcəli gildiyalı tacir, milyonçu titullarına layiq görülmüş 
Ağa  Musa  Nağıyev  Azərbaycanda  ən  iri  neft  sahibkarları  sıra-
sına qatılır. 
O,  çox  uzaq  görən  idi.  Vaxtın  hədər  getməsinə  imkan  ver-
mirdi.  
XIX  əsrin  axırlarında  bir  birinin  ardınca,  sərvət  qoyduğu, 
yaratdığı  işlərdən ruhlanan milyonçu Sabunçu, Suraxanı  və  Ra-
manada  “Neftçıxarma” firması yaradır. 


 
165 
1906-cı ildə balıq sənayesinin inkişafında da Ağa Musa Na-
ğıyevin böyük və xüsusi rolu olub. O, balıq vətəgələri üzrə hər-
racda külli miqdarda kapital sərmayə qoymaqla ən iri vətəgələri 
ələ keçirmişdi. Kür - Balıq Sənayesində çoxluq təşkil edən balıq 
vətəgələri  də  ona  məxsus  idi.  1909-cu  ildə  “Zaqafqaziya  Balıq 
Sənayesi” Cəmiyyətinin təsisçisi olub. 
Savadsızlığın hökm sürdüyü bir dövrdə gənclərin maariflən-
məsinə xüsusi diqqət yetirirdi.  
Realnı  məktəbini  (indiki  İqtisad  Universiteti)  tikdirməklə 
bərabər  burada  məktəbəqədər  sinfin  yaranmasına  nail  olan  Ağa 
Musa Nağıyev, məktəbə himayədarlıq etməklə bərabər, 25 mü-
səlman qızının təhsil haqqını da ödəməyi öhdəsinə götürür. 
Məhz bu qayğıkeşliyinə görə Ağa Musa Nağıyev III dərəcəli 
“Müqəddəs  Stanislav”  ordeni,  1910-cu  ildə  isə  Çar  II  Nikolay 
tərəfindən    “Zolotaya  şeynaya  medal  na  Andreyevskoy  lente” 
medalı ilə təltif  olunub. 
Əbəs  yerə  deyil ki,  Ağa Musa Nağıyev  öz  koloriti  ilə XIX 
əsrin axırı, XX əsrin əvvəllərindəki milyonçulardan fərqli fiqura 
bənzədilib. 
Çətin  və  halal  zəhməti  nəticəsində  milyonlara  çatan  Ağa 
Musanın həyatının əvvəli kimi sonu da çox bəlalı olub.         
Hər  iki  övladının  gənc  yaşlarında  -  qızı  Ümmül  Banunun 
doğuş  zamanı,  oğlu  İsmayılın  isə  vərəm  xəstəliyindən  dünyala-
rını dəyişməsi onun belini büksə də, Ağa Musanı yaşadan  oğul 
əvəzi saxlayıb böyütdüyü Fərəc oldu. Fərəcli ömrün tarixi 16 il 
oldu... 
Deyirlər ki, baladan pay olmaz. Amma  qardaşı Ağa Əli ye-
ni  doğulmuş  övladını  ona  hədiyyə  verməklə,  müəyyən  qədər 
Ağa Musanı bədbinlikdən xilas edir.  
Ağa  Musanın  vəsiyyəti  Kərbəlada  dəfn  olunmaq  olsa  da, 
1919-cu  ildən  Bakıda  “Əmanət”  qalmış  qəbri  80  il  ərzində 


 
166 
dövrün tələbi ilə dörd dəfə yerini dəyişir, yalnız 1998-ci ildə ata 
yurdu Biləcəridə rahatlıq tapır. 
Sovet  dövründə  məşhur  neft  milyonçusu  Ağa  Musa  Na-
ğıyevin  xalqı üçün etdikləri barədə uzun illər danışmağa qadağa  
qoyulsa  da,  onun  təkcə  xeyriyyəçilik  sahəsindəki  fəaliyyəti  bəs 
edər ki, adı canlı tariximizə qızıl hərflərlə yazılsın. 
Çalışdığım odur ki,  xalqın  qəlbində onu  yaşadım. Çünki  o, 
keçmişin, bu günün və gələcəyin  mizan tərəzisidir. 
Ağa Musa Nağıyev hər zaman inanıb ki, nə qədər haqsızlıq 
olsa da, zaman keçsə də, qədirbilən xalqı onun layiqli qiymətini 
verəcək.  
Sovetlər dövründə xeyriyyəçinin fəaliyyətinin üzərinə kölgə 
salmağa çalışanlar çox olub  və  məqsəd  xalqı üçün  əvəzsiz işlər 
görmüş  milyonçunu  gələcək  nəsillərin  gözündən  mənfi  obraz 
kimi salmağa yönəlib.  
Buna  əsaslanaraq  belə  bir şəxsiyyətin  – xalq  üçün ömrünü 
şam kimi əridən insanın  taleyini işıqlandırmağa çalışdım. 
Hər birimiz beşik başından axirət dünyasının astanasına qə-
dər  bir  ömür  hekayəti  yaşayırıq.  Dünya  isə  yarandığından  tə-
zadlar  üstündə  qərar  tutub.  İnsanlar  isə  sevinci,  toyu,  kədəri, 
qəm  yükü  ilə  bərabər  dözülməz  dərdləri  də  yaşamağı  bacarır. 
Hər  nə  baş  verirsə,  insanın  dünyaya  gəldiyi  gün  qismətinə  ya-
zılan tale payıdır. 
Amma bu qismət payını pozan da, onu əksinə çevirib məhvə 
sürükləyən də özümüz oluruq. Biz qədirbilən xalqıq. 
 
                        
 
 
                               


 
167 
ЯN ЦMDЯ ARZUM 
 
U
şaqlara  yardım  edən  “Uşaq  Bağçası”  və  “Xeyriyyə  Cə-
miyyətinin” həqiqi üzvü, uşaq ölümü ilə mübarizə aparan “Bakı 
Cəmiyyəti”nə  külli miqdarda pul  köçürən, vəsaitin  çatışmaması 
səbəbindən  “Körpələr  evi”nin  yarımçıq  qalmış  tikintisini  başa 
çatdıran, Pirşağı qəsəbəsində “Əlillər evi” tikdirən, vərəmlə mü-
barizə aparan “Qafqaz Cəmiyyəti”nin üzvü, Qara şəhərdə “Neft-
ayırma”  və  kerosin  istehsal  edən  zavodlar  tikdirən,  “Neft  fir-
ması” yaradan Ağa Musa Nağıyev olmuşdur. 
Ağa  Musa  Nağıyev  həmçinin  neft  müəssisələrində  30.000 
fəhləni  iş  ilə  təmin  edib,  Rotşildlə  birlikdə  blok  yaradıb,  Qara 
Şəhərə və Qobustan qəsəbəsinə də su çəkdirmişdi.  
O, 1890-cı ildə neft sahibkarına çevrilir.  
Var-dövləti  və  zənginliyi  ilə  seçilən  Ağa  Musa  Nağıyevin 
Bakı  milyonçuları arasında xüsusi çəkisi var idi. Daima qurub-
yaratmaq eşqi  ilə  yaşayan bu insan xüsusilə bina tikdirməklə o 
biri milyonçulardan fərqli olub.  
Bu sahədə apardığım araşdırmalar haqqında periodik olaraq 
təşkil  etdiyim  tədbirlərdə,  efir  vasitəsilə,  mətbuatda  çıxışlarım 
ilə Ağa Musa Nağıyev böyüklüyünü sübuta yetirməyə çalışıram. 
Bütün bunlarla yanaşı, ümdə istəyim, arzum Ağa Musa Na-
ğıyevin adının  bir küçəyə verilməsi və binalarından birinə xatirə 
lövhəsinin vurulması olsa da, hələ ki, buna nail olmamışam. 
Vaxtı ilə dünyanı fəth edən, böyük sərkərdə Napoleon dün-
yaya “Əlvida” deyərkən son sözləri əlçatmaz qala olan “Rusiya” 
və  sevdiyi  qadının  adı  “Jozefina”  olduğu  kimi,  görünür  mənim 
də son sözlərim qeyd etdiyim bu xəyallar olacaq. 
Tarix  süzgəcdən  keçərək  yaşayır.  Doğru  deyiblər  ki,  xoş-
bəxtlik  bədbəxtçiliyin başlanğıcıdır. Dünyada tam xoşbəxt olan 
bir  insan  tapılmaz.  Çünki  belə  anlar,  saniyələr  və  dəqiqələr  ilə 
ölçülür.  
Yunan filosofu Aristotel məşhur kəlamında deyir:  
“Təfəkkür  təəccübdən başlayır”. 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə