Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə44/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   40   41   42   43   44   45   46   47   ...   59

 
168 
Ağa  Musa  etdiklərilə  çoxlarını  təccübləndirdi.  O,  bununla 
beyinlərdə,  təfəkkürlərdə  bir  inqilab  yaratdı  –  desəm,  yanılma-
ram. 
Allahdan  arzum  budur:  Tanrı  məni  qorusun!  Çünki  etdik-
lərimi az bilirəm. 
Atası ona çoxlu bina tikdirməyi tövsiyyə edərkən, özlüyün-
də  100  bina  tikəcəyinə  söz  vermişdi.  Maddi  imkan  yol  verərsə, 
mən də belə bir arzunun reallaşmasına çalışaraq, iki bina tikdi-
rib,  Ağa  Musa  Nağıyevi  tarixə  100  bina  tikdirən  kimi  tanıt-
dırardım.  
Bir  də  2005-ci  ildən  etibarən  Ağa  Musa  Nağıyevin  adının 
yeganə  daşıyıcısı  olan  xəstəxanadan  götürülməsi  məni  və  ba-
bamın şəxsiyyətinə, adına hörmət edənləri çox narahat edir. An-
caq  bu  fikir  məni  sakitləşdirir:  Babamın  adı  xəstəxanadan  gö-
türülsə də, insanlar yenə də o sağlamlıq ocağını “Musa Nağıyev 
xəstəxanası”  kimi  tanıyır.  Çünki  bu  artıq  beyinlərə  əbədi  həkk 
olub.  
Bax, budur ölümsüzlük!  
 
 
                       
 
 
                               


 
169 
AЬA MUSA NAЬIYEV ADINA 
TЯШKİLAT YARANDI 
  
A
ğa Musa Nağıyevin simasında Azərbaycan xalqının tarixi  
yaddaşı  olan  neft  milyonçularının  adlarını  və  tarixi  haqqını 
bərpa etmək cəhdlərində müəyyən uğurlar  qazanmışam.  
Ağa  Musa  milli  mənəvi  dəyərlərimizin  yaranmasında  və 
inkişafında  böyük  xidmətləri  olub.  Ömrünü,  gününü,  milyonlar 
səltənətini    xalqının,  vətəninin  gələcəyi  naminə  əsirgəmədən 
xərcləyib.  
Düşünürəm  ki,  bu  gün  Azərbaycan  xalqının  sağlam  rifahı, 
mədəni-maarif  sahəsindəki  yüksək  xidmətləri  naminə  nəsildən-
nəsillərə  nümunə  ola  biləcək  Böyük  şəxsiyyət,  tərəqqipərvər 
insanın adını hörmətlə anmaq, ona rəhmət diləmək hər bir Azər-
baycan vətəndaşının mənəvi borcudur.  
Bu kitabın babam Ağa Musanın vaxtı ilə tapdanmıĢ haq-
qının müdafiəsinə bir çağırıĢ  olacağına inanıram. 
Soyadımızın  uzun  müddət  kölgədə  qalmasına  görə  həmişə 
narahat hisslər keçirdiyimdən, onun xeyriyyəçilik və maarifçilik 
fəaliyyətini  davam  etmək məqsədilə  adını daşıyacaq “Milli  Də-
yərlərin Qorunması” (MDQ) Təşkilatını təsis etdim. 
Hazırki  dövrdə  Azərbaycanın  Prezidenti  Cənab  İlham  Əli-
yev  və  birinci  xanımı  Mehriban  xanım  Əliyeva  milli-mənəvi 
dəyərlərimizin  dünyaya  tanıtdırılması  yönümündə  diqqətə  layiq 
işlər görmüşdür. Qədim binaların təmir və bərpası zamanı döv-
lətin  nəzarəti  altında  milli  üslub,  ornamentlər  saxlamaq  şərtilə 
işlər  aparılır.  Gənclərin  təlim-tərbiyəsində,  onların  milli  ruhda 
böyüməsi üçün atılan hər bir addımı xalq tərəfindən alqışlanır.   
Biz də ictimai qurum olaraq fəaliyyətimizi dövlətin inkişafı 
və  onun  yürütdüyü  siyasət  əsasında  gerçəkləşdirmək  ətrafında 
qurmuşuq. Əsas məqsədimizlərdən biri də internat məktəblərinə, 
uşaq evlərinə mənəvi dəstək olmaqdır. 


 
170 
Dünya  nemətlərinə  çox  sadə,  tox  göz  ilə  baxan  Ağa  Musa 
Nağıyev  mənəvi  abidənin  əbədiliyini  dərk  etmiş,  zamanın  axa-
rında  əldə  etdiyi  vəsaiti  ölkənin  simasının  dəyişməsinə,  xalqın 
həyat  tərzinin  yüksəlişinə  tərəf  yönəltsə  də,  onun  bu  fəaliyyəti 
bir  mənalı  qarşılanmadı.  Məlum  mənbələrdə  həqiqətin  üzü 
açıldı. 
-  Heydər  Əliyev  ideologiyasının  təbliğində  fəal  mövqe  tu-
tub,  Təşkilatın  Sədri  olaraq,  Nağıyev  irsini,  Ağa  Musa  adını 
yaşadıb, bu ətrafda  təbliğata diqqət yetirməkdir məqsədimiz. 
 - Fəaliyyətimizdə fərqli insanlara layiqli qiymət vermək və 
dəyərlərimizin qorunmasına  da diqqət yetirmək əsasdır. 
Tarixdə xeyriyyəçiliyi ilə dərin iz qoymuş, ictimai fəaliyyəti 
ilə yaddaşlarda özünə əbədi yer tutmuş, Ağa Musa Nağıyev nəs-
linin  davamçısı  olaraq,  bu  sahədə  fəaliyyətim  Respublikanın 
Prezidenti  Cənab  İlham  Əliyev  tərəfindən  nəzərə  alınıb,  fərdi 
təqaüdlə təmin olunmağımla bərabər başqa mükafatlara da  layiq 
görülmüşəm.  
Oğlu İsmayılın xatirəsinə həsr etdiyi “İsmailiyyə” binasında 
keçirilən  tədbirlərdə  əsasən  Ağa  Musa  Nağıyevin  tikdirdiyi 
binalarının  məkanının  araşdırılması,  ictimai  fəaliyyətinin,  həyat 
səhifələrinin oxunması  nəzərdə tutulur. 
TəĢkilatın  gördüyü  hər  bir  iĢdə  tariximizin  bir  parçası, 
yaĢanılan illərin əks-sədası duyulur.  
“MDQ”  ümumi  maraqlar  əsasında  birləşmiş,  könüllülük, 
üzvlərinin  hüquq  bərabərliyi  prinsipləri  ətrafında  yaranan,  fəa-
liyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan 
qeyri hökumət təşkilatıdır.   
Onun fəaliyyətinin məqsədlərindən biri də – xalqımızın mil-
li mənəvi dəyərlərinin, adət və ənənələrinin öyrənilməsi və xey-
riyyəçilik  ənənələrin  dirçəlişini  həyata  keçirməkdir.  Əski  Bakı 
milyonçularının  həyat  və  yaradıcılığını  öyrənməklə  bərabər  xe-
yirxah  əməllərini  təbliğ  etmək,  xatirələrini  əbədiləşdirməkdir; 
Habelə təbliğatı gücləndirmək, xeyriyyəçilik ənənələrini aşılaya-


 
171 
raq  inkişaf  etdirmək,  qarşıda  duran  bütün  məqsədlərə  nail  ol-
maq;  
- Təşkilatın ən əsas prınsiplərindən biri: neft sənayesinin tari-
xini, inkişaf perspektivlərini öyrənib, onu təbliğ etməkdir. Habelə 
gələcəkdə gənc nəslin təhsil problemlərilə məşğul olmaq, müasir 
biliklərə, müxtəlif dillərə yiyələnməsinə yardımçı olmaqdır. 
Əsas çalışacağımız  yaradıcı şəxslərin aşkar edilməsinə, on-
ların  fəaliyyətinə  həsr  edilmiş  tədbirlərin  həyata  keçirilməsi 
olacaq. 
Qadın  hüquqlarını  müdafiə  etməklə  bərabər  onların  cəmiy-
yətdə  ictimai  fəallığının  həyata  keçirilməsi    məqsədilə  müxtəlif 
sosioloji sorğular keçirib, monitorinqlərin təşkili də qaçılmazdır. 
Təşkilatın məqsəd və vəzifə maddəsinin yerinə yetirilməsin-
də  bu  gün  keçirilən  hər  hansı  bir  tədbir  böyük  əhəmiyyət  kəsb 
edir.  
Bir sözlə: Ağa Musa adına layiq iş görmək, Ağa Musa adını 
yaşatmaqdır əsas məqsəd!  
 
 
 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə