200
- Torpağına, millətinə bağlı olan bu insanın adını daşıdığı
xəstəxanada və İncəsənət Muzeyində Ağa Musanın fəaliyyətinə
həsr
edilmiş sərgilər təşkil edib, haqqında illərlə topladığım fakt-
lar və xatirələr əsasında “Xalq üçün ömrünü şam kimi əridən...”,
“Ömrün səhifələri” və “Zamanın sorağında” adlı kitablar yaz-
dım;
- A.M.Nağıyevin xeyriyyəçilik və maarifçilik fəaliyyətini
məcazi mənada davam etdirmək məqsədilə, əski milyonçuların
varislərini bir yerə toplayıb, Musa Nağıyev adına “Milli Dəyər-
lərin Qorunması” (MDQ) Təşkilatını yaratdım;
- A.M.Nağıyevin fəaliyyətinin görünməyən tərəflərini gös-
tərmək məqsədilə
musanagiyev.az saytını açdım.
Ən əsası hesab edirəm ki, xeyriyyəçinin haqqında düzgün
təsəvvür yaradılmasına nail ola bilmişəm.
Belə bir xeyirxah işə başlamağa məni məcbur edən amillər-
dən ən başlıcası Nağıyev soyadını lazımı səviyyədə görməyim
oldu.
Əjdaha bürcündən olub, 1940-cı ildə Bakıdan kənarda – Da-
ğıstan Respublikasının (Rusiya Federasiyasının) Dərbənd şəhə-
rində anadan olmağım soyadımızın sürgün olması səbəbindən-
dir.
1968-ci ildə ali təhsilə – “Teatrşünas” ixtisasına yiyələnib,
1977-ci ildə Ali Partiya Məktəbinin İqtisad fakültəsini bitirmişəm.
Əmək fəaliyyətinə 1959-cu ildən başlayıb, “Azərbaycan-
film” Kinostudiyasında Baş redaktor köməkçisi, sonradan kadr
üzrə direktor müavini vəzifələrində çalışmışam.
Azərbaycan Televiziya kanalı ilə “Kino yenilikləri” verilişi-
nin ilk aparıcılarından olmuşam.
1977-ci ildən 2002-ci illərədək kadr üzrə mütəxəssis kimi
işimi Ticarət Nazirliyində davam etdirmişəm.