204
TİKDİ Kİ, İZİ QALA...
Ə
sl şəxsiyyətlər vaxtdan da, zamandan da ucada dayanırlar.
Bakı milyonçusu Ağa Musa Nağıyev belə şəxsiyyətlərdən
olub.
Onun millət qarşısında gördüyü xeyirxah işlər hər bir kəsdə
qürur hissi oyadır.
Ağa Musa təbiət etibarilə dəqiq və hər şeyi ölçüb-biçən şəxs
olub.
İllərlə hər çətinliyə sinə gərən, ehtiyac içərisində boya-başa
çatan Musanın qazdığı quyudan neft fontan vurur və qısa
müddət ərzində o, iri neft maqnatına çevrilir. Neftdən əldə etdiyi
gəlir çoxaldıqca, Ağa Musa Bakı kəndlərindəki neft yataqlarını
satın alır və yeni quyular qazdırır. İmkanları artdıqca o, Qara
şəhərdə “Neft emalı” zavodu tikdirir, Xəzər dənizində ilk bərəsi
görünür.
Fəhlələrinə öz hesabına toy edən Ağa Musa, əməkdə fərq-
lənən işçilərinin təhsil haqqını ödəməklə gənclərin maariflənmə-
sinə çalışır.
Ağa Musa Nağıyev daha çox tikdirdiyi möhtəşəm binaları
ilə yaddaşlarda qalıb.
Bakının gözəllik tacı sayılan - “İsmailiyyə” sarayı, həyatımı-
zın ilkin özülüni qoyduğumuz “Səadət sarayı”, mədəniyyət və
elm ocaqlarını özündə təcəssüm edən yüzlərlə belə binalar bizə
məhz milli burjua nümayəndələrindən – A.M.Nağıyevdən, H.Z.Ta-
ğıyevdən, M.Muxtarovdan yadigar qalmışdır.
Xüsusilə Ağa Musa Nağıyevin tikdirdiyi binalar memarlıq
üslubu cəhətdən nadir tikililərdir. Tikdirdiyi “Realnı məktəb”in
gənclərin püxtələşməsində böyük rolu olmuşdur.
Bu gün onun xeyriyyəçilik əməllərini üzə çıxaran varisi -
nəvəsi Dilarə xanım şəxsi arxivini yaradıb. 18 ilə yaxındır ki,
205
uzun illər kölgədə qalmış, “kapitalist” damğası ilə möhürlənmiş
mesenat - Ağa Musa Nağıyevin ömür yolunun ləkəsiz bir güzgü
kimi aydın olduğunu aşkar edib. O, babasının adını vəfatından
80 il sonra yaddaşlara qaytarıb, vətənində az qala qərib olan mə-
zarını əbədiləşdirib.
Dilarə Nağıyeva babası haqqında xatirələr və faktlar əsa-
sında “Xalq üçün ömrünü şam kimi əridən...” kitabını da ərsəyə
gətirmişdir.
Onun söylədiklərindən: “Dövlətimiz müstəqillik əldə etdiyi
vaxtdan Ağa Musanın xeyirxah əməllərini aşkarlamaqla məşğu-
lam. Xatirələri yada saldıqca elə bil o illəri yaşayıram. Həyəcan-
lanıram, kövrəlirəm, kədərlənirəm... Var-dövlət içində olsalar
da, babam Ağa Musanın və atam Fərəcin çəkdikləri əzabları
içimdə hiss edirəm, sızlayıram” – deyir.
Azərbaycanda bolşevik rejiminin qurulması Bakı milyonçu-
larına taleyin sərt, amansız üzünü göstərdi. Ötən əsrin 20-ci illə-
rində bolşeviklərin hakimiyyətə gəlməsi ilə Bakı milyonçula-
rının fəaliyyətinə də birdəfəlik xitam verildi. Sovet rejiminin 70
illik təbliğat maşını nəhəng tikililəri və sahibi barədə məlumat-
ları xalqın yaddaşından silmək üçün əlindən gələni etdi. Doğru-
dan da haqq öz yerini tapır, - deyiblər. Onlara vurulan damğa -
“xalq düşməni” 70 ildən sonra üzərlərindən götürüldü.
Bir zaman Bakının bütün sahələrində mühüm rol oynayan
insanlar barədə danışmaq yasaq olsa da, onları xalqın yaddaşın-
dan silmək qeyri mümkün idi. Yazılarda Ağa Musanın xeyriyyə
əməllərindən daha çox şəxsi taleyindən və bir də xəsis olduğun-
dan söz açılırdı.
Onu düşündürən problemlərdən əsası - Bakının səhiyyə
sahəsindəki problemlər olub. Xəstəliklərin qarşısını almaq məq-
sədilə tikdirdiyi və o dövr üçün müqayisə olunmaz dərəcədə
yüksək səviyyədə təchiz olunmuş xəstəxanalarda bu gün də in-
206
sanlar şəfa tapır. Xəstəxanaların tikintisində antibakterial mate-
riallardan, gümüş tozundan, xüsusi kafeldən istifadə edilirdi. Ta-
vanın hündürlüyünün 5 metrə yaxın olması, çox enli və hündür
pəncərələr havanın tənzimlənməsi məqsədilə nəzərdə tutulurdu.
Ağa Musa Nağıyevin tikdirdiyi binaların əksəriyyəti milli
ornamentlərlə zəngindir.
Dilarə xanım onu da bildirdi ki, “kapitalist” soyadının əsiri
olan atası- 37 yaşlı Fərəc Nağıyev Dağıstanda məskunlaşarkan,
o, orada dünyaya göz açıb.
Dilarə Nağıyeva hazırda Ağa Musa Nağıyev adını daşıyan
“Milli Dəyərlərin Qorunması” təşkilatının sədri olmaqla bərabər,
işlədiyi elmi mövzu ilə geniş tədqiqat işi aparmaqla məşğuldur.
Rauf Ġlyasoğlu,
“Respublika” qəzetinin müxbiri
207
AЬA MUSA NAЬIYEVЯ
Ruhu rahat olarmı dahilərin,
Qovur edir yerin – göylərin.
Dil açıb tikli tikililərin,
Hanı hörmətin sənin a millət.
“Allah da israfçılığı sevməyir”,
Millət Ağa Musanı görməyir.
Onun xeyirxahlığını el bilir,
Hanı qiymətin sənin a millət.
İnsan utanmazmı yaratdığından,
Onun dahiliyə çatdığından.
Ağa Musanı nəzərdən atdığından,
Hanı izzətin sənin a millət.
Xalqıma yanan bir can istərəm,
Ağrıma, dərdimə dərman istərəm.
Fərman tək sönməyən bir şam istərəm,
Mənim hümmətimdir, sənin milətin.
ġair Fərman Əhmədoğlu
208
AЬA MUSA NAЬIYEV BAKININ
SİMASIDIR
K
eçmiş repressiya illərinin qurbanları olan belə insanların
xatirəsinin bu gün, müstəqillik şəraitində lazımınca qiymətlən-
dirilməsinə, onların xalq qarşısında göstərdiyi xidmətlərə lazımı
qiymətin verilməsinə hər zaman ehtiyac var.
Ağa Musa Nağıyev xalqa xidmətini özünün mənəvi haqqı
bilirdi.
O, dərk edirdi ki, gördüyü işlər, həyata keçirdiyi xeyriyyə
işləri onu daim ürəklərdə yaşadacaq, ona əbədi yaşamaq haqqı
qazandıracaq. O, zənnində yanılmamışdı. Bu gün Bakını gəzən-
də, paytaxtımızın əsil siması olan sarayları görəndə sevinirəm
ki, babamın izləri qalır və uzun illər bu izləri silinməyəcək.
DaĢ kitabələr – venzellər əbədidir.
Neft milyonçusu, birinci dərəcəli tacir, mesenat, xeyriyyəçi
Ağa Musa Nağıyev... Bu ad bizlərin yaddaşında gələcək nəslə nə
az, nə çox 98 bina yadıgar qoyan milyonçu kimi qalıb. O binalar
ki, Bakının arxitekturasına xüsüsi gözəllik verməklə yanaşı, pay-
taxtın kübar irslərini büsbütün təstiqləyir. Elə Ağa Musa Nağı-
yevin başqa milyonçulardan fərqli cəhəti də köhnə Bakının me-
marlıq simasına ən çox tövhə verməsidir.
Ağa Musa Nağıyev avropalaşmaq niyyətində olanlara
“Qərbi Azərbaycana gətirəcəm” deyirdi. Lakin bu binalar nadir
üslubu yaşatmaqla yanaşı, kədərli duyğuları da özündə yaşadır.
Ömrünün 70-ci baharında dünyasını dəyişən milyonçunun
aqibəti faciəvi olub. Belə ki, Azərbaycanda kommunist rejiminin
qurulması neft baronlarının taleyini sərt üzü ilə üz-üzə qoydu.
Səfalət içərisində dünyasını dəyişənlər, intihar edənlər oldu. 20-
ci illərdə bolşeviklərin Azərbaycanda hakimiyyətə gəlməsi ilə
Bakı milyonçularının taleyinə və karyerasına birdəfəlik xitam
verildi.
Dostları ilə paylaş: |