192
AЬA MUSA NAЬIYEV
―ШЯXSİYYЯT FENOMENİ‖
(Elmi konfrans)
A
zərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan
Hüquqları İnstitutunda xeyriyyəçi, neft milyonçusu Ağa Musa
Nağıyevin 160 illik yubileyinə həsr (1919-2009) olunmuş “Şəx-
siyyət Fenomeni” adlı elmi konfrans keçirildi.
İnstitutun direktoru, hüquq elmləri namizədi Aytən Mustafa-
yevanın təşəbbüsü ilə təşkil edilmiş konfransı Ağa Musa Nağı-
yev şəxsiyyətindən, vətənə, xalqa göstərdiyi xidmətlərindən ge-
niş danışaraq, Sovet rejiminin apardığı təbliğat nəticəsində xal-
qımızın vətənpərvər, millətsevər oğullarının fəaliyyətinin bir çox
məqamları haqda tam məlumat verilmədiyindən söhbət açdı.
Konfransda Azərbaycan Dövlət Arxivinin direktoru, tarix
elmləri doktoru Ataxan Paşayevin söylədikləri diqqəti cəlb etdi:
“2000-ci ildə Dilarə xanımın babasının adının bir küçəyə ve-
rilməsi və eləcə də tikdirdiyi 98 binadan birinə xatirə lövhəsinin
vurulması ilə bağlı etdiyi müraciətinə əsasən Nazirlər Kabineti-
nin tələb etdiyi rəyə cavab olaraq bildirmişdim ki, - “Dövlət Ar-
xivində müxtəlif fondlarda saxlanılan çoxsaylı sənədlərdən mə-
lum olur ki, Azərbaycanda Sovet hakimiyyəti qurulanadək zən-
gin sərvət sahibləri olan milli azərbaycanlı nümayəndələr ara-
sında ən zənginlərindən olub Ağa Musa Nağıyev. O, saysız neft
mədənlərinə, neft emalı müəssisələri və gəmilərə sahib olmaqla
yanaşı şəhərin bu gün də həqiqi bəzəyi sayılan çoxsaylı binalar
tikdirmişdir. Bakının abadlaşdırılmasında fəal iştirak etmiş, mək-
təb və xeyriyyə ocaqları yaradıb, suyun çəkilməsində “n” qədər
vəsait xərcləmişdir.
193
Xeyriyyə məqsədilə vəsait toplanması siyahısında H.Z.Tağı-
yevdən sonra ikinci şəxs Ağa Musa Nağıyev idi. Maariflənməyə
vəsait ayırarkən şərtlərindən əsası: - yeni tikiləcək və yaxud
yenidən qurulacaq tədris müəssisələrində yoxsul və imkansız
müsəlman qızları üçün xüsusi yer ayrılması tələbini irəli sürməsi
olub. Təhsilə yiyələnmək haqqında heç vaxt düşünməyən Ağa
Musanın uşaqlığı yoxsulluq içində keçdiyindən, müsəlman bala-
larının savad almasına böyük diqqət yetirmiş, bunun üçün ianə-
lər vermiş, məktəblər tikdirməklə yanaşı, öz hesabına yoxsul
uşaqlara himayədarlıq etmişdir.
Belə bir insanın adının küçəyə verilməsi, tikdirdiyi binala-
rının üzərinə “xatirə lövhəsi”nin vurulmasının müşkül məsələ-
yə dönməsi, doğma şəhəri üçün bu qədər işlər görmüş bir insana
laqeyid münasibət sadəcə təəccüb doğurur”.
Konfrans iştirakçıları Ağa Musa Nağıyevin fəaliyyətinin
təkcə binalar tikdirməklə məhdudlaşmadığını, elmə və mədəniy-
yətə xüsusi diqqət yetirdiyini, ziyalı təfəkkürü ilə zəmanəsinin
mesenatları arasında özünəməxsus şərəfli yer tutduğu bir daha
qeyd etdi.
Konfransın gedişatı zamanı Ağa Musa Nağıyevin həyatında
baş verən faciələrə baxmayaraq, onun xeyirxah əməllərindən əl
çəkmədiyi xüsusi vurğulandı. Hər zaman xalqına qarşı diqqətli
olmasını, vətənə, onun mədəniyyətinə yeniliklər gətirdiyindən
söhbət açıldı.
P.S. Hər dəfə onun digər milyonçulardan fərqini, Bakının
memarlıq simasına ən çox abidə bəxş etməsini vurğulayarkən,
ruhunun bizi əhatə etdiyini duyuram. Tədbirin sonunda Ağa
Musa Nağıyevin fəaliyyəti ətrafında apardığım araşdırmalara
görə əməyimi qiymətləndirib, “Zirvə” ziyalılar və “Humanist
qadınlar” Təşkilatlarının Diplomları ilə təltif edildim.
194
AЬA MUSA NAЬIYEV
SAYTI
B
ir zaman hamballıq edib, sonradan məşhur neft milyon-
çusuna çevrilən Ağa Musa Nağıyevin yüksək zövq ilə inşa et-
dirdiyi binaları şedevrliyi ilə bu gün Azərbaycanın tarixinə çev-
rilib.
Ağa Musa Nağıyevin neft sahəsində, marifçilik və ələlxüsus
tibb sahəsindəki xidmətlərinin kölgədə qalması bu gün narahat-
lıq doğurur.
Dövlətimiz müstəqillik əldə etdiyi zamandan Ağa Musa Na-
ğıyev oxu ətrafında haqqın-ədalətin bərpası uğrunda çalışıram.
Kərbəla həsrəti ilə yanan “əmanət” qəbri yalnız 1998-ci il-
də Biləcəri qəbiristanlığında rahatlıq tapdı.
Varidatının ümumi miqdarı miyonlarla dəyərləndirilən Ağa
Musa Nağıyev kapitalını cəhalət girdabında boğulan xalqının
dünya görüşünün, mədəni səviyyəsinin yüksəlişi istiqamətinə
sərf edib.
Millətin dövləti olmadığı dövrdə - bir dövlətin görəcəyi iş-
ləri görüb Ağa Musa. Milyonçu neftdən gələn gəliri millətinin
inkişafına sərf edib.
O, deyərmiş: - “Yeyin, için, amma israfçılığa yol verməyin.
Unutmayın ki, Allah da israfçılığı sevmir”.
11 yaşından zəhmətə alışıb, 3 qəpik qazanmaq naminə ona-
buna xidmət edən Ağa Musa, təsadüfən neft sahəsində çalışma-
ğa başlayıb. Qısa bir zamanda xeyriyyəçiliyi və eləcə də çox-
saylı tikililəri ilə Bakı milyonçularından fərqlənməsinə bəlkə də
bu təsadüf səbəb olub.
Bakının salnaməsinə binalar töhfə edən, sayı az qala 40-a
çatmış imkansızların dəfnini Kərbəlada keçirən, xalqın maarif-
lənməsinə, səhiyyənin inkişafına xüsusi diqqət yetirən belə bir
insanın qənaətçilliyini düzgün qiymətləndirməyənlər də tapıl-
195
mışdı. O, pulunun qədrini bilməklə yanaşı, ondan necə istifadə
etməyi də ustalıqla bacarırdı.
1904-1908-ci illərdə A.M.Nağıyevin buruqlarında istehsal
olunan qara qızılın həcminə görə Azərbaycan dünya miqyasına
çıxır. 1908-ci ilin axırlarında isə istehsalın həcminə görə Ağa
Musa Nağıyev rekord vurur.
Pul qazanmaq, onu əldə saxlaya bilmək, ondan yerində isti-
fadə etmək bacarığına malik olan Ağa Musa heç vaxt pulunu
göyə sovurmayıb.
Atasının vəsiyyətinə əməl edərək, rus rublunun alıcılıq döv-
riyyəsi yüksək olduğu bir dövrdə vəsaitini daşınmaz əmlaka sərf
edib.
100 bina tikəcəyinə qərar verən Ağa Musa:
“İlk Müsəlman Xeyriyyə Cəmiyyəti” xüsusiyyəti daşıyan
“İsmailiyyə” sarayını; qızlar arasında savadsızlığın qarşısını
almaq məqsədilə - Realnı məktəb; İctimai yığıncaqlar keçirmək
məqsədilə xüsusi binalar; Bakını “Avropalaşdırmaq” məqsədilə
mehmanxanalar; şəhər ilə rayonlar arasında əlaqə yaratmaq
məqsədilə Poçt binası; “Kirxa” və “Sinaqoq”; xəstəliklərlə mü-
barizə aparmaq məqsədilə müalicə ocaqları tikdirir.
1913-cü il aprelin 7-də istifadəyə verilmiş “İsmailiyyə” sa-
rayı Bakının tacı sayılmaqla bərabər, şəhərin arxitekturasına qa-
dın boynuna bəzək verən bir zinət incisi kimi daxil olmuşdur.
Məhz bu bina Ağa Musanın ölümünə də səbəb olur.
1918-ci ilin mart qırğınları zamanı qəddar düşmələrimiz Ba-
kıya hücüm edərkən bina güllə yağışına tutulur. Başlıca məqsəd
“Venesian Qotikası”nı məhv etməklə bərabər, ziyalıların binanın
zirzəmisində qorunan arxivini, eləcə də özülündəki qızılı ələ
keçirmək idi.
Hec cürə unuda bilmədiyi bala dərdini - Ağa Musanı məcazi
mənada yaşada biləcək yadigarının – binanın məhv olması tə-
zələyir.
Atasının - “Oğul, bacardığın qədər bina tikdir, ömrün
uzanar” vəsiyyətinə əməl edib, 100 bina tikdirməyi qarĢısına
Dostları ilə paylaş: |