Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası


Ü səsi və hərflnin öyrədilməsi



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə23/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   19   20   21   22   23   24   25   26   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ü səsi və hərflnin öyrədilməsi. 
Bu mövzunun tədrisinə müəllim
 ütü
təsvir olunmuş şəklin mü-
şahidəsi ilə başlayır. Şagirdlər şəklə baxırlar. Müəllim əşyanın adı-
nı soruşur. Məktəblilər
 ütü
deyə cavab verirlər. 
Müəllim onlara müraciətlə deyir: 

Ütü
sözünü gəlin birlikdə tələffüz edək, görək o neçə heca-
dan ibarətdir. 
Şagirdlər müəllimin ağzına baxaraq tələffüz edirlər. 

Ü-tü. 

Birinci heca hansıdır? 

Ü. 

Bəs ikinci? 

Tü. 

Birinci heca neçə səsdən ibarətdir? 

Bir səsdən: 
Ü


Bəs ikinci heca? 

İki səsdən: 


Müəllim şagirdlərin diqqətini dərslikdəki şəklə yönəldərək: 

Uşaqlar, qız nə edir? — deyə soruşur. 

Qız paltar ütüləyir. 


Ağarəhim Əsərlər 
28 

―Qız paltar ütüləyir‖ cümləsində yeni səs hansı sözdə işlən-
mişdir? 

Ütüləyir. 

Yaxşı, bu sözü hecalara ayırm. 

Ü-tü-lə-yir. 

Bu sözdə neçə heca var? 

Dörd heca. 

Ele sözlər deyin ki, əvvəlində 
Ü
səsi işlənsin. 

Ütü, üzüm, üzük, ülgüc, ürək, üzmək və s. 
Bu sözləri şagirdlər də hecalara ayırırlar. Sonra onlardan orta-
sında və sonunda 
ü
səsi işlənən sözləri tapmaq tələb olunur. Uşaq-
lar 
küçə, gül, sünbül, Ülkər, tülkü, sürü
sözlərini deyir və bu söz-
ləri hecalara ayırırlar. Müəllim 
ütü, üç
sözlərinin tələffüzünü uza-
daraq deyir: ü, ü, ü, tü, ü, ü, üç. 
Sonra maşının necə siqnal verdiyini soruşur. Şagirdlər bildirir-
lər ki, maşm 
düüüt, düüt
şəklində siqnal verir. 

Uşaqlar, biz 
ü
səsini deyərkən dodaqlarımız bir qədər qaba-
ğa uzanır, kiçik dairəvi şəkil alır. Hava ağzımızda heç bir maneəyə 
rast gəlmədən sərbəst şəkildə çıxır. Beləliklə, 

Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə