|
Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
51
yönəldirlər. Nəticədə mətnin hissələrini, bütövlükdə məzmunu yad-
larında saxlaya bilmirlər.
Şagirdlərin oxu sürətinin artırılması müəllimdən gərgin əmək,
metodik hazırlıq tələb edir. Uşaqlar məktəbə gəldikləri gündən
müəllim onların fərdi xüsusiyyətlərini, fərdi fərqlərini, idrak im-
kanlarını, hər birinin oxu prosesindəki müvəffəqiyyətlərini və nöq-
sanlarını öyrənib qeydə almalıdır. Şagirdlərdən bəziləri tez-tez oxu-
mağa çalışdıqlarından müxtəlif xarakterli səhvlər edirlər. IV sinifdə
şagirdlərin bəziləri çox sürətlə oxumağa çalışırlar. İşin sonunda hə-
min şagirdlərdən nə oxuduqları, hekayədə hansı məsələlərdən bəhs
edildiyi soruşulduqda məlum olur ki, onlar məzmunun mənimsənil-
məsinə o qədər də fıkir verməmişlər. Qoyulan ən sadə suallara belə
cavab verə bilmirlər. Ona görə təlimin üçüncü ilində şagirdlərin ha-
mısının oxu sürəti təxminən eyniləşdirilməli və normaya salınmalı-
dır.
Məlumdur ki, oxunun sürətinin artırılması şagirdin şüurlu qav-
rayışı və ümumi inkişafı ilə bağlıdır. Bunun üçün məktəb təcrübə-
sində aşağıdakılara diqqət yetirilməlidir:
a) oxunacaq mətnin çətinliyə görə seçilməsi;
b) sinifdə oxu nümunəsinin göstərilməsi;
v) növbələnmiş oxu prosesində zəif və çox sürətli oxuyan yol-
daşlarını izləmək və onların oxusunu normal sürətli oxu ilə müqa-
yisə edərək nəticə çıxarmaq bacarığının verilməsi.
Bu göstərilən məsələlər heç də bir-birindən ayrıca təcrid olun-
muş şəkildə aparılmamalıdır. Bunların hər üçündən bir oxu dərsin-
də istifadə etmək olar. İndi də bu məsələlərin üzərində ayrı-ayrılıq-
da qısa şəkildə də olsa dayanaq.
a) Oxunacaq mətnin çətinliyə görə seçilməsi.
Məktəb təcrübəsi və müəllimlərlə aparılan anket sorğusu göstə-
rir ki, I-IV siniflərdə oxunacaq mətnlərin çətinliyə görə seçilməsi
oxunun sürətinin artırılmasında mühüm cəhətlərdəndir. Bəzən dərs-
liklərdə elə mətnlərə rast gəlinir ki, onlarda morfem tərkibi mürək-
kəb, çoxhecalı sözlər, mənası çətin anlaşılan bir neçə uzun cümlə
işlənir. Məsələn, I sinifdə
“
Neft daşlarında
”
,
“
Bakıda
”
,
“
Bol məh-
|
|
|