|
![](/i/favi32.png) Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
49
məzmun və ideyasını başa düşmək, öyrəndiklərini təcrübəyə tətbiq
etmək, onu müasir həyatla əlaqələndirmək bacarıqları formalaşdır-
maq mümkün deyildir.
Təcrübə göstərir ki, oxu vərdişlərinin birinci komponenti onun
düzgünlüyüdür. Şagird mətndəki sözləri düzgün oxumadıqda, onla-
rın mənasını da anlamır, onda səhv, yanlış təsəvvürlər yaranır: mə-
sələn, şagird
“
qabil idi‖,
“
sürət
”
,
“
əsir
”
,
“
allam
”
,
“
gəlləm
”
və s.
kimi işlədir. I-II siniflərdə səs və hecaların artırılması (
maşın, ra-
yon, stansiya
əvəzinə
maşının, irayon, istansiya
və s.), cümlədə
sözlərin təkrarı, dialekt və şivə xüsusiyyətlərinə yol verilməsi, ədə-
bi tələffüz qaydalarının gözlənilməməsi və s. kimi müxtəlif xarak-
terli nöqsanlara yol verilir. Fəhmlə söz demə halları özünü göstərir.
Bunlar şagirdin oxunan mətnin məzmununu şüurlu şəkildə mənim-
səmələrinə, müstəqil və yaradıcı düşünmələrinə və məzmunu şüur-
lu şəkildə nağıl etmələrinə mane olur. Ona görə də şagirdlər belə
səhvə yol verdikdə müəllim onları təkrar oxutdurmalıdır. Əgər sö-
zün mənası şagirdlərə aydın deyildirsə, onun hərf tərkibini ilk dəfə
görürlərsə, onda yaxşı olar ki, müəllim sözləri oxu prosesindən əv-
vəl yazı taxtasına yazsın, onun mənasının açılması, səs-hərf tərkibi-
nin müəyyənləşdirilməsi üzərində iş aparsın.
Oxunun şüurluluğunda ikinci əsas məsələ sürətdir. III sinifdə
tədris ilinin ortalarında oxunun sürəti təqribən danışıq sürətinə ya-
xınlaşmalıdır. Normal oxu sürəti olmadan məzmunu dərk etmək çə-
tin olur. Beləliklə, lazımi oxu sürətinə yiyələnməyən şagird bütün
diqqətini ayrı-ayrı sözlərin, cümlələrin düzgün oxunmasına yönəl-
dir. Təsvir olunan fakt və hadisələri, obrazları, onların hərəkətini
yadlarında saxlaya bilmir, xarakterlərini müəyyənləşdirməyi bacar-
mırlar. Beləliklə də, mətnin məzmunu gizli qalır, açılmır. Əks təq-
dirdə şüurlu oxunan mətndə sürət dəyişir. Əsas diqqət məzmunu
mənimsəməyə yönəlir. Şagird hər bir söz, ifadə və cümlənin, bü-
tövlükdə mətnin məzmununu öyrənməyə çalışır, sürətli oxuya bil-
mir. Odur ki, oxunun sürəti ilə şüurluğu arasındakı əlaqələr təlim
prosesində mütləq nəzərə alınmalıdır.
Oxunun şüurluğu ilə ifadəliliyi arasındakı qarşılıqlı əlaqələrə də
|
|
|