|
Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
52
sul
”
,
“
Co‖, II sinifdə
“
Sağlamlığın şərtləri‖, Q.Yurminin
“
İsti şitil-
lik
”
,
“
Küləyin xeyri
”
, Ə.Əmrahovun
“
Dalaşqan xoruz
”
, III sinifdə
“
Keçmişdə fəhlələr necə yaşayırdılar‖,
“
Keçmişdə kəndlilər necə
yaşayırdılar‖. İ.Əfəndiyevin
“
Maraqlı hadisə
”
, V.Oseyevin
“
Sehrli
söz
”
, IV sinifdə isə
“
Ananın səsi
”
,
“
Babək
”
və s. Şagirdlər belə
mətnlərdəki çoxhecalı sözləri, uzun cümlələri oxumaq, onların mə-
nasını başa düşmək üçün artıq vaxt itirməli olurlar. Elə hallar da
olur ki, həmin söz və cümlələr üzərinə şagirdlər təkrarən qayıtmalı
olurlar. Bəzən də şagirdlər tələsir, belə çətin sözləri düzgün oxu-
mur, mənanı fəhmlə, gümanla deyirlər. Bu da təlimdə bir əngələ
çevrilir. Beləliklə, oxunun sürəti azalır, sözlərin, cümlələrin, abzas-
ların və eləcə də bütövlükdə mətnin məzmununun şüurlu mənimsə-
nilməsi işi çətinləşir.
b) Sinifdə oxu nümunəsinin göstərilməsi.
I-IV siniflərdə nümunəvi oxu xüsusi əhəmiyyət kəsb edir. Bu
oxu I-II siniflərdə müəllim tərəfındən aparılır. III-IV siniflərdə
şagirdlər müəyyən qiraət vərdişlərinə yiyələndiklərindən sinifdə ən
yaxşı oxuyan, aydın və təsirli səsi olan şagirdlərin də oxusundan
istifadə etmək mümkündür. Nümunəvi oxu prosesində şagirdlər
mətndəki ayrı-ayrı sözlərin, ifadələrin, cümlələrin oxunuşunu, tə-
ləffuzünü diqqətlə izləyir, yaxşı oxu qaydasını
“
görürlər‖.
Bu işi iki variantda aparmaq olar. Birincidə, şagirdlər kitablarını
örtür, müəllimi dinləyir, hər sözün, ifadənin, cümlənin necə deyil-
məsini, nitq üzvlərinin aldığı vəziyyəti müşahidə edərək öyrənməyə
çalışırlar. Yaradıcılıq fəaliyyəti göstərməyə çalışan bəzi müəllimlər
bu işdə maqnitofon lent yazılarından da bacarıqla istifadə edirlər.
Tutaq ki, II sinifdə V.Oseyevanın
“
Oğullar‖ hekayəsi üzrə şagirdlə-
rə oxu nümunəsi verilməlidir. Müəllim əvvəlcədən həmin mətnin
nümunəvi oxusunu maqnitofon lentinə köçürür. Sonra şagirdlərlə
“
Oğullar‖ mətni üzrə giriş müsahibə aparır, çətin sözlərin mənası-
nın açılması üzrə iş gedir. Nəhayət, şagirdlər kitabı örtürlər. Maqni-
tofonun düyməsi basılır. Nümunəvi oxu səslənir. Şagirdlər diqqətlə
qulaq asırlar. Bu prosesdə şagirdlərin eşitmə, dinləmə və başa düş-
mə qabiliyyətləri də inkişaf etməyə başlayır. İkincidə isə şagirdlər
|
|
|