|
Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
53
müəllimin nümunəvi oxusunu kitabdan izləyə bilərlər. Bu prosesin
daha üstün cəhəti ondan ibarətdir ki, şagirdlər yalnız eşitmir, yalnız
dinləmir, eyni zamanda müəllimin oxuduğu söz və cümlələri, bü-
tövlükdə eşitdiklərini görmə qavrayışına əsasən izləməli, onların
səs-hərf tərkibini müəyyənləşdirməli olurlar. Belə oxu nəticəsində
ayrı-ayrı sözlərin tez yadda qalması sonradan aparılacaq müstəqil
oxu üçün ilkin hazırlıq mərhələsi funksiyasım yerinə yetirir. Təkrar
oxunu asanlaşdırır.
c) Növbələnmiş oxu prosesində şagirdlərə zəif və çox sürətli
oxuyan yoldaşlarını izləmək və onların oxusunu normal sürətli
oxu ilə müqayisə edərək nəticə çıxarmaq bacarığının verilməsi.
Məktəb təcrübəsində bu məsələnin müvəffəqiyyətlə həyata ke-
çirilməsi özünü üç mərhələdə büruzə verir: a) növbələnmiş oxu
prosesində şagirdlərin öz zəif və sürətli oxuyan yoldaşlarını izləmə-
si; b) onların oxusunun sürətli oxu ilə müqayisə edilməsi; v) oxu-
dan nəticənin çıxarılması.
Məktəb təcrübəsində birinci mərhələdən daha geniş istifadə olu-
nur. Bu bir neçə cəhətdən əhəmiyyətlidir. Birincisi, o, müəllimə bü-
tün şagirdlərin oxusunu izləmək, oxunun nöqsan və müvəffəq cə-
hətlərini, sürətini qeydə almaq, ayrı-ayrı şagirdlərin səviyyəsini öy-
rənmək imkanı verir. İkincisi, şagirdlərə oxu zamanı yoldaşının hər
söz, ifadə və cümləni necə deməsinə diqqət yetirmək, müəllimin
icazəsi ilə oxuyana düzəliş vermək, eşitdikləri sözlərin səs və hərf
tərkibini müəyyənləşdirmək üçün şərait yaradır. Üçüncüsü, zəif
oxuyanlarda da yoldaşı kimi sürətli və rəvan oxumaq həvəsi, daxili
tələb yaradır. Dördüncüsü, şagirdlərə eşitdikləri bəzi sözlərin tələf-
füzü ilə yazılışı arasında müəyyən fərq olunduğu diqtə edir. Beşin-
cisi, şagirdlərin oxu prosesindəki çatışmazlıqlarını aradan qaldır-
maq üçün müəllimi xəbərdar etmək funksiyasını yerinə yetirir və s.
Ona görə də növbələnmiş oxunun bu böyük əhəmiyyətini nəzərə
alıb şagirdlərlə həm zəif, həm də sürətli oxuyan yoldaşın oxusunu
izləmək üzrə müntəzəm işlər aparılmalıdır.
İkinci mərhələdə bacarıqların formalaşdırılması şagirdlərin mü-
qayisə və tutuşdurmalar aparmalarına, yaxşını pisdən ayırmalarına
|
|
|