|
Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
56
—
mənası çətin anlaşılan və səs-hərf tərkibi şagirdə tanış olma-
yan, söz və ifadələrin oxu dərsində əvvəl yazı taxtasına yazılması
və oxutdurulması;
—
çətin sözlərin (xüsusilə savad təlimi dövründə) kəsmə əlifba
ilə düzdürülməsi;
—
çətin oxunan sözlərin oxu prosesini saxlamaqla (yerindəcə)
təkrarən oxutdurulması;
—
müəllimin nümunəvi oxusunun izlənilməsi və s.
Belə iş formalarının sayını xeyli artırmaq mümkündür. Müəlli-
min vəzifəsi yaranmış şəraitdən və sinfin ümumi səviyyəsindən ası-
lı olaraq, daha optimal priyomlardan istifadə etməkdən ibarətdir.
Oxu prosesində səhvlərin düzəldilməsinə bütün sinif cəlb olun-
malıdır. Belə olduqda şagirdlər səhv ediləcəyi ehtimal olunan söz-
ləri əvvəlcədən görür, onun səs-hərf tərkibinə diqqət yetirir, həmin
sözü dodaqaltı tələffuz edir. Mətni oxuduqda şagird görmə və eşit-
mə analizatorlarının köməyinə arxalanır. Nəticə etibarı ilə oxu pro-
sesində yol verilən nöqsanlar tədricən aradan qaldırılır. Düzgün
oxumağı öyrənir, mətnin məzmununu şüurlu başa düşür və sərbəst
nağıl etməyi bacarırlar.
6. Oxunun şüurluluğu
Oxunun şüurluğu haqqında yuxarıda qeyd edilmişdir. Şüurluluq
oxuya verilən başlıca tələbdir. Burada əsas məsələ tədris olunan
materialın məzmununun dərk edilməsi və alınan biliklərin təcrübə-
yə, gündəlik həyata tətbiqidir. Oxu zamanı şagird bir sıra məsələlə-
ri dərk etməlidir:
1) hadisənin cərəyan etdiyi məkan, zaman və şəraiti;
2) mənası çətin anlaşılan və məcazi mənada işlədilən ayrı-ayrı
sözlərin mənasını;
3) hadisələr arasındakı ardıcıllığı, səbəb və nəticə əlaqələrini;
4) obrazların xarakterini;
5) hadisənin məzmununa, obrazların fəaliyyətinə yazıçının mü-
nasibətini;
|
|
|