|
Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
57
6) əsərin başlıca qayəsini və s.
Tutaq ki, şagird mətni düzgün və sürətli oxuyur, məzmunu əz-
bərdən danışır. Lakin nağılın sonunda mətnə qoyulan suallara ca-
vab verə bilmir. Yaxud məzmunu real varlıqla, özünün həyat təcrü-
bəsi ilə, müşahidələri ilə əlaqələndirməyi bacarmır. Deməli, mətnin
şüurlu oxusu təmin olunmayıb. Ona görə də hələ əlifba təlimi döv-
ründən oxunun şüurluğu diqqət mərkəzində saxlanılmalıdır. Bunun
üçün aşağıdakılara əməl olunmalıdır:
—
şüurlu oxu üçün giriş müsahibəsi;
—
problem xarakterli sualların qoyuluşu;
—
lüğət işi aparmaq;
—
mətnin məzmununu mümkün qədər əyaniləşdirmək;
—
məzmunu həyati misallarla zənginləşdirmək;
—
məzmunu müxtəlif formada nağıl etdirmək;
—
əsərin məzmununu, ayrı-ayrı obrazların fəaliyyətini qiymət-
ləndirmək;
—
əsas ideyanı, ikinci dərəcəlidən ayırmaq.
Bütün bunlar oxunacaq materialın məzmununun dərk olunması-
nı (şüurluluğunu) təmin edir.
7. Söz, ifadə və cümlələrin mənasının açılması
Oxu materialındakı çətin anlaşılan söz, ifadə və cümlələrin izahı
bir-birilə qarşılıqlı əlaqədə olan və dialektik vəhdət təşkil edən
məzmun və forma problemi ilə bağlıdır.
Bədii əsərin məzmunu yazıçının təsvir etdiyi həyat hadisələrinə,
iştirak edən insanlara, onların fəaliyyətinə və onlara olan şəxsi mü-
nasibətdir. Yaratdığı fikirlər, təbliğ etdiyi ideyalar sistemidir. Əsə-
rin süjeti, kompozisiyası, dili, təbiətin peyzajı, təsvir vasitələri və s.
isə onun forması kimi çıxış edir. Lakin bədii əsərlərin bəzi element-
ləri təhlil prosesində məzmunla forma arasında sürüşkənlik yaradır.
Gah məzmuna, gah da formaya keçir. Məsələn, tutaq ki, IV sinif
şagirdləri M.Qorkinin
“
Arxip baba və Lyonka‖ hekayəsindəkı
Lyonka obrazını səciyyələndirməli və xarakterizə etməlidirlər. Bu-
|
|
|