Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə25/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 85 
 
ULU TÜRKİSTANIN TRAGEDİYASI: URAL 
 
 
Ulu Türkistanın  xəritəsinə baxanlar Xəzər dənizinin şərqində 
böyük bir mavilik görürlər, bax bura Uraldır.  Türkistanlı dəniz deyir: 
Ural Dənizi. Əslində o mavilik günümüzdə xəritədə göründüyü qədər 
böyük deyil. Çünki Ural qurudu. Dəniz qurudu, iki-üç parçaya bölündü, 
ortasında adalar yarandı.  
“Ural ölüb gedərkən” –heç kim ah çəkmədi-ölüb gedən Vətən-su 
deyil! Belə hayqırır bir Özbək şair: “ölüb gedən Vətən....” 
Ural quruyur, quruduqca ana Vətənimiz  Türkistanı da qurudur. 
Suların çəkildiyi ərazilər  çöl oldu, qum dənizinə döndü. Yalnız suyun 
çəkildiyi ərazilər deyil, arxasından bütün Ülu Türkistan çöl olmağa 
başladı. 
Əvvəldən Ural ətrafındakı insanlar balıqçılıqla dolanardılar. 
Uraldan on minlərlə ton balıq tutulardı.  İndi Uralın suyunda canlı 
yaşamır. Uralın suyu zəhər oldu, ətrafını da zəhərləyir.  Bölgədəki 
şəhərlər, kəndlər boşalır. Qalanlar ya xəstə, ya da gedəcək yerləri 
olmayan insanlardır. Onlar da Uralla birlikdə ölümü gözləyirlər. 
Türkistan  şəhərində də quyu sularında kirəcləşmələr artır. 
Dünənə qədər zövqlə içilən quyulardakı sularda artıq çöl suyu dadı var. 
Uralı qurutdular. Daha çox pambıq almaq üçün damarlarını kəsdilər. 
Uralı bəsləyən Amudəryanı, Sırdəryanı kanallara bölüb çölə axıtdılar. 
İstiqamətini çölə çevirib “aş bu çölü” dedilər. Ulu Türkistanın qan 
qədər qiymətli suyu, damarlarından çıxıb qızğın qumların arasına axdı. 
Çöl suya inanarmı? Qoca Amudərya çölün ortasına doğru  axdı. Çöl 
suya inanmadı, amma Aral qurudu. 
Pambıq tarlalarına axıtdıqları,  çölə axıtdıqları azmış kimi, Uralı 
poliqon etdilər. 
Bilmirəm, neçə metr yerin altında atom sınaqları edib Uralın 
qarnını  parçaladılar. Qurudulan damarlarına bir də bu əlavə olununca 
dözə bilmədi Ural, yeraltına sızdı Ural. 
Su deyil, qımızdır Ural, 
Bir ağıllı qızdır Ural, 
Nadan əlində qalınca 
Yer altına sızdı Ural.” 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 86 
 
Göllər şairimiz Ali Akbaş belə deyir. 
Amansız sovet rejimi  milyonlarla insanlarla yanaşı, Uralı da 
öldürdü. 
Uralı tanımamaq Ulu Türküsatn coğrafiyasını tanımamaqdır. 
Uralı anlamamaq, Ulu Türkistan coğrafiyasındakı insanların 
ruhunu anlamamaqdır. 
Uralı düşünməmək, Türkistan Cümhuriyyətlərinin  gələcəyinə 
maraq göstərməməkdir. 
Uralın fəryadını eşitməmək  insanlığın səsinə qulağına kar 
etməkdir. 
Bu gün Türkistan coğrafiyasında Özbəki, Türkməni, Qazaxı, 
Qırğızı Ural qədər maraqlandıran ortaq bir məsələ yoxdur. Hər 
tərəfdən,  hər kəsin üzüldüyü, Ulu Türkistanın üzüldüyü ortaq məsələ 
Ural tragediyasıdır. 
Bunu bilən hər kəs Urala qaçdı. Amerika Birləşmiş Ştatlarının 
Dövlət  Katibi  köməkçisini göndərdi. Avropalılar Ural üçün bürolar 
qurdular, adamlar göndərib  Uralın ətrafında  növbətçi qoymaya 
başladılar. Dünya Bankı vəsait ayırdı. Dünya Uralın köməyinə gəldi. 
Deyəsən, təkcə  biz Uralı anlaya bilmədik. Bir çox dünya ölkələri 
Ural üçün nümayiş  xatirinə  də olsa,  nə  isə etməyə çalışır. Bəs biz 
harada idik, Türkiyə harada idi? 
Ulu Türkistanda insanlar bunu bizdən soruşurlar: “Bəs Türkiyə 
hanı?” Üzümüz qızarır, cavab verə bilmirik. 
Türkiyə insanlığın ortaq dəyərlərinə sahib çıxmaq istəyirsə Ural 
da olmalıdır. 
Türkiyə Türkmən, Özbək, Qazax Türkistanlıların könlünə girmək 
istəyirsə Ural da olmalıdır. 
Türkiyə Ulu Türkistanı anlamaq istəyirsə Ural da olmalıdır. 
Və Türkiyənin Türkistan  Cümhuriyyətlərinin  gələcəyi ilə bağlı 
düşüncələri varsa, Ural da olmalıdır. 
Ural qurudu. Ural çöl oldu. Ural yanır. 
Qardaşlarının bağrı yanarkən “ah” çəkməyənə qardaş deyilməz. 
Ural üçün “ah” Türkiyədən yüksəlməlidir. 
Əmin olun, Ulu Türkistan səbirlə bu “ahı” gözləyir. 
                        
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 87 
 
İGİD QANADLARI: ATLAR 
 
 
Böyük  ordular atlar üzərində üz-üzə gəldikləri zaman döyüş 
meydanlarında necə bir mənzərə yarandığına maraq göstərənlər mütləq 
“kökpar” oyununu seyr etməyə getməlidirlər. Hekayə yazarları, roman 
yazanlar, film çəkənlər keçmiş meydan döyüşlərini xatırladan bu oyunu 
seyr etdikləri zaman yaranan təsvir daha çox həqiqətə yaxın olacaqdır. 
Bəlkə də kökpar bu meydan döyüşlərinin  idman formasına keçirilmiş 
şəkli və ya əsgərlərin  əlində qılıncları olmadan çıxdıqları bir meydan 
qarşılaşması olaraq dəyərləndirilsə, şişirdilmiş olmaz. 
Bəli, kökpar həm atların, həm də onları sürənlərin təlim gördüyü 
bir döyüş məşqidir ki, kökpar oynanan meydanın görüntüsü 
gerçəyindən geri qalmır. İki komandanın bir-birinə doğru hərəkətə gəlib 
oyunçulardan birinin ortadakı oğlağı götürməsi ilə birlikdə meydan 
canlanır. Onlarca atın ayaqlarını yerdən qaldırdığı toz duman içərisində 
atların bir-birilərinin  üzərinə şığıması, iri gövdəli atların sinələri ilə 
sanki düyün düşmüş kimi bir-birinə qarışan sıxlığı yarıb keçməsi, o toz-
duman arasında oğlağı rəqib oyunçudan qapıb bir həmləylə qələbəliyin 
içindən çıxıb dördnala çapan oyunçunun dayandırılması  üçün edilən 
həmlələr kökparda həyəcanın ən yüksək nöqtəyə çatdığı anlardır. 
Kökpar meydanında atın özü də, onu sürənin də dözümlülüyü və 
qabiliyyəti imtahandan keçir. Bu meydanda at üstündə qala bilən hər bir 
şərt altında ata minməyi bacarır. Qazaxların kökpar dediyi, Orta 
Asiyanın bəzi yerlərində oğlaq oyunu, “kökbüri”  və ya “buzkaşi” 
deyilən bu oyun əsrlərdir olduğu kimi, bu gün də  Türkistanlıların ən 
əsas əyləncələrindən biridir. Baharın gəlməsiylə birlikdə Şavuldur 
yolundakı ərazi və ya Kentav tərəfindəki geniş düzənliklər kökpar 
oynanan atlılarla dolmağa başlayır. 
 Sağlam bir bədən,  iti gözü olan və yaxşı minicilik tələb edən 
kökparda hər kəs iştirak edə bilməz. Bu səbəbdən də Türkistandakı 
kökparçıların hamısı bir birilərini tanıyırlar. Hətta Cənubi 
Qazaxıstandakı kökparçılar bir-birlərinin qabiliyyətlərini, zəif  və üstün 
cəhətlərini yaxşı bilirlər. Onu da qeyd edim ki, bəzi məşhur 
kökparçıların adları və hünərləri bütün Qazaxıstanda məşhurdur və 
hətta onları qonşu Qırğızıstan və Özbəkistanda da tanıyırlar.  


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə