Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 91 
 
AT ƏTİ VƏ QISRAQ SÜDÜ 
 
 
Bugünkü ev atının atası olan, Tarpan və Prezevalski atlarının 
olduqları coğrafiyalar Türklərin yaşadıqları ərazilərdir. Atı 
əhliləşdirərək  dünya mədəniyyətinə  qazandıran  Türklərdir. Atın ilk 
əhliləşdirildiyi  zaman ətindən və südündən yararlanmaq məqsədi 
güdüldüyü zənn edilir. Daha sonra onun ilk dəfə nəqliyyat kimi və 
döyüş vasitəsi olaraq istifadə  olunması Türklər tərəfindən həyata 
keçirilmişdir. 
Türkistanda at idman, iş-güc,  ət  və südündən  istifadə məqsədilə 
saxlanılır. Orta Asiya səhralarında gedərkən bu məqsədlə yetişdirilən 
“yılkılara” tez-tez rast gəlmək olur. 
At südündən hazırlanan, tarixi Türk içkisi - qımız, digər Qıpçaq 
Türklərinin yaşadığı bölgələrdə olduğu kimi, Türkistanda da sevilən 
içkilərdən biridir. Qısraq südünün mayalanması ilə əldə edilən qımız bu 
gün də, Qazax, Qırğız, Tatar,  Özbək,  Türkmənlərin  istifadə etdikləri 
kimi, Türkistan şəhərində də geniş şəkildə hazırlanır. 
Baharda dünyaya gələn kiçik taylarla birlikdə qımız mövsümü da 
açılmış olur. Hər evdə ilin ilk qımızını içmək bir bayrama dönür. 
Qısrağın ilk südü qatı olur və  daha yağlı olan ağız südüdür. Bu ağız 
südündən hazırlanan qımıza da “üz qımız” deyirlər və üz qımızın 
içilməsi üçün yaxın qohumlar, dostlar dəvət olunurlar.  
Qazaxıstanda həqiqi qımız at dərisindən hazırlanan və içi məlikə 
ağacının dumanıyla hisə verilmiş  və adına “saba” deyilən tuluqlarda 
hazırlanır. Saba  olmadığı zaman ağac yayıqlar istifadə olunur və yenə 
məlikə ağacının dumanıyla hisə verilməsi lazımdır. 
Qurudulmuş və adına “kor” deyilən qımız mayası sobanın dibinə 
qoyulur və tuluq qısraq südüylə doldurulur. İlıq  bir yerdə yarım saat 
qədər saxlanılır.  Yumurta böyüklüyündə kor əridiyində qımız hazır 
olur. Artıq südün dadı turşumuşdur və  qımız hazırdır. Qazax qımızın 
mayalanmasına “asıtmaq” deyir, yəni südü acılaşdırmaq. 
Mayanın əriməsiylə birlikdə artıq süd olmaqdan çıxmış    qımıza 
“yuvaş” və ya “saumal” qımız deyirlər ki, mayanın  az olması 
səbəbindən  bundakı  alkoqol faizi haradasa sıfıra yaxındır. Kiçik 
uşaqlara və ya yaşlılara içirirlər. Sinir xəstəliklərinin müalicəsində  də 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 92 
 
bu qımızdan  istifadə olunur. Qımızın saxlanılması zamanı  içindəki 
maya da irəliləyir və alkoqol faizi bir qədər artır. Ancaq maya nə qədər 
çox olursa olsun, alkoqolun faizi 1-1,5-i keçmir. Bu acılıq  nəticəsində 
qımızın dadı turş ayranın dadına dönür və içilməsi sərtləşir. 
Qımızın bir digər növü də “sarı qımız”dır. Sarı qımız yayın 
ortasında,  səhranın otları yaxşıca saraldığı zaman sağılan südlərdən 
hazırlanır.  Qımızın qidalılıq  gücünü daha da artırmaq və dadını, 
rayihəsini bir  az dəyişdirmək üçün içinə bir az bal qataraq içməyi 
sevənlər də vardır. Bu qımıza  “bal qımız” deyirlər.  
Bunların xaricində adlarını eşidib də, heç dadmadığımız qımızlar 
da vardır. Məsələn, bol maye ilə hazırlanıb uzun müddət gözlənilən 
“tünemel” qımız 3 gün,  yəni 72 saat boyu mayalanan “kunan” qımız, 
dörd gün gözlənilən “dönən qımız”, beş günlük “betsi qımız”, daha çox 
gözlənilənlərə “asau qımız” deyilir ki, bu qımızlar acılığından asılı 
olaraq ət və digər başqa şeylərlə yanaşı yeyilir. 
Baharda qımız mövsümü dualarla açıldığı kimi, payızda dualarla 
bağlanılır.  Payızda  südləri azalan qısraqlardan sağılan südlər bir neçə 
gün saxlanılaraq sirkə qımız hazırlanır. Sirkə qımızı içmək üçün el-oba 
dəvət olunur, süfrələr qurulur. Süfrədə içilən bu qımızlar ilin son 
qımızları olur. 
 Qımızın ən qiymətli olduğu mövsüm heç şübhəsiz qış aylarıdır. 
Qısraqların süddən kəsildiyi bu aylarda Qazaxın köməyinə  qısır 
qısraqlar gəlir. Qışda  qısraqların südündən hazırlanan bu qımıza da 
“qısır qımız” adı verilir. Xəstələr, canı qımız istəyən hamilə gəlinlər və 
çox hörmətli qonaqlar üçün bu qımızdan istifadə olunur.  
Qımızın insan sağlamlığına çox faydalı olduğuna dair elmi 
fikirlər mövcuddur. Bu xüsusiyyətinə görə sinir sistemi,  nəfəs yolu 
xəstəlikləri olan Qazaxlar yayda yaylaqlara çıxaraq, burada 15-20 gün 
yalnız qımız və qatıqdan hazırlanan diyetdən istifadə edirlər. 
Atın südü kimi, əti də bu ərazilərdə sevilən yeməklərdəndir. Orta 
Asiyada  hörmətli qonaqlara verilən “beşbarmaq” yeməyi qoyun əti ilə 
olduğu kimi,  at əti ilə də hazırlanır. Yenə bölgənin ən məşhur 
qidalarından olan “kazı” yalnız at ətindən hazırlanır. Kazı hazırlanarkən 
atın qabırğa ətindən istifadə olunur. Atın qalın bağırsağı təmizlənir və 
ətlə doldurulur. Qabırğa ətləri bağırsağa doldurulmazdan əvvəl istiot, 
sarımsaq, duz və zövqə görə  digər ədviyyatlarla doldurulur. Sucuq 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 93 
 
şəklini alan kazı həmin dəqiqə bişirilmir. Hazırlanan  ədviyyatların ətə 
hopması üçün bir müddət gözlənilir. Mükəmməl bir ləzzət dadan  ətlər 
səhər yeməyi daxil, hər zaman yeyilə bilər.  


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 94 
 
TÜRKİSTANDA MİSSİONER FƏALİYYƏTLƏRİ, BÖRÜ 
BƏY 
 
 
Qaziantəpdə dünyaya gələn bir ingilislə Türkistan  şəhərində 
qarşılaşa biləcəyimi heç ağlıma gətirə bilməzdim. Dünyada 
Qaziantəpdə  doğulan neçə ingilisə rast gəlmək olar ki? Ancaq biri 
burada idi. Öz dinlərini Orta Asiyada yaymaq üçün fəaliyyət 
göstərənlərin arasında çalışırdı. Türkistandakı saylarının  neçə  nəfər 
olduğunu bilmirəm. Ancaq fəaliyyətlərinə görə 10 nəfərdən az 
olmamalıdırlar. Antəpli ingilisdən başqa liseydə ingilis dilində 
müəllimlik edən 20-25 yaşlarında iki gənc qızı tanıyırdım. Antəplinin 
həyat yoldaşı da vardı. Onların evinə tez-tez gedib gələn 4-5 nəfərdən 
bəhs edilirdi. 
Türkistana gəldiyim ilk günlərdən etibarən onların fəaliyyətləri 
haqqında çox şey eşidirdim. İstər Qazaxlar, istərsə də Türkiyədən gedən 
yoldaşlarımız bu fəaliyyətlərdən narahat olduqlarını söyləyirdilər. 
Gəncləri təlqin edərək iqtisadi sıxıntıda olan insanları maddi 
yardımlarla öz dinlərinə keçirməyə çalışırdılar. Missionerlərin tarix 
boyu istifadə etdikləri bütün metodları burada sınayırdılar. Çox böyük 
uğurlar əldə etməsələr də,  öz yanlarına çəkdikləri bir neçə nəfər 
cəmiyyətdə  ciddi narahatlıq yaratmışdı. Bu məsələ yalnız Türkistan 
şəhərinin deyil, bütün Orta Asiyanın problemi idi. Əslində onların 
Türkistana xüsusi əhəmiyyət verdiklərini də söyləmək olardı. 
İstanbulda qeyri-müsəlman 
ailələrin qonşuları onlarla 
münasibətlərindən çox məmnun olaraq  “çox yaxşı insanlar, kaş ki, 
müsəlman olsaydılar,  axirətləri gözəl olardı!” dediklərinə dair 
rəvayətlər söylənilir. Əlbəttə hər insan öz dinini ən doğru inanc sistemi 
olaraq görür. Belə olmasa o dində qalmaz. Bu səbəbdən  başqa 
insanların da “bu həqiqətləri” görmələrini və onların da “qurtuluşa” 
çatmalarını istəyə  bilər. Buraya qədər  hələ ki, hörmət duymaq 
mümkündür. Ancaq öz dinini iqtisadi sıxıntıları olan insanların 
vəziyyətlərini istismar edərək yaymağa çalışmaq istəyini  qəbul etmək 
mümkün deyildir. 
“Nə  etmək?” deyə çox ağıllı bir gənc olan Dinis  başda olmaq 
üzrə,  bir neçə yoldaşımla bərabər düşünürdük.  Axırda  missionerlər 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə