Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 82 
 
istifadə etdikləri bu hesablama ay və ülkər ulduzunun qarşılaşdıqları 
vaxtlardan çıxaraq hesablanırdı. Təqvim haqqında  nə  isə  öyrəndikcə 
həyəcanım daha da artırdı. 
Ay və ülkər ulduzunun hər qarşılaşmaları bir aya müvafiq gəlirdi 
və ay-ulduz ayları 27-32 günlük dəyişən müddətlərdən yaranırdı. Ay-
ulduz təqvimində bu müddətə “tokıs” yəni “dokkuz” deyirdilər. Bu 
dönəmlərin adı da ayın neçənci günündə ölkələrlə qarşılaşdığına görə 
adlandırılırdı. Məsələn, göy üzündə ay 5 günlük ikən,  Ülkərlə 
qarşılaşarsa, o ayın adı “bestokız” (beşdoqquz), 13 günlük qarşılaşarsa 
“onuştokız ayı”,  iyirmi beş günlük qarşılaşarsa “jirmi bes dokız ayı” 
olaraq  adlandırılır. Ülkər ulduzunun görünmədiyi ayın 40 günlük 
müddət ilə də bir hesab  formalaşdıran  köçəri Qazax və bəlkə də 
köçərilik dönəmindəki bütün Türk xalqları, bu  gün istifadə etdiyimiz 
günəş təqvimi ilə uyğun  bir təqvim  yaratmışdır. Ay təqviminin 
ərəblərdə,  günəş təqviminin qərbdə yarandığını bilirik. Ay-ulduz 
təqvimi isə Türk təqvimi olmalıdır. 
İlin adlarını 12 aya bölüb, adına doqquz deyən köçəri xalq 
mövsümləri də “doksan” olaraq adlandırmışdır. “Jaz toksan, Jeltoksan 
kıs toksan və jıl toksan”. “Jaz toksan”, yaz; “jel toksan” sonbahar, “kıs 
toksan”, qış və “jıl toksan” ilk baharı əvəzləmişdir. Bu doxsan günlük 
mövsüm mənim  uşaqlığıma dair xatirələrimi canlandırırdı:  uşaqlığımı 
keçirdiyim kənd həyatı içərisində biz də qışı qar və soyuqdan bezir və 
baharın gəlişini  səbirsizliklə  gözləyərdik.  Atam  günəş təqviminin qış 
hesabına çox  etibar etməz və evimizin divarında asılı yarpaqlı Maarif 
Təqvimindən hər yarpağın altında kiçik hərflərlə  yazılmış  “Noyabr” 
ayına baxırdı. Bu noyabr ayı günəş təqvimindəki noyabr ayından fərqli 
idi və yüz səksən gün davam edirdi və ilk doxsanı qışdı. Doxsan günlük  
noyabr bitdiyi zaman isə bahar gəlirdi. Uşaqlığıma aid bu xatirələr 
yadıma düşür  və atamın doxsan günlük noyabr doxsanları ilə Qazax 
toksanlarının bir əlaqəsi vardırmı görən, deyə düşünürəm.  
Bu ərazidə günəş hər yaz səhəri yenidən iqtidarını elan edir. Hələ 
iyul ayının girməsiylə birlikdə başlayan və qırx gün davam edən “şildə 
günləri”. Bax, o zaman onun gücü əfsanələşir:  kiminə görə istilik 
kölgədə 45 dərəcədir, kiminə görə açıqda 55. Günəşin istisiylə qarışan 
zehinlər rəvayətləri də artırdıqca artırırlar. “Filan yerdə bu gün, günəşin 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 83 
 
istisiylə  yumurta bişiriblər”. Bu günlərin yeganə  əfsanəsi və ortaq 
mövzusu artıq günəşdir. 
Bu əfsanələrə qarşısına gələn hər şeyi vurub-yıxan sərt küləkləri 
və qışda qovuran soyuqları da əlavə etmək lazımdır.         
Türkistanlıdan soruşmuşlar, Türküstanda ildə neçə dəfə külək 
əsir? “İki” demişdir. “Necə ola bilər?” soruşmuşlar. Necə olacaq: altı ay 
şərqdən qərbə, altı ay da qərbdən şərqə əsən iki külək. Bu dərəcə də 
olmasa da, xalq arasında danışılan bu lətifə bir həqiqəti dilə gətirir: Bu 
bölgədə külək heç əskik  olmur. Ancaq o küləklər səhranın tozunu, 
qumunu sovuran fırtınalar şəklində əsdikləri zaman əfsanələşirlər. 
Yozumlar  başlanır:  bu  gecə yenə ruslar Baykonurdan raket atdılar  və 
ya Ural quruduqca bizləri də qurudacaqdır. 
Bu söylənənlər  doğrusu,  həqiqətə çox da uyğun deyildir. 
Türkistandan 350 km uzaqlıqda yerləşən Baykonur kosmos bazasından 
hər raket atıldığı zaman bölgədə müdhiş bir fırtına əsir. Əgər təsadüfən, 
raketin atılmasına rastlasanız, göy üzündə çox sehrli bir mənzərə seyr 
etmək imkanı da əldə etmiş olursunuz. Kim bilir nə qədər radiasiya və 
necə qazlar buraxaraq göy üzünə yüksələn kosmik gəmilər böyük bir 
quyruqlu ulduz keçirmiş kimi arxalarında bir bəyazlıq buraxaraq 
dünyamızdan ayrılırlar. Bax, bu mənzərəni seyr edənlər ertəsi gün 
əsəcək müdhiş küləklərə də hazır olmağa başlayırlar. Hələ may ayında 
tarlalarda yetişməkdə olan məhsulu olanlar və ya sentyabrda yığımı 
gözləyən pambıq yetişdirənlər, bax o biçarələr üçün bu mənzərə  bir 
fəlakət xəbərçisidir. Çünki ertəsi gün raketin əmələ  gətirəcəyi külək 
məhsulların zərər görməsinə səbəb olacaqdır. “Ah, vicdansız adamlar” 
deyə söylənərək çəkilən ahlar, raketlə birlikdə nifrətləri də göyə 
yüksəldir. 
Ural  dənizinin  quruması da bu fırtınaların sayını artırmışdır. 
Pozulan təbii tarazlıq ilə  artan fırtınalar, Uralın qəzəbi kimi Orta 
Asiyanın səhrasında əsib dayanır. Bu fırtınalar həqiqətən də qəzəbdir. 
Quruyan Ural dabanından yükləndiyi qumu, kilometrlərlə səhraya 
saçaraq  məhsuldar tarlaları  səhraya çevirir.  Şirin sulara duz daşınır. 
İçilən sular içilməz olur, suyu zəhər edirlər.  
Unuda bilmədiklərimdən  biri də qışda,  bəzi günlərdəki 
soyuqlardır. Davamlı olmasa da, bu soyuqlara tutulduğun  bir gecə 
onları unudulmaz edir. Yenə belə bir soyuq Türkistan  gecəsində bir 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 84 
 
kilometr olmayan məsafəni yerimək məcburiyyətində qalmışdıq. 
Fərqinə almadan getdiyimiz yol bitməz olmuşdu. Dondurucu soyuğun 
iztirabını zarafatların istiliyi ilə bir az da olsa unutmaq üçün bərabər 
yeridiyimiz Qazax qardaşım Bahıtcan Muhammedova sataşdım: 
“Mənim atalarım, səninkilərdən ağıllı imiş!” dedim. Soyuqdan titrəyən 
dişlərinin arasından  “Niyə?”  deyə soruşdu. “Niyəsi varmı? Bu qədər 
soyuq ölkədə yaşamaq olarmı? Onlar da çıxıb gediblər Anadoluya” 
mən bir yandan gülüb, bir yandan addımlarımı daha  da şıxlaşdıraraq 
yeriyərkən, ağıllı Qazax  cavab vermək üçün gecikmədi: “Ataların 
haqqında söylədiyində haqlı ola bilərsən, bəs  sən niyə geri  döndün?” 
Bəli, deyəcək söz yoxdu. Ova gedərkən ovlanmışdım. Birlikdə soyuqda 
donub qalan qəhqəhələr çəkərək ən yaxın isti məkana sığındıq.        


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə