Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə25/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 98 
 
əsrlərdən  belə  biliklər  vasitəsilə,  onların  çoxu,  əlbəttə  ki,  ərəb 
mənşəli  idi  və  xüsusən  də  astroloji  mənasına  görə  talismanlara 
(tilsimlərə)  aid  olmaqla  məşhur  kolleksiyalarda  toplanmalı  idi. 
Cəlaləddin  Rumi  “Mövlanə”  adlanırdı,  bu  isə  “Bizim  müəllim” 
mənasını  verir.  O,  islam  mistitsizminin  –  böyük  Sufinin  fars 
dilində  yazan  şairi  idi.  Onun  məşhur  lirik  və  didaktik  poeması 
olan  “Mənaveyi  məsnəvi”  (“Ruhi  beytlər”)  elə  populyarlıq 
qazanmışdı  ki,  onu  “Persiyadakı  Quran”  adlandırırdılar. 
Müsəlman  mistik  fikir  və  ədəbiyyatı  isə  bu  dinə  sitayiş  edən 
müxtəlif  xalqların  dillərində  yazılmaqla,  demək  olar  ki,  saysız-
hesabsız  idi.  Rumi  sarayın  ən  böyük  şairlərindən  birinə 
çevrilmişdi.  O,  hələ  uşaq  olarkən  biliyi  ilə  hamını 
təəccübləndirmişdi.  Altı  yaşında  oruc  tutmağa  başladı  və  bu 
vaxtda da həmçinin o, gözünə görünənləri seyr etməyi bacarırdı. 
Rumi  daim  insanların  heyvanlardan  daha  ambisiyalı  olduğuna 
etiraz edərək, qeybə çəkildi. Adamlar qorxudan qışqıran vaxt, o, 
qəflətən  onların  arxasından  yenə  üzə  çıxdı.  Onun  gözlərində 
qeyri-adi  baxış  var  idi  və  dedi  ki,  yaşıl  əbası  olan  ruhlar  onu 
kənara,  digər  dünyalara  apardılar.  Yaşıl  əbalılar  Əl-Xıdırın 
kölgələri  ola  bilərdi,  yaşıl  biri  qüdrətli  varlıq  olmaqla,  vaxt 
gələndə  maddiləşməyə,  həmçinin  maddiləşməni  ləğv  etməyə 
qadir olacaqdır. 37 yaşlı Ruminin həyatında mühüm rol oynayan 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 99 
 
həlledici  bir  hadisə  baş  verdi,  o,  Konyanın  küçələrində  dolaşan 
dərviş, müqəddəs adam hesab edilən Şəmsəddin (“Dinin günəşi”) 
Təbrizi ilə görüşdü. Şəmsəddinin heç bir ənənəvi mistik qardaşlıq 
cəmiyyəti  ilə  əlaqəsi  yox idi.  Bu  qəribə  dərviş  şeyxləri  və  digər 
nüfuzlu  din  adamlarını  təhqir  etmək  sahəsində  özünəməxsus 
şəkildə  ad  qazanmışdı,  çünki  onu  Allahdan  başqa  heç  kəs  idarə 
etmirdi.  Cəlaləddinə  isə  Şəms  Təbrizinin  təsiri  böyük  oldu,  ona 
ilahi  aliliyin  və  gözəlliyin  sirrlərini  açdı.  Bir  və  ya  iki  ay  onlar 
meditasiya  etdilər  (gərgin  düşünmə  ilə  məşğul  oldular).  Rumi 
şagirdlərindən  və  ailəsindən  ayrı  düşmüşdü,  onlara  laqeydlik 
göstərirdi. Buna görə də onlar Şəmsini şəhəri tərk etməyə məcbur 
etdilər.  Bu  Cəlaləddini  çox məyus  etdi  və  Şəmsi  geri  qaytarıldı. 
Lakin  ailəsi  Cəlaləddinin  sevdiyi  bu  adamla  yaxınlığına  dözə 
bilmirdi.  Belə  bir  şəraitdə,  ilk  görüşlərindən  üç  il  sonra  Şəmsi 
həmişəlik qeybə çəkildi, onu öldürmüşdülər. Rumi ağlayırdı, ağı 
deyirdi, bədəncə xeyli zəifləmişdi. O, artıq sərgərdan idi. Bir gün 
küçədə  gəzəndə  zərgər  dükanının  yanından  keçirdi,  bu  vaxt 
çəkicin  qızıla  vurulan  ritmik  zərbələrini  eşitdi.  Rumi  Allahın 
adını  təkrar  edib,  sonra  qəflətən  ekstazda  fırlanmağa  başladı. 
Sufilərin Mövlanə və ya fırlanan dərvişlər ordeni beləcə yarandı. 
Fırlanma  rəqsi  “Səma”  rəqsi  adlanır  və  bugünkü  Türkiyədə  də 
rəmzi  dərviş  rəqsi  kimi  ifa  edilir.  Məhəbbət  təcrübəsi  Rumini 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 100 
 
şairə  çevirmişdi.  O,  təbiətdə  “Dinin  günəşinin”  şüalanan 
gözəlliyinin  əksini  tapırdı.  O,  çox  vaxt  öz  şeirlərini  rəqslə 
müşayiət  edirdi.  Onun  əsərləri  mistiklər  və  öz  şagirdləri 
tərəfindən  geniş  miqyasda  oxunurdu.  “Məsnəvi”  sufizmin  bütün 
müxtəlif  cəhətlərini  açıb  göstərirdi.  Bu  əsər  ilahi  məhəbbət 
təcrübəsini  ifadə  edirdi.  Ruminin  poeziyasında  hər  kəs  mistik 
təcrübələrin  başlıca  bəşəri  ifadəsini  tapa  bilərdi.  Ərəblərin 
füsunkar sivilizasiyası orta əsrlər Avropasını həm valeh edir, həm 
də  dəhşətə  gətirirdi.  Səyyahların  gətirdiyi  təəccüblü  xəbərlər 
ondan  ibarət  idi  ki,  ərəblərin  qiymətli  metallardan  düzəldilmiş 
möcüzəli mexaniki bağı vardır və orada mexaniki quşlar uçur və 
oxuyurlar.  Onların  arasında  böyük  qızıl  ağac  durur,  təəccüblü 
qaydada  qiymətli  daşlardan  olan  meyvələr  gətirir  və  onlar 
planetləri  təmsil  edirlər.  Çoxlarına  bu  möcüzələr  ölülər  dünyası 
kimi  görünürdü,  onlar  sehrin  və  elmin  arasındakı  sərhədlərdə 
mövcud  idi.  Ən  azı  buna  müəyyən  izah  1936-cı  ildə  Bağdadda 
edilən  qəribə  kəşf  vaxtda  verildi.  Alman  arxeoloqu  Vilhelm 
Koeniq  qədim  saray  drenaj  arxını  qazanda  bilavasitə  elektrik 
batareyası kimi bir şey tapdı. Bunun düzəldildiyi dövr erkən orta 
əsrlərə  gedib  çıxırdı.  Kolleqası  onun  dəqiq  oxşarını  yaradanda 
gördülər ki, bu qızılla gümüş qatından ibarət olsaydı,  yarım saat 
ərzində elektrik cərəyanı əmələ gətirməyə qadir olardı. 802-ci ildə 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 101 
 
Harun  ər  Rəşid  Qərbin  imperatoru  Şarlemana  (Böyük  Katrla) 
ipəklər, sarı mis şamdanlar, ətirlər və fil sümüyündən düzəldilmiş 
şahmat  göndərmişdi.  O,  həmçinin  hədiyyə  kimi  fil  və  su  saatı 
göndərmişdi.  Bürünc  şarlar  vazanın  içərisinə  düşəndə  saatları 
bildirirdi, bu vaxt kiçik mexaniki cəngavərlər isə xırda qapılardan 
çıxırdı. Bu hədiyyələr Şarleman da ərəb elminin yüksək səviyyəsi 
və  öz  imperiyasının  da  gələcəkdə  buna  nail  olması  barədə 
təəssürat yaratmalı idi.  
 
Əgər  üç  nəslə  aid  olan  fransız  kralları-  Şarl  Martel,  Pipin  və 
Şarleman  olmasaydı,  islam,  xristianlığı  yer  üzündən  silib  ata 
bilərdi.  742-ci  ildə  anadan  olan  Şarleman  Longinusun  nizəsini 
miras  kimi  götürmüşdü,  bu  nizə  İusus  Xrist  çarmıxa  çəkiləndə 
onun böyrünü deşmək üçün istifadə olunmuşdu. Şarleman bu nizə 
ilə  yaşayır  və  yatırdı,  inanırdı  ki,  silah  gələcəyi  qabaqcadan 
görmək və öz taleyini həll etmək üçün ona qüvvə verəcəkdir. lX 
əsrin birinci onilliyində o, müsəlmanlar üzərində qələbə çaldı. 
Şarleman  aldadıcı  fiziki  görkəmə  malik  idi.  Yeddi  fut  (213  sm) 
hündürlüyündə  olmaqla,  parlayan  mavi  gözləri  var  idi,  lakin  o, 
sadə,  mülayim  adətlərə  malik  adam  idi,  həm  də  öz  iradəsini, 
taleyinin gedişi istiqamətinə yönəldə bilirdi. İslam müdaxiləsi ilə 
üz-üzə gələndə o, Xristian düşüncəsini qorumaqla yanaşı, həm də 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə