Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə33/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   26   27   28   29   30   31   32   33   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 130 
 
üçün  bir  adamla  görüşməli  idi.  Bu  hadisə  dəqiq  şəkildə  göstərir 
ki,  Napoleon  ezoterist  və  astroloq  olan  Fabre  de  Olivyeni  öz 
məsləhətçilərindən  biri  kimi  seçmişdi  və  həmçinin  işi  elə 
qurmuşdu  ki,  Böyük  Piramidada  bir  gecə  tək  qalsın.  Napoleon 
müqəddəs Jermeni bədəndə və ya ruh şəklində gördümü? 
Napoleon  göstəriş  verdi  ki,  Misir  antik  əşyalarının  “Description 
de  l`  Egypt”  adlanan  kataloqunu  tutsunlar.  Bu  “Napaleon  le 
Grand”a  –  “Böyük  Napaleona”  həsr  ediləcəkdi,  onun  Böyük 
Aleksandrla müqayisəsi üçün edilirdi. Günəş allah kimi, kataloqu 
qarşısında onun portreti çəkildi. 
Onun  imperiyası  genişlənərək  təkcə  İtaliya  və  Misiri  deyil, 
Almaniyanı,  Avstriyanı  və  İspaniyanı  əhatə  etdi.  Şarlemandan 
başqa  heç  bir  imperator  Papa  tərəfindən  taclanmamışdı,  ancaq 
1804-cü ildə Napoleon Şarlemanın tacını və skipetrini ondan aldı. 
Papa  Piyi  parisə  gəlməyə  məcbur  edərək,  Napoleon  simvolik 
qaydada  tacı  onun  əlindən  tutub  aldı  və  özünü  imperator  kimi 
taclandırdı. 
Napoleon alimlər komandasını işlədirdi ki, onlar belə bir nəticəyə 
gəlsinlər  ki,  İsida  Parisin  qədim  ilahəsi  olmuşdur  və  sonra  belə 
dekret  verdi  ki,  ilahə  və  onun  ulduzu,  ordunun  Paris  pencəyinə 
nişan  kimi  daxil  ediləcəkdir.  Zəfər  Tağının  üzərində  Jozefina, 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 131 
 
İsidanın  dəfnə  çələngi  ilə  onun  ayaqları  qarşısında  diz  çökmüş 
şəkildə təsvir edilmişdi. 
Biz  belə  bir  rəyə  gələ  bilmərik  ki,  Napoleon  özünü  Siriusla 
eyniləşdirmirdi,  özünü  Orion  göydə  Siriusun  arxasınca  düşən 
kimi  aparırdı.  Müəyyən  frimason  həsr  etmə  mərasimlərində 
namizədlər  Osiris  kimi  yenidən  doğulurlar,  İsidanı  təmsil  edən 
beşgünəşli  ulduza  baxırlar.  Ovçu  Osiris  /  Orion  hakimiyyətə 
doğru  kişi  impulsudur.  İsidanı  izləməklə  məşğuldur,  həyat 
sirrinin qapıçısıdır. 
Bu,  Napoleonun  ezoterik  frimasonluğa  dərindən  nüfuz  etmiş 
ailədə doğulan və onunla görüşdükdə artıq frimason olan Jozefina 
haqqında nə düşündüyünü göstərir. Napoleon materik Avropasını 
fəth  edə  bilərdi,  lakin  heç  vaxt  yüksək  dərəcədə  gözəl  olan 
Jozefinanı  fəth  edə  bilmədi.  Dante  Beatriçanı  sevən  kimi  o,  bu 
qadına ürəkdən vurulmuşdu və bu məhəbbət onu yüksək dərəcədə 
coşdururdu. 
Ezoterik  təlimlə  mürəkkəb  bağlılıq  Jozefinaya  məhəbbətlə 
birlikdə  tale  barədə  Napoleon  düşüncəsindən  xəbər  verir.  Lakin 
1813-cü  ildə  Napoleonu  idarə  edən  və  ona  səlahiyyət  verən 
qüvvələr  onu  tərk  etdi,  necə  ki,  onlar  daim  istənilən  adamı  tam 
qəflətən tərk edir və Hötenin yazdığı kimi, qitənin irtica qüvvələri 
onu məhv etmək üçün hər tərəfdən hücum etməyə başladılar. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 132 
 
Erkən romantizm öz iradəsindən təbiət dünyasında diri olduğuna 
görə təşvişə yol açan heyvan şənliyindən həzz alırdı. Hegel tarix 
qüvvəsini belə izah edirdi: “Ruh bizi aldadır, ruh fitnə törədir, ruh 
yalan deyir, ruh zəfər çalır”. 
Höte  Svedenborqun  “Göy  və  Cəhənnəm”  əsərini  oxuyanda 
özünün  şərə  nüfuz  etmə  düşüncəsini  üzə  çıxarmışdı,  məhz 
fövqəltəbii qüvvələr Fausta əzab vermişdi. 
Svedenborq  Dostoyevskiyə  də  çox  güclü  və  uzağa  gedən  təsir 
göstərmişdi,  bu  təsir  bütöv  eranın  əhval-ruhiyyəsini  qəmgin 
etmişdi. 
Dostoyevski  ruhi  təcrübənin  çıxış  hədlərindən  istifadə  etməkdə 
sərbəst  olduğunu  hiss  edib,  qaranlıq  və  işıq  qüvvələri  arasında 
çox  adamın  şüur  səltənətində  olan  döyüşləri  təsvir  edir. 
F.M.Dostoyevskinin Cəhənnəmə səyahəti Danteninkinə bənzəyir, 
bu müəyyən dərəcədə ruhi səyahətdir, ancaq həm də bəşəriyyətin 
yaratdığı  Yerə  cəhənnəmdən  keçməklə  olan  səyahətdir. 
Cəhənnəm  ilk  dəfə  içərisində  yaşadığımız  dünyada  heç  bir  fərq 
olmadan  meydana  çıxa  bilər,  lakin  sonra  tədricən  anomaliyalar 
özünü göstərir. “Cinayət və cəza” romanında Dostoyevski  yazır: 
“Mən gələcək həyata inanmıram”.  
Dostoyevskinin  əsərlərində  tarixin  Rusiya  düşüncəsi  öz  əksini 
tapırdı.  


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 133 
 
İspaniya  güman  ki,  Avropada  elə  bir  ölkədir  ki,  burada 
fövqəltəbii  hər  günün  səthinə  daha  yaxın  yerləşir.  Modernizmin 
böyük  maq-rəssamı  Pablo  Pikasso  daim  ruh  dünyalarına 
müdaxilə etmək barədə güclü hisslərə malik idi. O, uşaq olarkən 
dostları  onu  fövqəltəbii  qabiliyyətlərə  yiyələnməli  olacağına 
inandırmışdılar, bura düşüncəni  oxumaq və peyğəmbərlik etmək 
də  daxil idi.  O,  Fransaya  səfər  edərkən  Apolliner,  Jan  Kokto  və 
digərləri  onu  sofistik  okkult  ənənəsinə  həsr  etmişdilər.  Pikasso 
bəzən öz əsərində ezoterik mövzulardan istifadə edirdi. 
O,  bəstəkar  Riçard  Vaqnerin  mistik  cəhətlərini  öyrənmək  üçün 
yaradılmış  “Valqalla”  adlanan  qrupun  bani-üzvü  idi.  Həsr 
olunmuş  rəssam  olan  Pikasso  dünyanı  yenidən  düzəldə  bilərdi, 
allah da yeni doğulmanı məhsuldar edə bilərdi.  
Lakin  bunları,  gözəlliyin  şərti  qanunları  şəraitində  edə  bilməzdi. 
O,  kənara  atılmışdı,  səpələnmişləri,  eybəcərlikləri  yeni  gözəl 
qaydada yenidən birləşdirəcəkdi. 
1906-cı ildə Mahatma Qandı otuz altı yaşında öz arvadı ilə intim 
yaxınlıqdan  imtina  etdi.  Onun  ruhi  intizamına  hər  gün  əl 
cəhrəsində  parça  toxumaq  işi  də  daxil  idi.  Əgər  o,  müxtəlif 
ölçülərdə  öz  bədəninə  ağalıq  edə  bildirdisə,  özünün  ruh  gücü 
adlandırdığına  yüksələ  bilirdi.  O,  inanırdı  ki,  kosmos  həqiqət 
tərəfindən,  həqiqət  qanunları  tərəfindən  ifadə  olunur  və  bu 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə