Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə27/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 106 
 
Digər  böyük  ordenlərdən  biri  Fransisk  ordeni  idi.  Fransisk 
dünyaya  gələndə,  orada  təhkimçi  kəndlilər  müstəsna 
yoxsulluqdan  əziyyət  çəkirdilər,  eybəcərləşən,  hər  şeydən 
məhrum  olan  cüzam  xəstələrinə  isə  bütünlüklə  nifrətlə 
yanaşılırdı.  Varlı  din  xadimləri  təhkimçilər  hesabına  firavan 
yaşayırdılar və onlarla razılaşmayanları təqib edirdilər. 
1206-cı  ildə  Fransisk  İtaliyanın  Assizi  şəhərində  20  yaşlı  varlı 
gənc  idi.  O,  qayğısız  və  rəhmsiz  həyat  sürürdü,  çətinliklərlə 
üzləşməkdən  qaçırdı,  cüzam  xəstəsini  görəndə  burnunu  tuturdu. 
Burada  prins  Siddharthanın  həyatı  ilə  müqayisə  də  düzgün 
olmazdı. 
Bir gün o, atını çapanda, atı qəflətən kişnədi və o, aşağı baxanda 
cüzamlı  adamı  gördü.  Atdan  düşüb,  qabaqcadan  tanıdığı 
cüzamlının qanlı əlini qucaqladı və onun irinli  yanaqlarından və 
dodaqlarından  öpdu.  O,  hiss  etdi  ki,  cüzamlı  öz  əlini  geri  çəkir, 
Fransisk ona baxanda, cüzamlının yoxa çıxdığını gördü. O, bilirdi 
ki,  Müqəddəs  Pavel  Dəməşqə  gedəndə  yolda  gözlənilmədən 
qarşısına çıxan Xristlə görüşmüşdü. Fransiskin həyatı və fəlsəfəsi 
aşağı tərəfə döndü və içinə nüfuz etdi. O, aydınlaşdırmağa başladı 
ki,  “İncil”lər  yoxsul  həyatını,  başqalarına  kömək  etməyə  özünü 
həsr  etməyi  lazım  bilir,  “nə  qızıla,  nə  gümüşə,  nə  kisəsindəki 
pula, səyahət edəndə nə çantaya, nə iki pencəyə, nə ayaqqabılara” 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 107 
 
malik  olmağı  əksinəməsləhət  görmür.  O,  görməli  idi  ki, 
yoxsulluq heç nəyin olmamasıdır, heç nəyi arzu etməməkdir, həm 
də həqiqi azadlıq ruhunda olan bütün şeylərə malik olmaqdır. O, 
bunu görməyə gəlib çıxmalı idi ki, cisimləri sınamaqdansa, özünü 
sınamaq  vacibdir.  Bizim  malik  olduqlarımız  adamı  ondan 
yapışmağa  məcbur  edir  və  həyatımızı  idarə  etmək  təhlükəsi 
yaradır. 
Kilsədə  təsvir  olunan  çarmıxdan  bir  səs  ona  deyirdi:  “Get, 
Fransisk  mənim  evimi  təmir  et,  gördüyün  kimi  o  xaraba 
qalmışdır”.  Fransisk  üçün  bu  sınaq  nə  deyiləsi,  nə  də  qarşısı 
alınası deyildi. O, öz təbiətinin, onun maddi ölçülərində heyvan, 
bitki  təbiətinə  çevrildiyini  gördü.  Həmin  heyvanlar  ona  qəribə 
şəkildə  cavab  verdilər.  O,  xahiş  edəndə  sisəy  oxuyurdu,  quşlar 
onun  möcüzələrini  dinləməyə  yığışırdı.  Bu  vaxt  quduz  canavar 
dağdakı  kiçik  şəhərə  ziyan  vuranda,  Fransisk  onunla  görüşməyə 
getdi.  Canavar  Fransiskinin  qabağına  qaçdı,  ona  əmr  edəndə  ki, 
bir də heç kəsə zərər vurma, canavar onun ayaqları altına uzandı. 
Bir  neçə  il  sonra  canavarın  skeleti  tapılanda,  onu  kilsənin 
döşəməsinin altında dəfn etdilər. 
Həyatının  sonuna  yaxın  Fransisk  La  Verna  dağı  üzərində 
meditasiya  edirdi,  özünün  guşənişin  zirzəmisindən  kənarda  dua 
edirdi. Qəflətən bütün göy üzü işıqla parıldamağa başladı və altı 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 108 
 
qanadlı  Serafim  ona  göründü.  O,  anladı  ki,  İisus  Xrist  yeni 
missiya barədə ona xəbər göndərmişdir. 
Müqəddəs  Fransiskin  ölümündən  sonra  onun  yaratdığı  ordendə, 
fransiskanlarda narahatlıqlar başladı. Mülkiyyətə malik olmaq və 
pul ələ keçirməyə görə Papa ordendən müstəsna məsuliyyət tələb 
etdi.  Qardaşların  çoxu  buna  Müqəddəs  Fransiskin  görməsinə 
zorakılıq  kimi  baxdı  və  onlar  spiritual  fransiskanlar  adlanan 
parçalanmış  qruplar  yaratdılar.  Beləliklə,  Müqəddəs  Fransiskin 
ardıcılları təqib edilməli, ovlanmalı və dinsizlər kimi öldürülməli 
idi. 
1193-cü ildə anadan olan Albertus bakirə Mariyanın onun gözünə 
görünməsindən  ilhamlanmasına  qədər  tənbəl  və  səfeh  uşaq  idi. 
Lakin o, öz təhsilinə çox ciddi yanaşdığından tezliklə Avropanın 
ən  məşhur  filosofuna  çevrildi.  O,  Aristotelin  elmini,  fizikanı, 
təbabəti,  arxitekturanı,  astrologiyanı  və  əlkimyanı  öyrəndi.  O, 
həmçinin  okkultist  texnikaların  istifadə  etdiyi  yerin  təkindəki 
metalların ilahi təmsilinin metodlarından da faydalanırdı. 
 Belə  deyirlər  ki,  o,  Android  adlandırdığı  qəribə  avtomat 
düzəltmişdi. Bu avtomat danışmaq, güman ki, hətta düşünmək və 
öz sərbəst iradəsi ilə hərəkət etmək qabiliyyətinə malik idi. O sarı 
misdən  və  digər  metallardan  hazırlanmışdı,  bu  metallar  isə  göy 
cisimləri  ilə  öz  sehrli  əlaqələrinə  görə  seçilmişdi.  Albertus  onu 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 109 
 
canlı  olmaq  üçün  düzəltmişdi.  Bu  canlılıq  sehrli  inkarnasiyanın 
onun  içərisinə  daxil  olması  və  dualarla  nəfəs  alma  yolu  ilə 
meydana gəlməli idi. 
Albertus  özündən  33  yaş  kiçik  olan  Tomas  Akvinasın  ruhi 
bələdçisi  oldu.  Bu  belə  görünür  ki,  Tomas  öz  müəlliminin 
Androidini  qırıb  dağıtmışdı.  Akvinas  Paris  universitetinə 
gəlmişdi ki, öz müəlliminin rəhbərliyi altında Aristoteli öyrənsin, 
lakin  o,  kəşf  etməli  idi  ki,  böyük  aristotelçi  faktiki  olaraq 
müsəlmandır.  Averroes  (İbn  Ruşd)  sübut  edirdi  ki,  Aristotel 
məntiqi, xristianlığı bir cəfəngiyat kimi göstərir. 
Akvinas  gizli  tarixdə  açar  şəxsiyyət  idi,  çünki  onun  Averroes 
üzərində  böyük  intellektual  qələbəsi,  Avropanın  bir  neçə  yüz  il 
bundan  əvvəl  elmi  materializmə  düçar  olmasının  qarşısını 
almışdı.  Akvinas  ilk  dəfə  çörək  və  şərabın  bir  substansiyadan 
(İisus  Xrist  axırıncı  şam  yeməyində  şagirdlərinə  çörəyin  onun 
bədəni,  şərabın  isə  onun  qanı  olduğunu  demişdi)  digərinə 
keçməsi barədə doktrinanı  formalaşdırdı.  Onun  yazdığı  kimi,  bu 
əlkimyəvi proses olmaqla, onda çörək substansiyaları dəyişilir və 
paralel  substansiya  dəyişilməsi  prosesi  həm  də  insan  bədənində 
gedir. Messa heç də ağılı  tam  yeni  çərçivəyə  gətirmir,  yeni  tərif 
bunu  daha  yaxşı  edir,  yalnız  həyatı  fizioloji  dəyişmə  kimi 
xarakterizə  edir.  Akvinas  bu  doktrinanı  irəli  sürəndə,  həmin 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə