Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə32/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   26   27   28   29   30   31   32   33   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 126 
 
“Elus Koenlər” (və ya “Seçilmiş keşişlər”) ordeni idi. Müqəddəs 
Martin isə onun şagirdi və varisi idi. Martinist fəlsəfəsi bu günə 
qədər fransız frimasonluğunda yüksək dərəcədə nüfuzlu bir təlim 
olaraq qalır. Terror dövründə (1793-94-cü illər) Parisdə  yaşayan 
Müqəddəs  Martin  adamlara  öz  mənzilinə  gəlməyə  icazə  verirdi, 
onları  öz  əlləri  üzərində  mistik  qaydada  uzandırmaqla  həsr 
olunmaya  cəlb  edirdi.  Bu  vaxt  onlar  təhlükəyə  məruz  qalırdılar, 
maska  geyinirdilər  ki,  görüş  vaxtı  kim  olduqlarını  digərlərindən 
gizlətsinlər. 
  
Romantizm. 
“İşıqlananların” terroru 
  
Kabalada  isə  bütün  Romantizm  ezoterik  ənənələrdə  olan  kimi 
dünyanın  yaranması  kosmik  zəkadan  çıxan  müxtəlif  mənşələr 
seriyasının  şəraitlərində  baş  verən  kimi  qəbul  edilirdi.  Kabalada 
yunan və Roma miflərində olan kimi, mənşələr kişi və qadın kimi 
düşünülürdü. 
Avropa  imperatorlarının  şərqə  doğru  genişlənməsi,  digər 
istiqamətlərdə  keçmişi  qazıb  üzə  çıxarmaq,  Tankrit  yoqa 
praktikaları barədə şayiələrin yayılmasına səbəb oldu. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 127 
 
Romantizmdə  isə  fərdi  daxili  həyat  nəticədə  genişlənərək 
nəhayətsiz  variantlarda  geniş  kosmosa  çevrildi.  Məhəbbət  bir 
kosmosun  digərinə  olan  məhəbbəti  idi.  Dərinin  dərinliyə 
çağırırdı.  Romantizmlə  məhəbbət  yeni  dəbə  keçdi  və  simfonik 
olana  çevrildi.  Əgər  adam  sevirsə,  beləliklə  işıqlanana  çevrilir, 
dünya  isə  kölgələrin  dünyasına  çevriləcəkdir.  Onlar  yenidən 
ayrıldıqda, məna, mahiyyət dünyada şeh kimi məskunlaşacaqdır. 
Bethoven  öz  sənətini  yeni  musiqinin  dilini  eşitməklə  tapdı,  hiss 
edilən  və  ifadə  edilən  şeylər  heç  vaxt  belə  şəkildə  hiss  və  ifadə 
olunmamışdı.  Böyük  Aleksandr  ilahi  qüvvə  maniyası  ilə  idarə 
olunanda, onun dühasının dayanmaq bilməyən mənbəyi Misir və 
Hind  ezoterik  mətnlərinin  təkrar-təkrar  oxumaq  idi.  Bethovenin 
isə “de Minor Sonata”sı və “Apposionata”sı Şekspirin “Tufanı”na 
bərabər  bir  sənət  nümunələri  idi.  Şekspirin  pyesində  isə  okkult 
ideyaların ən dəqiq ifadəsi nəzərə çarpır. 
Siyasət  məsələlərinə  gələndə,  şevealye  Ramsey  1730-cu  ildə 
əsasını qoyduğu lojalarda siyasətin müzakirəsini qadağan etmişdi, 
lakin  frimasonlar  Avropada  siyasi  liderliyi  əldə  saxlamışdılar. 
Kim  ki,  siyasi  təsir  göstərmək istəyir, bu  yolunu azma şəkilində 
olmalıdır. 
1789-cu  ildə  Fransada  üç  yüz  loja  var  idi,  onlardan  altmış  beşi 
Parisdə  idi.  Bu  günkü  fransız  frimasonlarının  bəzilərinin 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 128 
 
qiymətinə  görə  Fransada  o  vaxtlar  yetmiş  mindən  çox  frimason 
var imiş. Danton, Demulen, Mirabo, Marat, Robespyer, Gilyoten 
və digər liderlər “işıqlanmışdılar”. 
Terror  vaxtı  edam  olunanların  sayı  barədə  müxtəlif  məlumatlar 
vardır. Sərt təbiətli və pozulmamış hüquqşünas olan Maksimilian 
Robespyer  İctimai  Təhlükəsizlik  Komitəsinə  başçılıq  edəndə,  o, 
həm də polis departamenti səlahiyyətini daşıyırdı, gündə yüzlərlə 
adamı gilyotinaya göndərirdi, cəmi 2750 adam edam olunmuşdu. 
Onlardan  yalnız  650-si  kübar  idi,  qalanları  isə  adi  zəhmətkeş 
adamlar  idi.  Rebespyer  hətta  silahdaşı  Dantonu  da  edam 
etdirmişdi. 
Saturn öz uşaqlarını yeyirdi. 
Necə  olurdu  ki,  ən  maariflənmiş  və  ağıllı  adamlar,  bu  qan 
tökülməsinə  razılıq  verirlər?  İdealistik  fəlsəfəyə  görə  sonluqlar 
heç də mahiyyətə haqq qazandırmırdı. Motivlər nəticəni nə qədər 
gizlətsə  də,  ona  təsir  göstərməmiş  qalmırdı,  Robesniyer  guya 
vətəndaşların  haqlarını  və  onların  əmlakını  mühafizə  etmək 
naminə öz mənfur vəzifəsini həyata keçirmək üçün qan tökürdü. 
Mehrab  qarşısında  dayanan  Robspyer  8  iyul  1794-cü  ildəki 
çıxışında  dedi:  “Bütöv  universitet  bura  toplaşmışdır...  Sabah  biz 
işə qayıdacağıq, biz yenidən şərə və tiranlara qarşı vuruşacağıq” 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 129 
 
Robespyer  özünü  allah  elan  etməyə  cəhd  etdiyinə  görə  ittiham 
olunmuşdu.  O,  axırıncı  küncə  sıxılan  idi,  özünü  güllə  atəşi  ilə 
öldürmək istəmişdi, ancaq zərbə çənəsinin yarısını dağıtmışdı. O, 
gilyotina olunmağa yollananda çalışdı ki, çox sayda toplaşanlara 
bəlağətli  şəkildə  müraciət  etsin,  lakin  yalnız  boğula-boğula 
qışqıra bildi. 
Napoleon  yaxşı  qaydada  öz  ulduzunun  arxasınca  gedirdi.  Höte 
onun haqqında demişdi: “Demon hər gün bizə bələdçilik etməyə 
borclu idi və hər bir hadisə baş verəndə bizə nəyi etməyə borclu 
olduğumuzu  deyirdi.  Lakin  yaxşı  ruh  bizi  dönməyə  məcbur  etdi 
və  biz  qaranlıqda  əlimizlə  yoxlaya-yoxlaya  gedirik.  Napoleon 
insan  idi.  Demək  olar  ki,  işıqlanmışdı,  demək  olar  ki,  təmiz  və 
hər bir saatda qərar verən və dözən idi, lazım bildiyi istənilən şeyi 
kifayət  olan  enerji  ilə  yerinə  yetirirdi.  Onun  həyatı  döyüşdən 
döyüşə,  qələbədən  qələbəyə  yarımallaha  məxsus  olan  geniş 
addımlar  idi.  Belə  deyilməlidir  ki,  o,  davam  edən  işıqlanma 
vəziyyətində  idi...  Sonrakı  illərdə  bu  işıqlanma  onun  taleyi  və 
yaxşı ulduzu kimi onu tərk etmək üçün meydana çıxdı”. 
 
Fransız  qoşunları  Misirə  girdi,  bu  Napoleonun  nöqteyi-nəzərinə 
görə  vacib  bir  iş  idi.  Fransız  gizli  polisinin  başçısı  Fuşeyə  görə 
Napoleon Böyük Piramidanın içərisində müqəddəs Jermen olmaq 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə