828
landı), İ.Nəsimi(Abbasi xəlifələri tərəfindən haqq söz üstündə dəris
soyuldu), XII yuzillikdə Nizami, Xaqani Şirvani(1126-1199), Bəsiri,
Hamidi, Kişvəri, Şeyx Mahmud Şəbüstəri (1287-1320) Həbibi (1470-
1475) Ş.İ.Xətai, Seyid Əzim Şirvani (1835-1888) Cuneyd Bağdadi
(820-910), Əbulqasım Quşeyri (?- 1072),Muhyəddin ibn Ərəbi (1165-
1270), Movlana Cəlaləddin Rumi (1207-1273) və XIII-XIV Həsən
Bəsri, Nəsrəddin Tusi (1201-1274),Əvhədi Marağiyi (1274-1338),M.
Şəbustəri (1287-1320) Əbu Hamid Qəzali (Xorasan-1059-1111) və bir
çox dahilər olmuşlar Məlum olduğu kimi bütün İslam ölkələrində irfan
elmini almış alimlər, təriqətindən asılı olmayaraq, bu elmin banisinin
Əli(ə.s.) olduğunu danmırlar. Buharinin.Timtizinin movlana Furatinin
əsərlərində, həmçinin Movlana Əbu Həmid Qəzzalinin dördcildlik ”İh-
yaül-ulum”, Rəziyyüddin Əbu Nəsrin “Məkarimül-əxlaq”, Məhəmməd
Mehdi ibn Əbuzər Nərada nin “Camiuz-səadət”, Məhəmməd Vaizin
“Əbvabul-cinan” kitabında,Əbu Məhhuz Məruf Kərxi və digər alimlər
də öz kitablarında bu elmlərin banisinin Hz.Əli olduğunu və bu elmlərin
onun övladları vasitəsi ilə çatdırıldığını bildirirlər.
Təsəvvuf elminin banisi, bütün Movlanələrin bəhrələndiyi elm
mənbəyi Əli (ə.s.) və onun övladlarının elmləridir.
Bu gün Azərbaycanın 1000 ilə yaxın tarixini əhatə edən sufizm
və hurufizm dövrünü və bu cür dahilərin yetişdirildiyi bir zamanın
üzərindən sufilər-hurufilər deyərək, bəyənməyib xətt çəkmək, bütün
gələcəyimizin üzərindən,həm də əsasını Təsavvuf elmi təşkil edən İs-
lam dinin üzərindən xətt çəkmək deməkdir. Bəzi müəyən qüvvələrə
xidmət edən insanların Azərbaycanın böyük sərkərdələrini, şairlərini,
bir sözlə keçmiş dahilərini,şiə məssəbindən və ya sufi-hurufu olduqları
üçün müxtəlif bəhanələrlə şərləyib,gözdən salaraq ümümxalq müzakirə
hədəfinə çevirmələri böyük bir xalqın mənəviyyatını təhqir etmək
deməkdir.Allah tərəfindən seçilib, gözəl təbiətə malik olan bu tor-
paq əsrlər boyu neçə-neçə mütəfəkkirlər, dahilər, alimlər ,sərkərdələr,
şairlər, sənətkarlar və qeyri-adi qabilyyətə malik olan insanlar yetişdir-
mişdir. Elə bu gündə bu torpaqda yaşayan insanlar çox bacarıqlı elmli,
ruhani və ülvü duyğulu qeyri-adi istedada malik insanlardır və Uca Al-
lah ən düzgün dini və təriqəti də bizlərə nəsib etmişdir.
AZƏRBAYCANDA İSLAM
VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan İs-
lam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Azərbay canın
829
İslamlaşması da erkən İslam fütuhatları ilə hicrətin 18-ci ilindən (639-
ci il) başlanır.Azərbaycanlı İsfəndiyar ibn Fərruxzad ərəblərə məğlub
olub sülh müqaviləsini həmin il bağlamışdı. Ərdəbil, Təbriz, Naxçı-
van, Beyləqan, Bərdə, Şirvan, Muğan, Aran fəth edilir, ərəblər Xəzər
sahili boyu Dərbəndə kimi gəlirlər.Şəhərin istehkamları onları heyran
qoyur və onlar şəhəri “Bab əl-Əbvab” adlandırırlar.Tarixçi Bəlazurinin
məlumatına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə
(656-661) Azərbaycan əhalisinin əksəriyyəti İslamı qəbul etmişdi. Şi-
malda bu proses bir qədər uzun çəkmişdir. İslamın yayılması çox yerdə
sülh yolu ilə (sülhən), bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata
keçirilirdi.Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə İslamı qəbul etmək
təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və “evlərində otu-
rurdular”, yəni müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər;
döyüşlərdə iştirak edənlərə hərbi qənimətlərdən pay düşürdü; İslamı
qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyirdilər,cizyə ödəyənlər
müsəlmanların himayəsi altında olurdular;İslamı qəbul etməkdən
imtina edən bütpərəstlər və ya cizyə ödəmək istəməyən kitab əhli
müsəlmanlarla döyüşməli olurdular. Azərbaycanda İslamlaşmanın
konkret formaları haqqında fikir yürütmək bir qədər çətindir, çünki bu
məsələ indiyədək öyrənilməmiş qalır.Hər halda bu mürəkkəb prosesin
bəzi mərhələlərini fərqləndirmək olar.
Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə
qədər davam edən İslam fütuhatları dövrünü götürmək olar.Bu mərhələ
705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini
(avtokefallığını) itirməsi ilə bitir. Akademik Z.Bünyadovun göstərdiyi
kimi, bu mərhələnin sonunda İslam Azərbaycanda hakim din olur,onu
öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeydsiz-şərtsiz yuxa-
rı sinif adamları qəbul edirlər. Yeni din tacir və sənətkarlar arasında
yayılır,çünki ərəblər bu siniflərə güzəştlər edirdilər.Bu mərhələdə
məscidlər tikilmir,qədim məbədlər və İslamlaşma nəticəsində istifadəsiz
qalmış kilsələr məscidlərə çevrilir, qəbilə-tayfa şüurunun dini şüurdan
üstünlüyü qorunub saxlanılırdı.
İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda
Büveyhilərin hakimiyyət başına gəlməsinə qədərki dövrü əhatə edir.
Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Səcdilər
dövlətləri yaranır.Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir,yəhudilik
mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa
edir.Bu dövrdə İslama mənsubluq şüuru güclənir, amma etnik köklərlə
bağlı şüur tamamilə itib getmir.Bunu Abbasilərin hakimiyyətinin ilk
830
dövrlərindən başlanan şüubilik hərəkatında izləmək mümkündür.Babək
hərəkatı (816-838) buna ən parlaq misaldır.Sərhəd məntəqələrində İs-
lam təsəvvüfü təşəkkül tapır.Dağ rayonlarında ifrat şiəlik fəallaşır.
Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə
edir.Bu dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və
Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri apa-
rıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu döv-
rün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki
xanəgahdır.
Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları - XIII əsrin
ortaları) ilə bağlıdır.Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin
mövqeləri zəifləyir.Şafii məzhəbi aparıcı məzhəb olur.Sufi təriqətləri
geniş yayılır.Azərbaycan Atabəyləri və Şirvanşahlar İslamı xristianların
təzyiqindən qoruya bilirlər.
Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarı-
sı - XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır.
Hürufilik güclənir.Onun banisi Fəzlullah Nəimi (vəfatı - 1394) idi.
Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi (vəfatı - 1417) hürufiliyin ən
nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar.Bu dövrdə sufi xəlvətiyyə
təriqətinin ikinci piri Seyyid Yəhya Şirvani Bakuvi Xəlvəti (vəfatı -
1464) çox məşhur olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsənin qar-
daşlarından biri xəlvətiyyə şeyxi Dədə Ömər Rövşəninin (vəfatı - 1487)
ardıcıllarından idi. İbrahim bin Məhəmməd Gülşəni (vəfatı - 1534) XV
əsrin ikinci yarısında xəlvətiyyənin bir qolu kimi gülşəniyyə təriqətinin
əsasını qoyur. Sonralar bir çox sufi təriqətləri, o cümlədən nəqşbəndiyyə
Azərbaycana və Azərbaycan vasitəsilə Şimali Qafqaza nüfuz etmişdir.
Altıncı mərhələ səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən
Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər
şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zo-
laqlı əmmamə bağlayırdılar.Buna görə də onlar “qızılbaşlar” adlanırdı-
lar. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar Azərbaycanda sünni
hənəfi məzhəbini yayırdılar.Azərbaycanın Rusiya imperiyasına ilhaq
edilməsindən sonrakı dövrdə ölkənin İslamlaşmasının yeni mərhələsi
kimi nəzərdən keçirilə bilər.Bu mərhələnin ən səciyyəvi xüsusiyyəti
hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək
məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qurumu
yaratmaq siyasəti ilə bağlıdır. Rus çarının 29 noyabr 1832-ci ildə Sena-
ta göndərdiyi məktubda Zaqafqaziya müsəlmanlarının dini işlər idarəsi
barədə əsasnamə hazırlanması təklif olunurdu. Lakin hazırlanmış
Dostları ilə paylaş: |