823
Abbasilər hakimiyyətə gəldikdən sonra Əməvilərdən də betər
Azərbaycandan müntəzəm olaraq pul, var-dövlət tələb edir, qarət
etdikləri xalqın sərvətini cah-cəlallarına, dəbdəbəli gün-güzəranlarına,
təm-təraqlı, təntənəli ziyafət məclislərinə, dəsgahlı zinət əşyalarına is-
raf edirdilər.Eyş-işrət içində yaşayan bu insanlar, vətəni işğal, xalqı ta-
lan edilən, yoxsulluq və qəm-qüssə içində yanıb-yaxılanların azadlıq
mübarizəsindən hiddətlənirdilər. Abbasi xəlifəsi Məmun bütün iyirmi
illik hökmranlığı ərzində Xilafətdə işi yalnız çoxlu üsyanları yatırtma-
dan ibarət olsada, çox böyük bir ərazi tutan xürrəmilərə qarşı heç bir
iş görə bilmədi.Xəlifə Məmun 833-cü il 7 avqustda ölümündən sonra
qardaşı Mötəsimi (Əbu İshaq Məhəmməd ibn Harun ər-Rəşidi) taxta
vəliəhd təyin edərək, ona vəsiyyətnamə qoyur. Bu vəsiyyətnamənin
başlıca maddəsi xürrəmilərə qarşı müharibəyə başlıca diqqət vermək
sərəncamı idi:”Xürrəmilərə gəlincə, onlara qarşı müharibəyə qətiyyətli
və rəhmsiz bir adam göndər, ona səbrlə pul, silah, atlı və piyada qoşun-
la kömək et. Əgər onların vaxtı uzun çəksə, sən özün öz tərəfdarların
və yaxın adamların ilə onların üstünə get”(Ət-Təbəri, III, 1163; İbn əl-
Əsir, VI, səh. 158)
833-cü il, 10 avqustda Mötəsim xəlifə elan edildikdən sonra
xürrəmilərə qarşı mübarizənin yeni mərhələsi başladı.Yeni xəlifə taxta
çıxan kimi birinci növbədə öz sələfinin vəsiyyətinə əməl etməyi qərara
aldı. O, xürrəmilərə qarşı müharibəyə ciddi hazırlıq görməyə başladı,
O, bu iş üçün heç bir şeyi əsirgəmədi. Buna görə xürrəmilərə qarşı onun
qoşunlarının ilk hücumu müvəffəqiyyətlə nəticələndi.
Tarixdə Babəkin məğlub edilməsi üçün verilən ənam heç bir igidin,
sərkərdənin, hətta hökmdarın məğlub edilməsi üçün verilən mükafat
qədər olmayıb.
Əcəm əl Kufinin yazdığına görə Möhtəsim Babəkin tutulması-
na bais olan Aşotun nəvəsi Səhlə bir milyon dirhəm, qiymətli daş-
qaşla bəzədilmiş kəmər, oğluna 100 min dirhəm verib. Afşinə isə
hədiyyələrdən əlavə ata mindiyi hər gün üçün 10 min, minmədiyi gün
üçün 5 min dirhəm mükafat vermiş, başını tacla bəzəmiş, şahanə ge-
yindirib-keçindirmiş, üstünə küllü miqdarda birilliant səpmişdir. Xatır-
ladaq ki, Afşin Babəklə iki il, beş ay və bir neçə gün döyüşüb. (Fəth
kitabı, “Elm”, Bakı, 1981, səh.78.)
Nizam əl Mülk Babəkin qətli haqqında belə deyir: O, Möhtəsimin
suallarına cavab vermədi. Möhtəsim onun əllərinin və ayaqlarının
kəsilməsini əmr etdi. Babəkin bir əlini kəsəndə, o biri əlini qana batırıb,
üzünə sürtdü və üz-gözünü qızartdı.
824
Möhtəsim onu söydü və dedi:- Nə üçün belə etdin? Cavab verdi”
üzümü ona görə qana buladım ki, bədənimdən qan axıb gedən zaman,
üzümün rəngi solacaq, adamlar mənə baxanda elə biləcəklər ki, ölümün
qorxusundan rəngim qaçıb.
Möhtəsim ondan yenə soruşdu: “Öldürürdün, ölmək asandırmı?!” O,
cavab verdi: -azadlıq uğrunda “ölmək nə qədər də asandır!”
Bundan sonra Möhtəsim deyib ki, Babək çox zirək, möhkəm iradəli
və müharibə işlərində misilsiz şəxs idi. İnadkar, təhlükəli adam olma-
saydı onu əhv edib, xidmətlərindən faydalanmaq olardı. (Nizam əl
Mülk, “Siyasətnamə”, SSRİ EA-nın nəşiriyyatı, Moskva-Leninqrad,
1949, səh. 227.)
ət-Təbərinin verdiyi məlumata görə:Xürrəmilər(778–838) üsyanı-
nın darmadağın edilməsi, Babəkin və onun tərəfdarlarının Samirədə
dəhşətli surətdə edam edildi.
Babəkin 20 ilə yaxın zəfər dolu həyatı haqqında son dərəcə cüzi
və yanlış məlumatlar verən ərəb tarixçiləri Həmədan yaxınlığında-
kı məğlubiyyətindən onun qətlinədək qısa müddətdəki uğursuzluq və
məğlubiyyətləri haqqında fərəhlə cild-cild kitablar yazıblar. Halbuki
deyilənə görə Babək xilafətin işğalçı ordusunu 14 böyük döyüşdə dar-
madabın edərək qaçmağa məcbur etmişdi. Babək ömrünün tən yarısını
- 21 ilini (816-837) Vətəninin işğaldan təmizlənməsi, xalqının azadlığı,
insanların bərabərliyi uğrunda mübarizəyə həsr etmişdir. Onun yarat-
dığı Azərbaycan kəndli dövləti, möhtəşəm Roma imperiyası tərəfindən
tanınmışdı.Babək Azərbaycan xalqının milli azadlıq mübarizəsinin ilk
bayraqdarı, müstəqil, bütöv Azərbaycan dövlətinin ilk lideri və şəhididir.
Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il sentyabrın 6-da Bakı
şəhərində görkəmli sərkərdə Babəkin abidəsinin ucaldılması haqqında
sərəncam imzalayıb., Dövlət başçısı xalqımızın çoxəsrlik zəngin tarixinə
adları qəhrəmanlıq rəmzi kimi həkk olunmuş görkəmli şəxsiyyətlərin
xatirəsinin əbədiləşdirilməsinin gənc nəslin vətənpərvərlik ruhun-
da tərbiyə edilməsində əhəmiyyətini nəzərə alaraq paytaxtda böyük
Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılmasını qərara alıb.
Düşünürəm ki bu abidə xalqımızın şərəfli tarixini, böyük şəxsiyyətini
ləkələyənlərə ən mükəmməl cavabdır.
SUFİZİM VƏ HURİFİZM HAQQINDA QISA MƏLUMAT
Nubuvvət (Peyğəmbərlər) fəlsəfəsini, Quranı və İslam qaydaları-
nı dərindən öyrənərək yetişən sufizm və hurufizm etiqadınin yaranma
825
səbəbləri Əməvilərin və Abbasilərin hakimiyyəti dövründə İslamda
ədalət və bərabərlik prinsipinin pozulması olmuşdu. Sufilər Əhli-beytin
sadə həyat tərzi, zöhd, təqva, təvəkkul, ixlas, şəriət qaydalarına durust
əməl edərək, Tanrı eşqi ilə yaşamaq, nəfslə mubarizə yollarını, yəni
təsəvvufun ilkin qaynaqlarını yaratdılar. Təsəvvuf elminin banisi Fiqh
(şəriət) elminin əsası və təməlini qoymuş, ilahi elmlərə dərindən bələd
olmuş, irfan, qiraət və təfsir alimlərinin müəllimi Hz.Əli olmuşdur. O
“Allahın şiri” ləqəbini almış böyük bir sərkərdə, həm də səbir və həlimlik
dəryası idi. O, səxavət mənbəyi, ən gözəl güzəşt edən, günahlardan
keçən idi. O kamil, zahid, abidlər abidi və ilahi qanunların gözətçisi
idi.Elə ilk hürufi də Peyğəmbər(s.ə.s.) tərəfindən gizli elmlərin bəxş
eildiyi Hz.Əli olmuşdur. Hüruf sözü ərəb dilində “hərflər” mənasını
verir. Ərəbistanda hələ islamdan əvvəlki dövrlərdə əlifba,Yahudi və
Xristyanlar tərəfından istifadə edilən əbcəd sistemindən ibarət idi.İs-
lamın ilk vaxtlarında, hətta bir əsrə qədər müddətdə belə bu hərflərdən
istifadə edilmiş, sonradan isə yavaş-yavaş tərk edilmişdi. 22 hərfdən
ibarət olan “Əbcəd sistemi”nə sonradan “pəltək sə”, zəl, sadə hə, zə,və
qalın dad, ğayın “kimi hərflər əlavə edilərək Ərəb əlifbası yaradılmış və
Ərəb hərfləri 28 ədəd olmuşdur.Lakin “Əbcəd hesabı”ndan, bir “hesab-
lama” riyazi sistem kimi tarix boyunca istifadə edilmiş, indi də istifadə
edilməkdədir. İslam aləmində hərflərin bəzi xüsusiyyətlərə malik ol-
duğu inamı çox qədimdir. Bu mənada Qurani-Kərimin 114 surəsindən
29 surəsi müqəttəə adlanan hərflər ilə başlayır. Müqəttəə hərfləri ərəb
əlifbasında olan 28 hərfin 14-ü ilə səslənir.Quranın nazil olmasından 14
əsr vaxt keçməsinə baxmayaraq, müasir elm hələ də bu hərflərin hikmət
və mənalarını öyrənə bilməmişdir. Hurufilər Hz.Əlinin Cəfr elminə
və Əbcəc hərflərinin mənasinin acıqlanmasına, Quranın hərf sistemi
vasitəsilə izah olunmasına əsaslanırlar. Hürufilikdə Quranın təvili və
yozumu saylar üstündə qurulmuşdur. Bu təriqət şiə təmayüllü olsa da,
yaranışından etibarən istər şiə, istərsə də sünni məzhəbinin daşıyıcıları
arasında tərəfdar tapmış, xüsusilə təsəvvüf vasitəsi ilə digər təriqətlərə
təsir etmişdir. Ərəb ölkələrində də hurufulər çox olmuşdur.Azərbaycanda
olan hurifilər Nəimi, Nəsimi və onların tərəfdarları Hürufilik sisteminin
hökmlərinə riayət edərək, İslam ehkamlarına kor-koranə itaət etməyin,
İslamı öyrənmədən onun tələblərinə əməl etməyin, dinləri qarşı-qarşıya
qoymağın, birini digərindən üstün saymağın əleyhinə idilər.
Əqidələri isə: Allahın bütün yaratdıqlarında Özünün təcəlla etməsi,
(zərrəsi olması), Adəm peyğəmbərlə başlayan Peyğəmbərlik dövrü-
nün Məhəmməd peyğəmbərlə başa çatması,Əli ibn Əbu Taliblə baş-
Dostları ilə paylaş: |