Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə276/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   272   273   274   275   276   277   278   279   ...   292

814

İslam  dini,  eyni  zamanda  Azərbaycanı  idarə  edən  ayrı-ayrı  feo-

dal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün 

Azərbaycan  əhalisinin  yadelli  qəsbkarlara  qarşı  vahid  qüvvə  halın-

da  birləşməsində  də  mütərəqqi  rol  oynadı.  Ümumi  düşmənlərə  qarşı 

mübarizədə sıx birləşməyin zəruriliyi,vahid dinin İslamın ölkə əhalisinin 

qaynayıb-qarışmasına,  qohumlaşmasına,ümumi  adət  və  mərasimlərə 

yol açması etniksiyasi birliyi daha da möhkəmləndirdi.

Bununla  belə,  Ərəb  xilafətinin  tənəzzülündən  sonra  yaranmış 

dövlətlərdən heç birinin uzun tarixi dövr ərzində Azərbaycanın bütün 

ərazisini əhatə edən vahid, davamlı və qüdrətli dövlətə çevrilə bilməməsi 

nəticəsində ölkədə uzun sürən siyasi sabitlik də yaranmadı. Azərbaycan 

Orta Asiyadan Aralıq  dənizi  sahillərinə  və  Dərbənd  keçidindən  İran 

körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorlu-

ğunun tərkibinə daxil edildi.

Səlcuq dövrü Azərbaycanın tarixi müqəddəratında həlledici rol oy-

nadı. Sultan Alp Arslan Malazgird vuruşmasında (26 avqust 1071-ci il) 

Bizans imperiyasının hərbi qüvvələrini darmadağın edərək qəti qələbə 

çaldı. Beləliklə, müxtəlif tarixi dövrlərdə (həm eramızdan əvvəl, həm 

də sonra) soykökündə, başlıca olaraq, iskit (skit, skif), sak, massaget, 

hun,  bulqar,  xəzər,  barsil,  peçeneq,  suvar,  habelə  başqa  türk  və  qey-

ri-türk etnoslarının iştirak etdiyi və oğuz türklərinin (qaraqoyunlular, 

ağqoyunlular, səlcuqlar və b.) həlledici rol oynadığı Azərbaycan xalqı-

nın təşəkkülü prosesi başa çatdı. Azərbaycan dili bütün Cənubi Qafqaz-

da, o cümlədən Azərbaycan ərazisində başlıca ünsiyyət vasitəsi oldu. 

Sadə və anlaşıqlı Azərbaycan dili məhdud daiərədə fəaliyyət göstərən 

dilləri, həmçinin ərəb və fars dillərini sıxışdıraraq bütün ölkə miqyasın-

da canlı ümumxalq dilinə çevrildi. El sənətkarlarının - ozanların (aşıq-

ların) oba-oba, oymaq-oymaq gəzib yaydıqları şifahi xalq yaradıcılığı 

nü munələri, çox keçmədən, hamının başa düşdüyü doğma Azərbaycan 

dilində nadir ədəbi incilərin meydana gəlməsi üçün zəmin yaratdı.

Yaxın  və  Orta  Şərqin  ən  qüdrətli  dövlətinə  çevrilən  Azərbaycan 

Eldənizlər dövləti Azərbaycan xalqının etnik-siyasi tarixində xüs usilə 

böyük  rol  oynadı.  Eldənizlərin  hakimiyyəti  dövründə  bütün  Azər-

baycan torpaqlarının vahid dövlətin tərkibində birləş dirilməsi iqtisadi, 

siyasi və mədəni həyatın bütün sahələrində güclü yüksəlişə səbəb oldu. 

Sənətkarlıq, ticarət, elm və mədəniyyət daha da inkişaf etdi. Daxili və 

xarici ticarət əlaqələri genişləndi. Mədrəsələr açıldı, məscidlər, nadir 

memarlıq abidələri ucaldıldı. Azərbaycan intibahı özünün Xaqani, Ni-

zami, Əcəmi zirvəsinə ucaldı. Görkəmli dövlət xadimləri Şəmsəddin 




815

Eldəniz,  Məhəmməd  Cahan  Pəhləvan  və  Qızıl Arslan Azərbaycanın 

dövlət  idarəçiliyi  tarixinə  parlaq  səhi fələr  yazdılar.  Eldənizlərin 

hakimiyyəti  dövründə  Azərbaycan  dili  və  mədəniyyətinin  yayıldığı 

ərazi daha da genişləndi. Beləliklə, Ərəb xilafətinin tənəzzülündən son-

ra -IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və 

Orta  Şərqdə  imperiyaların  rolu  artdı.  Sacilər,  Şirvanşahlar,  Salarilər, 

Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqol-

lar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, 

Qaraqoyunlular, Səfəvilər, Qacarlar və başqa sülalələrin idarə etdikləri 

dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın 

deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində 

dərin iz qoydular.

XV-XVIII  əsrlərdə Azərbaycanın  dövlətçilik  mədəniyyəti  daha  da 

zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazisi Qaraqoyunlu, Ağqoyunlu 

və  Səfəvi  dövlətləri  bilavasitə Azərbaycan  sülalələri  tərəfindən  idarə 

olunurdu.

Bu  mühüm  amil  Azərbaycanın  daxili  və  beynəlxalq  əlaqələrinə 

müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, 

Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqı-

nın maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli 

şərait  yaradırdı.Bəhs  olunan  dövrdə Azərbaycan  dövlətləri  Yaxın  və 

Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mü-

hüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal 

iştirak edirdilər.

Azərbaycanın  böyük  dövlət  xadimi  Uzun  Həsənin  (1468-1478) 

hakimiyyəti illərində Ağqoyunlu dövləti bütün Yaxın və Orta Şərqdə 

qüdrətli  hərbi-siyasi  amilə  çevrildi.  Azərbaycanın  dövlətçilik 

mədəniyyəti daha da inkişaf etdi.Uzun Həsən bütün Azərbaycan torpaq-

larını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti ye-

ridirdi. O, bu məqsədlə xüsusi “Qanunnamə” hazırlatmışdı. Uzaqgörən 

dövlət xadimi ölkənin iqtisadi qüdrətini artırmaq üçün xəzinəyə vergi 

ödəyən əhalinin vəziyyətini yaxşılaşdırmağa, oturaq təsərrüfat sahələrini 

inkişaf etdirməyə, dövlət məmurlarının özbaşınalığına və iri tayfa baş-

çılarının hərbi-siyasi müstəqilliyinə son qoymağa çalışırdı.Uzun Həsən 

məmləkətdə  məzhəb  ayrılığının  baş  verəcəyini  və  bunun  dövlətin 

qüdrətinə,  ölkənin  etnik-siyasi  birliyinə  mənfi  təsir  göstərəcəyini 

irəlicədən görürdü. Buna görə də bacısını Şeyx Cüneyd Səfəviyə, qızı-

nı isə Şeyx Heydər Səfəviyə verməklə məmləkətdə yaxınlaşmaqda olan 

məzhəb  parçalanmasının  qarşısını  almağa,  ağqoyunlularla  səfəvilər 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə