Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə273/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   269   270   271   272   273   274   275   276   ...   292

805

Ali-İmran-49-Allah  onu  Bəni-İsrailə  Peyğəmbər  göndərdi.O 

Peyğəmbərliyə  yetişən  zaman  insanlara  belə  deyər:”Həqiqətən  mən 

sizə Allahınız tərəfindən möcüzə olaraq gəlmişəm!”

 əl-Maidə-110-116-O zaman Allah buyurdu:-Ey Məryəm oğlu İsa,sənə 

və anana verdiyim neməti yada sal.O zaman ki, səni qüvvətli etdim,pak 

bir ruh ilə.Sən beşikdə ikən və böyüyəndə insanlarla danışırdın.O za-

man ki, sənə kitab hikmət,Tövrat və İncili öyrətdim. O zaman ki, pal-

çıqdan quş sutətini yaradıb ona üfürdün,o da quş olub mənim iznimlə 

uçdu. Anadan kor doğulana və bərəs xəstəliyinə mənim iznim ilə şəfa 

verdin.Ölünü  mənim  iznim  ilə  qəbirdən  dirildib  çıxardın.O  zaman 

ki, səni Bəni-İsraildən qorudum.Bu, sənin dəlil ilə gəldiyin zaman,ya 

möcüzələr  gətirdiyin  zaman  olmuşdur.Yəhudilərdən  kafir  olan  kəslər 

dedilər:-Bu möcüzələr aşkar bir sehrdir.Onlar sənə sehrbaz deyirdilər.O 

zaman  ki,  mən  Həvarilərə  İsanın  vasitəsi  ilə  vəhy  etdim  ki,Mənə  və 

Mənim Peyğəmbərimə iman gətirin.Onlar dedilər:-Biz iman gətirdik.

Şahid ol ki,biz həqiqətən, müsəlmanıq!

Ya Peyğəmbər yadına sal ki,həvarilər İsaya dedilər:-Sənin Allahın 

göydən bizə süfrə göndərə bilərmi?İsa dedi:-Belə sual verməkdə əgər 

möminsinizsə  Allahdan  qorxun.Yəni  Allahın  qüdrətinə  inanırsınızsa 

belə sual verməyin.

Dedilər:-Biz o süfrədən yemək istəyirik ki, qəlbimiz arxayın olsun 

və bilək ki, Peyğəmbərliyinə iman gətirməyimizi təsdiq etmisən, yaxud 

Peyğəmbərlik iddiasını doğru demişsən.Qeybətdə olanların yanında biz 

sənin Peyğəmbərliyinə şahid olarıq.

Məryəm oğlu İsa (ə.s.) dedi:-Pərvərdigara bizim üçün göydən süfrə 

nazil et ki, bizim zəmanəmizdə hazır olanlar və bizdən sonra gələnlər 

üçün bayram olsun. Mənim Peyğəmbərliyimə əlamət və möcüzə olsun.

Bizə ruzi ver!Sən ruzi verənlərin ən yaxşısısan.

Mən sizin üçün süfrə nazil edərəm.Hər kəs süfrə nazil olandan son-

ra nemətə kafir olsa,mən ona aləmlər içrə heç kəsə vermədiyim əzabı 

verərəm.

 

HZ.İSA PEYĞƏMBƏRİN QEYB OLMASI VƏ ZÜHR 

EDƏCƏYİ HAQQINDA

Ali-İmran-52-55-Nəsihətin  fayda  vermədiyini,kafir  qalıb  iman 

gətirmədiklərini və onların küfrünü yəqin edən zaman İsa dedi:-Mənim 

köməkçilərim  kimdir?Həvarilər  dedilər  ki:-  Bizik Allahın  köməkləri.

Biz Allaha  iman  gətirdik  və  sən  şahid  ol  ki,  biz  müsəlmanlarıq.Biz 




806

sənin nazil etdiyinə iman gətirdik və İsa peyğəmbərə tabe olduq.Bizi 

şahidlər ilə birlikdə yaz!

Küfr edənlər İsanı öldürməyə hiylə etdilər.Allah hiylə edənlərə cəza 

verənlərin ən yaxşısıdır.O,zaman ki,Allah buyurdu:-Ey İsa! Mən sənin 

barəndə öz əhdimə vəfa edəcəyəm. Səni öz tərəfimə göydə mələklərin 

yanına  çəkərəm,səni  kafirlərin  yoldaşlığından  pak  edərəm.Sənə  tabe 

olanları Qiyamət gününə qədər kafir olan kəslərə qalib edərəm.Mən si-

zin ixtilaf etdiyiniz şeylərdə aranızda hökm edərəm.

ən-Nisa-157-159-Onlar:-Biz Allahın Rəsulu Məryəm oğlu İsanı öl-

dürdük, -dedilər.Lakin onlar İsa Peyğəmbəri nə öldürdülər,nə də ki, dara 

çəkdilər. Həqiqətən,İsa barəsində ixtilaf edənlər şübhədədirlər.Onların 

elmi yoxdur, yalnız zənn və güman edirlər.Həqiqətdə onu öldürməmişlər.

Əksinə,Allah onu ucaldaraq öz tərəfinə qaldırdı.Allah qələbə çalandır.

Əhli kitabdan bir nəfər belə yoxdur ki,ölümdən öncə,ruhu çıxmazdan 

bir qədər əvvəl olsa da ona,İsaya iman gətirməsin.İsa Qiyamət günündə 

onlara şahid olar. 

  Məryəm-33-34-“Doğulduğum  günə  də,  öləcəyim  gün  də, 

diriləcəyim gün də Allahdan mənə Salam olsun!”Bu, onların ixtilafda 

olduqları Məryəm oğlu İsa haqqında Allahın buyurduğu haqq sözdür!”

(Allahın Salavat Salamı olsun, zühr edib haqqı bərqərar edənə!) 



 KİM Kİ DEYƏR ALLAH ÜÇDÜR? 

Məryəm-34-35-Allaha özü üçün övlad götürmək yaramaz.Allah bu 

sözlərdən  pakdır!O  hər  hansı  bir  şeyi  yaratmaq  istədikdə  ona  yalnız 

“ol!”deyər,o da olar.Həqiqətən Allah mənim və sizin Allahınızdır.Mən 

də sizin kimi yaranmışam.



əl-Maidə  -75-  “Məryəm  oğlu  Məsih  Allahdır”-deyənlər  şübhə-

siz,  kafir  oldular.Ya  Peyğəmbər!De  ki,  Allahın  qüdrət  və  iradəsinin 

müqabilində Məryəm oğlu Məsihi, anasını və bütün yer üzündə olanları 

həlak etmək istəyirsənsə,kim mane ola bilər? Göylərin, Yerin və onların 

arasında olanların Padşahlığı Allah üçündür. O,istədiyini yaradar.Allah 

hər şeyə qadirdir.



əl-Maidə-116-120-İsa  deyər:”Pərvərdigara,  kim  ki  deyər  Allah 

üçdür,bu  sözü  demək  heç  kəsə  layiq  deyil.Əgər  mən  bu  sözü  demiş 

olsaydım  şübhəsiz  ki,Sən  bunu  bilərdin.Sən  mənim  qəlbimdə  ola-

na  alimsən.Mən  isə  Sənin  yanında  olanı  bilmirəm.  Həqiqətən,  Sən 

qeybləri daha çox bilənsən.Mən yalnız sənin əmr etdiyin sözü onlara 

demişəm.O söz budur ki,mənim və sizin Allahınız olan Allaha ibadət 




807

edin.Nə  qədər  ki,  mən  onların  arasında  var  idim,onlara  şahid  idim.

Onları elə bir əqidə də olmağa qoymurdum.Sən məni öldürdüyün za-

man, sən onlara nəzarətçisən. Sən hər şeyə şahid və hər yerdə hazırsan.

Əgər onlara əzab versən, onlar sənin bəndələrindir.Səni qoyub özgəsinə 

ibadət etdiklərinə görə əzaba düçar olmuşlar. Əgər bağışlasan qalib və 

hakimsən.”

Allah  buyurdu:”Bu  gün  doğru  danışanların  sözlərinin,onlara  xeyir 

verən günüdür. Onlar üçün altında çaylar axan Cənnətlər vardır.Orada 

həmişəlikdirlər.Allah onlardan razı oldu.Onlar da Allahdan razı oldular.

Bu böyük uğurdur ki,Allah öz bəndəsindən razı olub, ona Cənnətdə o 

qədər dərəcə verər ki, bəndə də Allahdan razı qalsın.Göylərin və yerin 

padşahlığı Allah üçündür. Allah hər şeyə qadirdir.

Açıqlama:-Kim ki, deyər Allah üçdür, və ya Allah özünə övlad gö-

türüb, onların yeri Qayyan adlanan Cəhənnəmin 5-ci təbəqəsindədir. 

Bu  təbəqəyə  dinsizlər,din  adından  yalan  danışanlar,Məsih Allahın 

oğludur  deyənlər  və  bu  kimi  münafiqlər,yəni  dindar  paltarı  geymiş 

dinsizlər daxil olacaqlar.

 HZ.İSANIN HƏVARİLƏRİ HAQQINDA

Həvarilər  Hz.İsa  qeybə  çəkildikdən  sonra,  camaatın  içinə  daxil 

oldular  və  onlar  Həzrətin  şəriətinə  insanları  dəvət  etdilər.Müxtəlif 

yerlərə dəvətnamələr göndərdilər və çoxlu sayda insanı İsanın dininə 

gətirdilər.Axırda isə deyilənlərə görə hər biri imperatorların və Bəni-

İsrail əzazillərinin əli ilə qətlə yetirildilər.Hz.İsanın həvariləri haqqında 

Qurani-Kərimdə belə buyurulur:

əl-Maidə-110-O  zaman  ki,mən  həvarilərə  vəhy  etdim  ki,Mənə  və 

mənim  Peyğəmbərimə  iman  gətirin.Onlar  dedilər:-Biz  iman  gətirdik. 

Şahid ol ki,biz həqiqətən müsəlmanıq.”

Həvarilərin  adları:Butrus,Endərays,Tumaz,Filidus,Yuhannəs  (ibn 

Zəndi),Yakudus(Yaqub  ibn  Zəbdi),İbn Təlma, Şem`un,  Matta, Yaqub 

ibn Halkya,Tubbavus,Yudus Zəkəriyyə Yuta,



 

ƏN QƏDİM AZƏRBAYCAN TARİXİ

Azərbaycan  ərazisi,  bu  diyarın  dünyanın  ən  qədim  insan  məskən-

lərindən  biri  olduğunu  sübut  edən  arxeoloji  abidələrlə  son  dərəcə 

zəngindir. Azıx, Tağlar,  Damcılı,  Daşsalahlı,  Qazma  (Naxçıvan)  ma-

ğaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə