Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə269/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   265   266   267   268   269   270   271   272   ...   292

793

yavaş  yaşıl  dənizin  ətrafına  hakim  olub.Bir  şəhəri  bina  edib  adını 

İsgəndəriyyə qoydu.Şam torpağına əl tapandan sonra İrana gəldi.İran 

şahı Daranı öldürüb bütün İrana sahib oldu. Sonra Hind, Çin, Türküstan 

və Babül-Əbvav-ə(Dərbəndə) qədər, ümumiyyətlə yer üzünü abad və 

məskunlaşmış yerlərinin çox hissəsinə sahib oldu.

Yer üzərində onu qüvvətləndirdik və hər şeyin səbəbini verdik. Yəni 

hər nə istədisə onun üçün imkan yaratdıq.O günbatan yerə yetişdikdə 

belə  gördü  ki,günəş  qara  palçıqdan  olan  isti  çeşmədə  qürub  edir.O 

ceşmənin yanında Allahı tanımayan bir qövm gördü.

Biz dedik:”Ey Zülqərneyn!İxtiyar var ki, onlara əzab verəsən, yaxud 

onların haqqında gözəl iş görəsən.”

İsgəndər dedi ki, mən əvvəl onları imana dəvət edərəm.Küfrdə qala-

raq, öz nəfsinə zülm edən kəsə ölüm və başqa dünya əzabı ilə tez əzab 

verərik. Sonra qiyamət günü Allaha tərəf qayıdar və Allah da ona pis 

əzab verər. İman gətirib yaxşı əməllər edən kəs üçün gözəl əvəz var.

Tezliklə ona öz fərmanımızdan asan söz deyərik.

İsgəndər bir yol ilə getməyə başladı.Abad yerlərdən olan günçıxan 

tərəfə yetişdi.(Afrikanın Sudan hissəsi idi)Gördü ki, günəş elə bir qövm 

üçün çıxır ki, günəşdən başqa bədənlərini örtməyə heç bir libas yoxdur.

Zülqərneynin əmri belə idi.Bizim elmimiz onun yanında olan xəbəri 

əhatə etdi.Sonra yenə bir yol ilə şərq ilə qərb arasında, cənubdan şimala 

getməyə başladı.Beləliklə o, sədd kimi olan iki dağın arasına yetişdi.O 

iki dağın arasında dillərinin qəribə olması və düşüncələrinin azlığına 

görə danışıqlarını bilməyən bir tayfa gördü.

Onlar tərcüman vasitəsi ilə dedilər:”Ey Zülqərneyn!Yəcuc və Məcuc 

tayfaları bizim yerimizdə fəsad edirlər. Mümkündür ki, sənin üçün bir 

məbləğ xərc edək, sən də onun müqabilində bizimlə onların arasında 

möhkəm sədd tikəsən?”

Zülqərneyn dedi ki, bu işi əmələ gətirməkdə Allahın mənə verdiyi 

qüdrət, sizin verdiyiniz xərcdən daha yaxşıdır.Siz mənə qüvvət ilə kömək 

edin, fəhləlik edin ki, sizinlə onların arasında möhkəm sədd düzəldim.

Mənə o qədər dəmir parçaları gətirin ki, iki dağın arası bərabər olsun. 

Oranı dəmir parçalar ilə doldurandan sonra altına daş kömür və odun 

tökdülər.  Zülqərneyn  dedi:-Üfürün  ki,od  olsun.Sonra  o  dedi  ki,  mis 

gətirin üstünə tökək. Qızarmış dəmirin üstünə mis tökən kimi möhkəm 

sədd əmələ gəldi.Yəcuc və Məcuc tayfaları o səddin üstünə çıxıb bu 

tərəfə keçə bilmədilər.Zülqərneyn dedi ki:”Bu sədd və onu düzəltmək 

mənim Allahım tərəfindən öz bəndələrinə rəhmətidir. Allahımın vədi 

budur ki,Qiyamət günü yetişən zaman o səddi dağıdar.Mənim Allahı-

mın vədi doğrudur.”



794

Onların bəzisini sədd bina edilən günü tərk etdik.Bəzisi isə o qədər 

artarlar ki,dəniz kimi dalğalanarlar.Yaxud Qiyamət günü heyrətdən iz-

tirab  çəkib,bir-birinə  qarışarlar.Sur  çalınar  və  onların  hamısını  hesab 

üçün toplayarıq.

 

HZ.ZƏKƏRİYYƏNİN HƏYATI HAQQINDA

Hz.Zəkəriyyə  Hz.Harunun  övladlarından  olub,  soyu  Yaqub  ibn 

Yəhüzə, ibn Davud,ibn Süleymana dayanır.O,ənbiya oğullarından ol-

duğu üçün, Beytul-Müqəddəsdə din işlərı üzrə böyük idi.

Qurani-Kərimin dörd surəsində Zəkəriyyə (ə) adı zikr olunmuşdur.

Atasının adı Bəlxiya və həyat yoldaşının adı İşa, Məryəmin xalası 

idi.Məryəm dünyaya gələndən sonra valideynləri tərəfindən nəzir edil-

mışdi ki, onu kilsəyə xidmətçi versinlər.Məryəmin anası onu ağ parça-

ya bükərək, kilsəyə gətirib, ruhanilərə tapşırır.Kilsə ruhanıləri Məryəmi 

böyütmək  üçün,öz  aralarında  mübahisə  edirlər.  Sonra  isə  Beytul-

Müqəddəsin xidmətçiləri və ruhaniləri Məryəmin himayədarlığı üçün 

püşk atdılar.Püşk Zəkəriyyənin adına çıxdı və o, Məryəmi öz öhdəsinə 

götürdü.

Zəkəriyyə  (ə.s.)  120  yaşında,  zövcəsi  isə  98  yaşında  idilər. 

Zəkəriyyənin  o  vaxta  qədər  övladı  yox  idi.Hz.Zəkəriyyə  nə  zaman 

Məryəmin  Beytul-Müqəddəsdəki  otağına  gəlirdisə,orada  mövsümə 

uyğun  olmayan  meyvələr  görürdü.  O,  Məryəmdən  soruşanda  ki,  bu 

meyvələri  haradan  tapırsan,  o  cavab  verdi  ki:”Bunları  mənə  Uca 

Allah  göndərir.”Bunu  eşidən  Zəkəriyyə  fikirləşdi  ki,  Məryəmə  öz 

mövsümündə olmayan meyvələri yetirən Allah, ona da bu yaşında öv-

lad verə bilər.

Müqəddəs Qurani-Kərimdə Zəkəriyyə Peyğəmbər Allaha belə dua 

edir:

Məryəm-2-13-O  zaman  ki,  Zəkəriyyə  öz Allahını  gizlin  səslə  ça-

ğırdı.Dedi:”Ey  mənim  Allahım!Qocalığa  görə  sümüyüm  süst  oldu, 

başım  ağardı.Ey  mənim  Allahım!Sənə  dua  etməklə  heç  vaxt  ümid-

siz  olmamışam!Mən  özümdən  sonra  qalan  dost  və  qohumlarımdan 

qorxuram.  Mənim  övrətim  doğmayandır.Mənə  öz  dərgahından  fəzl 

və  mərhəmət  yolu  ilə  bir  övlad  bəxş  et  ki,  mənim  əmrimin  icraçısı 

olsun.O həm mənə Həm də Yəqub övladından yetişən irsə varis olsun. 

Pərvərdigara,onu layiqli və seçilmiş qərar ver!”

Allah tərəfindən xitab yetişdi:”Ey Zəkəriyyə! Biz sənə bir oğlanla 

bəşarət veririk ki, onun adı Yəhyadır.Bundan əvvəl bu adda bir adam 

xəlq etməmişik.”



795

Zəkəriyyə  dedi:”Pərvərdigara!Necə  mənim  övladım  ola  bilər  ki, 

mənim  zövcəm  doğmayandır.Mən  özüm  qocalıqdan  zəifliyin  sonuna 

yetişmişəm.”

Cəbrail(ə.s.) nazil olub dedi:”Sən doğru deyirsən!Amma sənin Alla-

hın buyurur ki,bu sənin Allahına asandır.Səni heç nə olmadığın halda 

xəlq etdim.”

Zəkəriyyə dedi:”Pərvərdigara!Mənim üçün bir əlamət müəyyən et!

Allah buyurdu:”Sənin əlamətin budur ki, üç gecə-gündüz adamlarla 

danışa bilməyəcəksən!”

Zəkəriyyə  namaz  qıldığı  mehrabda  öz  qövmünün  qabağına  çıxdı. 

Danışmayaraq rəmz və işarə ilə bildirdi ki, səhər və axşam vaxtı Allahı 

təsbih edir. Allah-taala Yəhyanı Zəkəriyyəyə bəxş etdi.

 HZ.ZƏKƏRİYYƏNİN ŞƏHİD OLMASI

Həzrəti Zəkəriyyə çox vaxtını Allaha ibadət etməklə,camaata moizə 

və  öyüd-nəsihət  verməklə  keçirirdi.O,bu  işini  yəni  ibadət  və  itaətini 

oğlu Yəhyanın o zamanın zalım Padşahı tərəfindən qətlə yetirənə qədər 

davam  etmişdir.Oğlunun  ölümündən  sonra  zalım  Pad şah  tərəfindən 

qətlə  yetirilməsindən  qorxaraq  o,  şəhərdən  çıxmaq  istəyir.O,  Beytül-

Müqəddəsin  ətrafındakı  bağlardan  birində,bir  ağacın  içində  gizlənir.

Şahın məmurları onu axtarmaq üçün bağa daxil olduqda, insan surətinə 

düşmüş  şeytan  Zəkəriyyənin  yerini  onlara  göstərir.Bələdçilər  həmin 

ağacı  iki  yerə  bölürlər  və  Hz.Zəkəriyyə  də  o  ağacın  içində  iki  yerə 

bölünərək şəhid olur.

Bəzi tarix kitablarında Zəkəriyyə (ə.s.) Beytül-Müqəddəsdən qaçma-

ğının səbəbini, yəhudilərin onun üstünə böhtan atması olmuşdur.Onlar 

iddia edirdilər ki,Məryəm (ə)onunla zina etmişdir, çünki Məryəmin ya-

nına ondan başqa heç kəs girib-çıxmırdı. Şeytan bu şayəni yaymaqla 

yəhudiləri Zəkəriyyənin əleyhinə qaldırdı. Onlar da öz müqəddəs san-

dıqları ağacın içinə girən Zəkəriyyəni həmin ağacla birlikdə kəsdilər.

Sonra Allah-taala Yəhya və Zəkəriyyənin qanının intiqamını almaq 

üçün insanların ən xəbisini onların canına saldı.Onların çoxunu,o iki 

Peyğəmbərin  qanını,intiqamını  almaq  məqsədilə  Cəhən nə mə  vasil 

edərək,Biz Beytül-Müqəddəsi viran etdik.

Həzrəti Zəkəriyyə(ə.s.) Şam şəhərində “Zəkəriyyə” məscidində dəfn 

olunmuşdur. 

 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə