Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”


HZ.YƏHYANIN HƏYATI HAQQINDA



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə270/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   266   267   268   269   270   271   272   273   ...   292

796

HZ.YƏHYANIN HƏYATI HAQQINDA

Hz.Yəhyanın  dünyaya  gəlişi  haqqında  Hz.Zəkəriyyənin  həyatı 

haqqındakı fəsildə qeyd edilmişdir.Uca Allah Qurani-Kərimdə Yəhya 

(ə.s.) haqqında belə buyurur:



Məryəm-12-EyYəhya!  Kitabı  qüvvətlə  tut!Hələ  uşaq  ikən  ona 

Peyğəmbərlik verib,Tövrat öyrətdik.Yəhyanı pis əməllərdən pak-pakizə 

etdik.Uşaqlıq illərində uşaqlar ona oynamağı təklif edəndə, Yəhya ca-

vab verər ki, biz boş şeylərdən ötəri xəlq olunmamışıq.

Peyğəmbərlərdən  iki  nəfər  uşaq  vaxtı  Peyğəmbərliyə  yetişib.Biri 

Hz.İsa o biri də Hz.Yəhyadır.Onlar bir-birləri ilə xala oğlu idilər. O, 

Hz.İsadan 6 ay böyük idi.Ata-anasına yaxşılıq edən idi və Allaha asi 

deyildi.Onun doğülduğu günə, vəfat edəcəyi günə və diriləcəyi günə 

Allahın rəhməti olsun!

Açıqlama:-Yəhya (ə.s.) uşaqlıqdan 8 yaşından Beytul-Müqəddəsdə 

xidmətçilik  etmişdir.Uşaqlıq  yaşlarından  çox  qeyrətli,  güclü,  Allaha 

ibadət və itaət etməklə məşğul idi.Gecələr isə Cəhənnəm qorxusundan 

hey ağlardı.Haçan camaat arasında olsa idi ancaq Cənnət və Cəhənnəm 

haqqında  söhbət  edərdi.  Peyğəmbərimizdən  belə  rəvayət  olunur 

ki:”Yəhya heç vaxt ömründə günah etmədi”.

Yəhya (ə.s.) çox sadə geyinərdi.Onun nə dirhəmi, nə dinarı var idi. 

Onun heç evi də yox idı. 

İmam Sadiqdən belə rəvayət olunur:-Yəhya o qədər ağladı ki, yanaq-

larının əti əridi.Atası Zəkəriyyə ona dedi:

-Oğlum!Mən  Allahdan  övlad  istədim  və  Allah-taala  da  səninlə 

mənim gözümü işıqlandırdı.

Yəhya dedi:-Ata can! Odlu Cəhənnəmin üstündə olan uçurumunlar-

dan və Allah qorxusundan ağlayıram.Bu vaxt Zəkəriyyə huşdan gedənə 

qədər ağladı. (”Buharil –ənvər “14-cü cild, səh. 167.)

Yəhyanın  Şeytanla  danışığı:  (ŞeyxTusinin“Əmali”)  kitabından. 

İmam  Rza  (ə.s.)  öz  ata-babasından  nəql  edilən,Yəhya  ilə  Şeytanın 

danışığı  barədə  hədis  yazmışdı.Hədisin  xülasəsi  bundan  ibarətdir:-

Şeytan,Həzrəti  Adəmin  dövründən  Həzrəti  İsanın  dövrünə  qədər 

Peyğəmbərlərin  yanına  gəlir  və  onlarla  söhbət  edərdi.Hamıdan  çox 

Yəhya ilə danışardı.Bir gün Yəhya ondan soruşdu:

-Adəm  övladlarını  saldıqların  tələləri  mənə  göstər!Şeytan  onun 

təklifini qəbul etdi.Başqa bir gün xüsusi formada, çoxlu vasitələrlə və 

cürbəcür rənglərlə Yəhyanın yanına gəldi.Həmin vasitələrin və rənglərin 

mahiyyətlərini Yəhya üçün izah etdi. Yəhya ona buyurdu:



797

-İndiyə qədər mənə güc gəlib,qalib gəlmisənmi?Şeytan cavab verdi:

-Xeyr! Lakin səndə olan bir xüsusiyyəti çox sevirəm.Yəhya soruşdu:

-Hansı xüsusiyyəti?Şeytan dedi:

-Doyunca  yemək  yeyirsən  və  bu  da  sənin  bəzi  namazlarına,  gecə 

ibadətlərinə mane olur.Yəhya bu sözü eşidəndən sonra dedi:

-Mən bu saatdan Allaha əhd bağlayıram ki, onunla görüşənə qədər 

doyunca yemək yeməyim.Şeytan dedi:

-Mən  də  Allaha  əhd  bağlayıram  ki,onunla  görüşənədək  heç  bir 

müsəlmana nəsihət etməyim.

Şeytan  bunu  deyib  getdi  və  ondan  sonra  daha  Yəhyanın  yanına 

gəlmədi.


 HZ.YƏHYANIN ŞƏHİD OLMASI

Hz.Yəhyanın  dövründə  şöhrətpərəst  bir  Padşah  var  idi.Padşah  öz 

arvadı ilə kifayətlənməyib zinakar qadınlarla da oturub dururdu.Onun 

yanına get-gəl edən qadınlardan biri özü qocalandan sonra qızını onun 

yanına göndərməyi qərara alır və qızını öyrədir ki, Padşah səndən so-

ruşsa ki, məndən nə istəyirsən,deyərsən ki, Yəhyanın ölümünü.Onun 

başını bədənindən ayırıb, başını qızıl teşdə gətirsinlər.

Yəhyanın öldürülməsi haqqında buna bənzər bir çox rəvayətlər də 

vardır. Hz.Yəhya Şam şəhərində dəfn edilmişdir. 

 CƏRCİS PEYĞƏMBƏR HAQQINDA 

  “40  sual”kitabından:  Hz.Məhəmməd  Peyğəmbərə  verilən  32-ci 

sualın  cavabında  Cərcis  peyğəmbərdən  danışır:  “Dərziyanə  adlı  bir 

kafir Mosul şəhərində padşah idi. Günlərin birində Cərcis peyğəmbər 

Mosula ticarətə gəlir... O, padşaha yaxınlaşır və deyir: “Nə üçün bütə 

sitayiş edir, belə yersiz əməllərə xalqı da məcbur edirsən? Əgər sənə 

bir  bəla  üz  versə  bu  daş  nə  sənə,  nə  də  sənin  şəhərinə  bir  köməklik 

göstərə  bilməz.”  Padşah  bu  sözləri  eşidib  qəzəblənir  və  əmr  edir  ki, 

onu  ağaca  bağlayıb  dərisini  deşik-deşik  etsinlər.  Cərcis  ucadan  dua 

edir və Allah onu bu bəladan xilas edir. Bunu eşidən padşah ikinci dəfə 

onun başına köz kimi qızarmış mıx çalmaqla əzab verməyi əmr edir”. 

Hər  dəfə  Allahın  əmri  ilə  xilas  olan  peyğəmbərə  bir-birinin  ar-

dınca  əl-ayağını  bağlatdırıb  zindana  saldırmaq,  qarnının  üstünə 

iri  bir  daş  qoyduraraq  ac-susuz  saxlamaq  kimi  cəzalar  veri-

lir.  Bu  cəzalardan  3  dəfə  ölüb,  Allahın  əmri  ilə  dirilən  Cərcisə 




798

bir  mələk  vasitəsi  ilə  peyğəmbərlik  verilir.  Zindandan  möcüzəli 

şəkildə  qeyb  olan  Cərcis  bir  müddət  sonra  yenə  də  həmin  padşa-

hın  yanına  gəlir  və  peyğəmbərliyini,  Allahın  vahidliyini  təbliğ  edir.  

Padşah bu dəfə ona çox şiddətli ölüm hazırlamaq qərarına gəlir. Misdən 

düzəldilmiş  böyük  bir  öküzün  içinə  kükürd  və  yanacaq  dolduraraq 

peyğəmbəri onun içərisinə salıb qapısını örtür və oda atırlar. Bir mələk 

peyda olaraq alovun içindən öküzü götürüb yerə çırpır. Ertəsi gün Cərcis 

peyğəmbər yenidən sağ və salamat görkəmdə təbliğatını davam etdirir .

Cərcis  Peyğəmbər  Hz.İsa  Peyğəmbərdən  sonra,  təxminən  III-IV 

əsrlərdə yaşamış və 77 il ömür sürmüş, əslən Fələstindən olan Cərcis adlı 

peyğəmbərin adı ilə bağlıdır. Dini rəvayətlərdə onun Hz.İsa Peyğəmbərin 

həvarilərindən birinin şagirdi olduğu və bütün Tanrı elçiləri kimi töv-

hidi (təktanrılığı) təbliğ etdiyi bildirilir. Onun adı yunan mənbələrində 

“Corcios”  kimi  göstərilir.  Lakin  dini-əfsanəvi  rəvayətə  əsaslanaraq 

“Cərcis” sözünün farscadan “Cahar cur”, yəni dörd dəfə ölüb dirilən 

mənasına  gəldiyini  bildirənlər  də  var.  İslamşünaslar  bunu  belə  izah 

edirlər: Cərcis Peyğəmbər Fələstində yaşayıb, sonralar Mosula köçüb. 

O zaman Mosulda bütlərə inanan zalım bir padşah hakimiyyət sürürdü. 

Cərcis Peyğəmbər camaatı bütlərdən döndərib Allaha doğru çağırma-

ğa başladı. Xeyli adam, hətta padşahın arvadı da imana gəldi. Padşah 

Cərcis Peyğəmbəri öldürmək üçün onu ən ağır işgəncələrə məruz qoyur. 

Peyğəmbər  dörd  dəfə  ölümcül  işgəncə  altına  düşür:  Onun  bədəninin 

ətini dəmir daraqla qoparırlar, qaynar yağın içinə atırlar, odda yandı-

rır, başına mismar vururlar. Amma hər dəfə Allah-təala Hz.Cərcisi sağ-

salamat saxlayır. Yeddi ildən sonra Allahın hökmü ilə Hz.Cərcis vəfat 

edir, padşah və tərəfdarları isə Allahın göndərdiyi bəla ilə məhv olurlar.  

Bu  gün  də  İraqın  Mosul  şəhərində  Hz.  Cərcis  Peyğəmbərin  böyük 

məqbərəsi var. Beyləqan rayonunda da Cərcis Peyğəmbərə aid edilən 

məzar  ziyarətgah  kimi  tanınır.  Ziyarətgahın  XVII-XVIII  əsrlərdə  ti-

kildiyi  bildirilir.  Cərcis  Peyğəmbərin  Beyləqana  necə  gəlib  çıxması 

barədə  tarixi  mənbələrdə  ətraflı  məlumatlar  var.  Rəvayət  olunur  ki, 

Peyğəmbər  Suriyadan  təkallahlığı  təbliğ  edə-edə  gəlib  Mil  torpağına 

çıxır. O, Beyləqanda 15-20 ilə yaxın ömür sürür. İndiki Beyləqan şəhəri 

zəmanəsinin  böyük  və  ticarət  baxımından  əlverişli  şəhərlərindən  biri 

olub. O zamanlar bu ərazidə yaşayan əhali atəşpərəstliyə sitayiş edirmiş. 

Peyğəmbər (ə) insanları tək olan Allaha itaət etməyə çağırdığı üçün bu-

radakı atəşpərəst kahinlərin qəzəbinə tuş gəlir. Onu təqib edirlər. Qovu-

la-qovula indiki ziyarətgah yerinə gəlib çıxır. Peyğəmbərə atılan oxlar-

dan və zərbələrdən ona xətər dəymir, o, bir quyuya düşür. Atəşpərəstlər 

onun üstünü torpaqlayırlar. Beləcə, bu ziyarətgahın yerində müqəddəs 

bir təpə yaranır...




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə