Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə272/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   268   269   270   271   272   273   274   275   ...   292

802

deyirsən.Amma sənin Allahın buyurdu bu iş mənə asandır, sənə atasız 

oğlan verərəm.Biz,onu camaat üçün əlamət edərik ki, kamil qüdrətimizi 

bilsinlər  və  o  bizim  tərəfimizdən  Rəhmətə  səbəb  olsun.Bəndələrimiz 

onun səbəbi ilə dogru yola hidayət taparlar.Bu əhvalat əmr olunmuş bir 

hökmdür və əzəldən belə qərara alınıbdır.

Cəbrail (ə.s.)Məryəmin yaxasına üfürməsi ilə Məryəm İsaya hamilə 

qaldı.Bir müddət sonra doguş əlaməti Məryəmdə zahir olanda şəhərdən 

uzaq yerə çəkildi. Sonra doguş sancısı Məryəmi xurma agacının altına 

gətirdi.


Məryəm dedi:”Ey mənim qövmüm!Kaş ki, mən bundan əvvəl ölüb 

qurtaraydım və ya tamamilə yaddan çıxmış insan olaydım. Mən necə 

xalqın üzünə baxım və mənə zina nisbəti verənlərə nə cür cavab ve-

rim?”


Açıqlama:-Doğrudan da Məryəm kimi pak və iffətli bir qadına zina 

töhməti vurmaq,onun üçün çox acı və çətin idi.Ancaq,Allah-taala hər 

yerdə onu pənahı altında saxladığı kimi, bu dəfə də belə bir vəziyyətdə 

Məryəmi tək qoymadı.Ona ürək-dilək verdi.



Məryəm-23-25-İsa  Məryəmin  qarnında  Məryəmi  çağırdı  və  dedi: 

-Qəmgin olma!  Sənin Allahın sənin  altında olan  uşağı  hörmətli etdi, 

ya sənin altında su arxı yaratdı. İsa ayağını yerə vuranda su zahir oldu.

Xurmanın  budağını  özünə  tərəf  çək!Allah  qurumuş  xurma  ağacını 

göyərtdi,ağac təzə xurma gətirdi ki, ağacdan üstünə təzə xurma tökül-

sün.Xurmadan ye,sudan iç!Gözünü işıqlı və qəlbini aram et! Camaat-

dan hər kəsi görsən və sənə sual olunan mətləbə cavab verməkdən həya 

etsən sakit dayanıb işarə ilə de ki,mən Allah yolunda oruc tutmuşam ki, 

danışmayam.Əlbəttə,mən bu gün bir kəslə danışmayacam.

Məryəm-26-32-Bəni-İsrail Məryəmi mehrabda görməyib onu axtar-

mağa başladı. Yolda gördülər ki,Məryəm qucağında İsa ilə öz adamla-

rının yanına gəlir.Bəni-İsrailin möminə qadınları Məryəmin yanına yı-

ğışdılar. Bəzisi ona pis söz deyir, bəzisi isə üzünə tüpürürdü.Bəni-İsrail 

onun yanına gəlib dedilər:”Ey Məryəm sən həqiqətdə çox əcaib və pis 

iş gördün.Ey Harunun bacısı!”

Harun Bəni –İsraildə saleh bir insan idi.Hər bir yaxşı kişiyə “Haru-

nun qardaşı” yaxşı qadına “Harunun bacısı” deyə müraciət edərdilər. 

Bəzi rəvayətlərə əsasən isə Harun zinakar bir kişi idi.Pis insanları ona 

nisət verərdilər.Sənin atan pis kişi olmamışdı,sənin anan da zinakar de-

yildi.Sən ki ərə getməmisən, bu uşağa necə sahib oldun?!

Məryəm İsaya tərəf işarə etdi k, bu sözləri ondan xəbər alın.

Bəni-israil dedilər:”Beşikdə olan balaca uşağı necə danışdıraq?”



803

(Allahdan  möcüzə  olaraq  körpə  dilə  gəlib)  dedi:”Mən  həqiqətən, 

Allahın quluyam.O mənə kitab(İncil)verdi,özümü də Peyğəmbər etdi.

Məni hər yerdə olsam bərəkətli edibdir.İnsanlar mənə görə həm dün-

yada xeyir götürərlər və həmdə iman gətirməklə behiştə daxil olarlar.

Allah mənə diri olduqca namaz qılmağı,zəkat verməyi tövsiyyə etdi.

Allah məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi,heç kəsə 

qarşı zülmkar asi (dikbaş) eləmədi!Doğulduğum gün də,öləcəyim gün 

diriləcəyim (Qiyamət günü) də Allahdan mənə salam olsun!”

  Açıqlama:-Allah-taala  bu  ayədə  Məryəmə“Siddiqə”(çox-çox 

doğru  danışan)  ləqəbini  veribdir.Ənbiya  surəsində  16  nəfər  ilahi 

Peyğəmbərlərin  adlarını  çəkəndən  sonra,  Məryəmin  də  iffətli  və  pak 

qadın olduğunu deyib,İsanı da anasının vasitəsi ilə tanıtdırıb.

Bu haqda da Quran da belə buyurulur:

əl-Maidə-17-Məryəm  oğlu  Məsih  yalnız  bir  Peyğəmbərdir. 

Həqiqətən ondan qabaq Peyğəmbərlər gəlib-keçmişdir.Onun anası çox 

doğru danışandır.

əl-Ənbiya-91-“İsmətini  qoruyanı,Məryəmi  də  yad  et!Biz  Öz  ru-

humuzdan,  özümüzün  yaratdığımız  ruhdan  Cəbrail  vasitəsi  ilə  ona 

üfürdük,onu və oğlunu atasız doğulmuş İsanı, aləmlərə, mələklərə, bü-

tün insan və cinlərə bir möcüzə etdik”.

Beşikdə uşaqlıq halında da,böyük olanda da,insanlarla danışar. Allah 

ona yazmağı, oxumağı, hikməti,Tövrat və İncili təlim etmişdir.

Açıqlama:-Bu ayədən Məryəmin əzəmət,fəzilət kamilliyi və saflığı 

çox yaxşı aydın olur.

Şeyx  Tusi  “Məcməül-bəyan”  da  yazır  ki,  Muhəmməd  (ə.s.ə.)  bu-

yurub: -Çox kişilər kamilliyə yetişdilər.Lakin qadınlardan yalnız dörd 

nəfər bu məqama çatdı.Onlar bu xanımlardan ibarətdir:-1)Fironun həyat 

yoldaşı Asiya, 2) İmranın qızı Məryəm ana,3)Xuveylidin qızı Xədicə 

xanım,

4)Muhəmmədin qızı Fatimə (ə.).Bunlar Cənnət qadınlarıdırlar.



Kuleyni  “Rövzətül-  kafi”  kitabında  İmam  Sadiqdən  belə  rəvayət 

edir:“Məryəm paklıq və iffətdə elə bir məqama malikdir ki, Allah-taa-

la Qiyamət günündə onu başqa qadınlar üçün nümunə və höccət qərar 

verər.Allah-taala Məryəmi başqaları üçün dəlil gətirər.” 



 HZ.İSANIN HƏYATI HAQQINDA 

Açıqlama:- Anası  Həzrəti  Məryəm  əleyhə,atası  İmran  ibn  Mazan 

olub.Hub  ibn  Süleyman  (ə.s.)  nəslindəndir.Babası  Mazanın  xənadanı 




804

da,  İsrail  oğullarının  böyüklərindən,dini  bilgilərə  malik  olan  böyük 

şəxslərdən idi.

Hz.Zəkəriyyə  ilə  İmran  ibn  Mazan  iki  bacı  ilə  evlənmişlər. 

Zəkəriyyənin  zövcəsinin  adı  İşa  binti  Fakud.İmran  ibn  Mazanın 

zövcəsinin adı isə Hənnə binti Fakud idi.

Hz.  İsanın  doğum  yeri  Beytül-Ləhndə,Beytul  Müqəddəsin  yaxınında 

bir yerdir.Həzrəti İsa dünyaya gəldikdən sonra, Məryəm ananın,öz qövmü 

tərəfindən özünün və övladının öldürülməsindən qorxduğu üçün Uca Allah 

tərəfindən ona vəhy edilir ki,öz yurdlarından tezliklə çıxsınlar.

Bu görə Məryəm ana İsanı götürüb əmisi oğlu Yusif Nəccarın köməyi 

ilə  Misirə  gəlir,ana  ilə  oğlu  bir  təpədə  yerləşdirir.Bu  haqda  Qurani-

Kərimdə belə buyurulur:

əl-Muminin-50-Məryəmin  oğlu  İsanı  və  onun  anası  Məryəmi,  öz 

qüdrətimizdən böyük bir möcüzə etdik və onları abad və axar suyu olan 

hündür bir yerdə yerləşdirdik.

Həzrəti Məryəm Misirdə 12 il qaldı və İsanı xalqdan gizlətdi.İsanın 

həyati və gələcəyi haqda heç kəsə bildirmədi.Bu vəziyyət İsanın 12 ya-

şına kimi davam etdi.

Bir dəfə onların qaldıqları qəsəbədə oğurluq baş verir və 12 yaşında 

olan İsa bu oğurluğun üstünü açır.Bu kimi hadisələr,İsanın hərəkətləri 

Misir xalqını qorxuya salır.Bundan sonra Allah-taala vəhy edir ki,onlar 

Misirdən Şama getsinlər.Onlar Şama gələrək Nasirə qəryəsində,Cəbəl-

Xəlildə yerləşirlər.İsa 30 yaşına qədər orada yaşayır.İsa otuz yaşında 

olarkən ona Allah tərəfindən vəhy gəlir.İncil nazil olur.

Uca  Allah  ona  xalqı  Allaha  iman  və  ibadət  etməyə  çağırmasını, 

xəstələri,pis vəziyyətdə olanları,anadan kor doğulanları,dəliləri, alaca-

ları və digər xəstəliklərin müəlicə etməyini vəhy edir.

İsa ona əmr olunanları yerinə yetirir və xalq da onu sevməyə, inana-

mağa və ona sarı gəlməyə başlayır.

İsa Peyğəmbərin dünyaya gəlişi haqqında Qurani-Kərimdə belə bu-

yurulur:

Ali-İmran-59-Həqiqətən,İsa da Allah yanında Adəm kimidir. Adəmi 

torpaqdan  yaratdı,  sonra  ona“Ol!”dedi.O  da  oldu.İsa  barədə  verilən 

xəbər haqq olaraq Allah tərəfindəndir şübhə edənlər dən olma!

Açıqlama:-Qurani-Kərimin  ayələrindən  məlum  olur  ki,  İsaya 

Peyğəmbərlik lap kiçik yaşlarından verilmişdir,onun bir çox möcüzələri 

olmuşdu və bu haqda Quran da belə buyurulur:

Ali-İmran-46-Beşikdə uşaqlıq halında da, böyük olanda da,insanlarla da-

nışar.Allah ona yazmağı, oxumağı, hikməti, Tövrat və İncili təlim etmişdir.



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə