811
Azərbaycanın, həmçinin Qədim Şərqin və Yunanıstanın dövlət
idarəçiliyi ənənələrindən bəhrələnən Atropatena hökmdarları öz
hakimiyyətlərini daha da qüvvətləndirə bildilər. Nəticədə Atropatena
Parfiya və Selevki dövlətlərinə qarşı mübarizədə öz müstəqil liyini qo-
ruyub saxlaya bildi, ölkənin ərazisinə soxulmuş Roma qoşunlarını par-
fiyalılarla birləşərək darmadağın etdi. O zaman Atropatena qoşunları
bütün regionda ən güclü hərbi qüvvələrdən biri hesab olunurdu. Roma
təcavüzkarları ilə döyüşə Atropatena 40 min piyada və 10 min süvari
çıxarmışdı. Yaxın və Orta Şərqdə çox mühüm hərbi-siyasi qüvvə olan
Atropatena dövləti ilə Roma imperiyası arasında geniş əlaqələr yaran-
mışdı. Roma imperiyası özünün şərq siyasətində Atropatenaya xüsusi
əhəmiyyət verirdi. Atropatena elçiləri Romaya gedib imperator Oktavi-
an Avqustla (e.ə.27-e.14) diplomatik danışıqlar aparmışdılar.
Ölkənin şimalında meydana gələn Albaniya dövlətinin sərhədləri
Dağıstanın cənubu (Dərbənd və ətrafları ilə birlikdə) da daxil olmaqla
Baş Qafqaz dağlarından başlayaraq cənubda Araz çayına qədər, qərbdə
isə Göyçə gölü hövzəsi, Qabırrı (İori) və Qanıx (Alazan) çaylarının
yuxarılarından başlayaraq şərqə doğru Xəzər dənizinədək uzanıb gedən
Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan dövlətinin
paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra) şəhərləri idi.
Albaniya dövründə Azərbaycanın şimal torpaqlarında maddi və
mənəvi mədəniyyət daha da inkişaf etmişdi. Bu dövrdə elmi ədəbiyyatda
alban əlifbası adlanan Azərbaycan əlifbası yaradılmış, məktəblər açıl-
mışdı.
Ölkədə mühüm ticarət və sənətkarlıq mərkəzi olan 30-dan çox şəhər
vardı. Şimalla Cənubun, Şərqlə Qərbin qovşağında yerləşən və müxtəlif
etnosların, dinlərin, mədəniyyətlərin qarşılaşıb təmasa girdiyi Albaniya-
da özünəməxsus və zəngin mədəniyyət formalaşmaqda idi. Bu, dövlətin
həyatında mühüm rol oynayırdı. Aya, Göyə, Günəşə oda,sitayişlə yana-
şı xristianlıq da yayılmaqda idi. Müstəqil Alban kilsəsi dini cəhətdən
birbaşa Romaya tabe idi.
Albaniya dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti
daha da yüksəlmişdi. Alban hökmdarları ölkənin dünyəvi və dini başçı-
sı idilər.Onlar, eyni zamanda qanunlar verir,ölkənin hərbi qüvvələrinə
başçılıq edirdilər.Dövlətin hərbi qüvvələri 80 min nəfəri (60 min piya-
da, 22 min süvari) aşmışdı.
Albaniya hökmdarının sarayında məşvərət şurası fəaliyyət göstərirdi.
Məşvərət şurasına və ruhani yığıncaqlarına Albaniya hökmdarlarının
özləri rəhbərlik edirdilər.Atropatena kimi Albaniya dövlətinin də öz
812
pulları vardı Öz dövrü üçün möhkəm və mükəmməl dövlət idarəçiliyi
sisteminə malik olan Albaniya dövləti ölkənin müstəqilliyi üçün
təhlükə törədən Parfiyaya və Roma imperiyasına qarşı uğurla mübarizə
aparmışdı.Ölkəyə müdaxilə edən Roma imperiyasının qoşunları Alban
cəngavərləri tərəfindən dəfələrlə ağır məğlubiyyətə uğradılmışdı. Roma
imperiyası Albaniyanın hərbi-siyasi qüdrəti ilə hesablaşmağa məcbur
olmuş, iki ölkə arasında qarşılıqlı əlaqələr yaranmışdı. Atropatena kimi
Albaniya elçiləri də Romaya gedib imperator Oktavian Avqustla danı-
şıqlar aparmışdılar.
Albaniya hökmdarı, görkəmli dövlət xadimi Cavanşir ölkəni ələ
keçirməyə çalışan Bizans, Sasani, Xilafət və Xəzər imperiyaları kimi
qüdrətli qonşulara qarşı müdrik, uzaqgörən və çevik xarici siyasət
yeritmiş, özünün sərkərdəlik məharəti və döyüş şücaəti ilə ölkənin
müstəqilliyini qoruyub saxlaya bilmişdi.
Yaxın və Orta Şərqdə mühüm hərbi-siyasi və mədəni təsir gücünə,
region ölkələri ilə sıx qarşılıqlı münasibətlərə malik olan Albaniya Ara-
lıq dənizi hövzəsi ölkələri ilə, o cümlədən Roma imperiyası ilə də ge-
niş əlaqələr saxlayırdı. İlk mənbələr, o cümlədən arxeoloji qazıntılar
zamanı aşkar olunmuş zəngin maddi mədəniyyət nümunələri Albani-
ya dövründə Azərbaycanın şimal torpaqlarının xarici ölkələrlə geniş
əlaqələr saxladığını sübut edir.Yaxın və Orta Şərq ölkələrini Xəzər
xaqanlığı və Şərqi Avropa ilə birləşdirən beynəlxalq ticarət yollarının
Albaniyadan keçməsi ölkənin xarici ticarət əlaqələrinə müsbət təsir
göstərirdi.
Keçən əsrin əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq
dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran
imperiyası,VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İra-
nın və Ərəbistanın içərilərindən çoxlu iran və ərəb mənşəli əhali köçü-
rüb gətirdilər.Gəlmə əhali mühüm hərbi-strateji əhəmiyyətə malik olan
məntəqələrdə və ən məhsuldar torpaqlarda yerləşdirildi. Onlara geniş
imtiyazlar verildi.
Lakin bütün bunlar Azərbaycanın qədim dövlətçilik ənənələrini
məhv edə bilmədi. Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi.
Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiya-
ların tərkibində olması nəticəsində, ölkənin bütün bölgələri arasında
daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Azərbaycanın
şimal və cənub,şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni
birliyin yaranması yolunda mühüm irəliləyiş baş verdi. Bu dövrdə Tan-
rıya sitayiş,tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə ara-
813
dan qaldıra bilməmişdi. Zərdüştilik, atəşpərəstlik, Günəşə, Aya, Göyə,
ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şima-
lında - Albaniya ərazisinin bəzi yerlərində xristianlıq yayılmaqda idi.
VII əsrdə İslam dininin qəbul olunması ilə Azərbaycan tarixinin ən
mühüm hadisələrindən biri baş verdi.
Ölkədə dini birliyin yaranması bütün Azərbaycan ərazisində vahid
adət-ənənələrin təşəkkülünə, əlaqələrin genişlənməsinə səbəb oldu.
Bununla belə, təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq
İslamın prinsiplərinə zidd olduğu üçün ərəb fütuhatları dövründə Alba-
niyanın xristian əhalisi İslam dininin təsir dairəsindən kənarda qaldı.
Beləliklə, ölkədə dini ayrılıq baş verdi: çoxluq təşkil edən və ölkənin
bütün ərazisinə yayılmış olan müsəlman əhali; bir də, azlıq təşkil edən
və əsasən Şimali Azərbaycanın qərb bölgələrində yaşayan xristian al-
banlar. Zaman keçdikcə Qərbi Azərbaycanın, o cümlədən Qarabağın
dağlıq bölgələrinin xristian əhalisi qriqoryanlaşdırılmağa başlandı.
Xilafət dağıldıqdan sonra IX əsrin ortalarından Azərbaycanın qədim
dövlətçilik ənənələri yenidən dirçəldi.Azərbaycanda yeni siyasi dirçəliş
başlandı: Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər,
Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Siyasi, iqtisadi və mədəni
həyatın bütün sahələrində oyanış baş verməkdə idi.
Ərəb xilafətinin süqutu və Azərbaycan dövlətçiliyinin dirçəlişi ilə bir za-
manda Azərbaycan dili bütün ölkə ərazisində əsas ünsiyyət vasitəsinə çev-
rildi. Bu, Azərbaycanın gələcək inkişafına güclü təkan verə biləcək tarixi
nailiyyət idi. IX əsrin 70-ci illərinin sonlarından başlayaraq yarım əsrdən
çox davam edən bir tarixi dövr ərzində (879-941) Azərbaycan torpaqları-
nın hamısının vahid Azərbaycan Sacilər dövlətinin tərkibində olması bütün
ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, etnik
fərqlərin aradan qalxması və vahid Azərbaycan xalqının formalaşması pro-
sesinin daha da sürətlənməsinə müsbət təsir göstərdi.
Sacilər dövləti özünün ən qüdrətli çağlarında Zəncandan Dərbəndə,
Xəzər sahillərindən Ani və Dəbil şəhərlərinə qədər geniş əraziləri əhatə
edirdi. Bütün Azərbaycan torpaqları Sacilər dövlətinin tərkibinə daxil
idi.Məhz bu dövrdə Azərbaycan və ümumtürk ədəbiyyatının şah əsəri
olan “Kitabi-Dədə Qorqud” dastanları, demək olar ki, bütün Azərbaycan
torpaqlarında yayıldı. Beləliklə, 600 ilə qədər davam edən Sasani və
ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər,
Rəvvadilər, Şəddadilər) yaranması, İslam dininin bütün ölkə ərazisində
əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə,
vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.
Dostları ilə paylaş: |