Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə277/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   273   274   275   276   277   278   279   280   ...   292

816

arasında barışıq yaratmağa çalışırdı. Dünya hərb sənətində baş verən 

dəyişiklikləri diqqətlə izləyən görkəmli sərkərdə güclü nizami ordu ya-

ratmağa  çalışır,  muzdla  xidmət  edən  piyada  qoşunların  sayını  artırır, 

odlu silahlar istehsalına başlamaq və güclü artilleriya yaratmaq üçün 

hazırlıqlar görürdü. Bu məqsədlə o,İtaliyadan toptökən ustalar və hərbi 

mütəxəssislər  dəvət  etmişdi.Görkəmli  dövlət  xadimi  elmin,maarifin 

inkişafına  xüsusi  diqqət  yetirirdi.O,  dövrün  ən  qabaqcıl  alimlərini 

öz  sarayına  toplamışdı.  Hökmdarın  şəxsi  kitabxanasında  60-a  qədər 

alim  çalışırdı.Uzun  Həsən  sarayında  dövrün  görkəmli  alimlərindən 

ibarət elmi məclis fəaliyyət göstərirdi. Böyük hökmdar Qurani-Kərimi 

azərbaycancaya  çevirtdirmiş,  dövrün  görkəmli  elm  adamı  Əbu  Bəkr 

Tehraniyə  “Kitabi-Diyarbəkriyyə”  adlı  oğuznamə  yazdırmışdı.  Uzun 

Həsən dövründə Azərbaycanın Şərq-Qərb əlaqələrindəki rolu daha da 

artmışdı. Azərbaycanın  ənənəvi  əlaqələr  saxladığı  Şərq  ölkələrindən 

başqa Avropa  dövlətləri  ilə  də  geniş  diplomatik  münasibətlər  yarat-

mışdı.  Uzun  Həsən  dövründə Azərbaycan  elçiləri  Venesiya  Respub-

likası,  Papalıq,  Neapol  krallığı,  Albaniya,  Macarıstan,Polşa,  Alma-

niya,  Burqundiya  hersoqluğu,  Kipr,  Rodos,  Trabzon  imperatorluğu, 

Böyük  Moskva  knyazlığı  ilə,  həmçinin  bir  çox  qonşu  Şərq  ölkələri 

hökmdarlarının  saraylarında  diplomatik  danışıqlar  aparmışdılar.Xari-

ci ölkələrlə aparılan danışıqlarda Uzun Həsənin anası o zaman bütün 

Şərqdə  yeganə  qadın  diplomat  olan  Sara  Xatun  mühüm  rol  oynayır-

dı.Təbrizdə  Uzun  Həsən  sarayında  Venesiya  Respublikasının  daimi 

səfirliyi fəaliyyət göstərirdi. Azərbaycan Şərqlə Qərb üçün ümumi ma-

raq  doğuran  beynəlxalq  problemlərin  həllində  mühüm  rol  oynayırdı. 

XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün 

tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu.Uzun Həsənin nəvəsi 

görkəmli dövlət xadimi Şah İsmayıl Xətai bütün Azərbaycan torpaqla-

rını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan 

vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana 

gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi 

mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi. 

Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının 

həyata keçirdikləri uğurlu islahatlar,daxili və xarici siyasət nəticəsində 

Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə 

çevrildi. Geniş ərazili Səfəvi imperiyasını idarə etmək üçün mükəmməl 

dövlət idarəçiliyi mexanizmi yaradıldı.

Səfəvi hökmdarları dünyəvi hakimiyyətlə yanaşı, dini hakimiyyəti də 

ələ keçirdilər. Bununla, mərkəzi hakimiyyət daha da qüvvətləndirildi. 




817

Şah  sarayında  Ali  məşvərət  məclisi  və  ya  Ali  səltənət  şurası 

(“Məclisiəla”) fəaliyyət göstərirdi. Mərkəzi və yerli idarə orqanlarının 

işini tənzimləyən mükəmməl bir bürokratik sistem yaradılmışdı. Ölkə 

ərazisindəki bütün məhkəmə işlərinə Ali divan nəzarət edirdi. Səfəvi 

hökmdarlarının, xüsusən Şah Abbasın keçirdiyi islahatlar nəticəsində 

Səfəvilərin  hərbi  qüvvələri  dünyanın  ən  qüdrətli  ordularından  birinə 

çevrilmişdi.  Səfəvilərin  hakimiyyəti  illərində  bütün  Yaxın  və  Orta 

Şərqdə Azərbaycan  dilinin  rolu  daha  da  artdı.Səfəvi  sarayına  gəlmiş 

xarici ölkə elçiləri ilə diplomatik danışıqlar da Azərbaycan dilində apa-

rılırdı.

Ağqoyunluların  xarici  siyasət  xəttini  davam  etdirən  Səfəvilərin 

hakimiyyəti  dövründə  də  Azərbaycan  Qara  dəniz  və  Aralıq  dənizi 

hövzəsi ölkələrindən başlamış uzaq İngiltərə və Skandinaviyaya qədər 

bir çox Avropa dövlətləri ilə diplomatik əlaqə saxlayırdı. Şah İsmayıl 

Xətai,  Şah Təhmasib,  Şah  Məhəmməd  Xudabəndə,  Şah Abbas  və  b. 

Azərbaycan  hökmdarlarının  saraylarında  çoxsaylı  Qərb  diplomatları 

Səfəvi dövləti ilə sıx qarşılıqlı əlaqələr yaratmaq üçün danışıqlar apar-

mışdılar. Azərbaycan Ağqoyunlular dövründə olduğu kimi, Səfəvilərin 

hakimiyyəti zamanında da Şərqlə Qərb arasındakı qarşılıqlı əlaqələrdə 

mühüm rol oynamaqda davam edirdi.

Səfəvi  dövlətinin  süqutundan  sonra  hakimiyyətə  gələn  görkəmli 

Azərbaycan sərkərdəsi Nadir şah (1736-1747) keçmiş Səfəvi imperi-

yasının sərhədlərini daha da genişləndirdi. Bu böyük hökmdar 1739-cu 

ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi.Lakin onun 

bu  geniş  ərazidə  qüdrətli  mərkəzləşdirilmiş  dövlət  yaratmaq  planları 

baş tutmadı.

Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya 

süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə 

qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər 

yarandı. 

Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə, xan-

lıqlara və sultanlıqlara parçalandı.Ölkənin hərbi-siyasi tənəzzül dövrü 

başlandı.Azərbaycanın  qədim  dövlətçilik  ənənələrini  yaşatmağa  ça-

lışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində 

birləşdirməyə  çalışsalar  da,bu,  heç  bir  nəticə  vermədi.  Siyasi 

pərakəndəlik daha da dərinləşdi.Bununla Azərbaycanı işğal etməyə ça-

lışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü.

XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) 

İranda  hakimiyyətə  gəldilər.  Qacarlar  vaxtı  ilə  onların  ulu  babaları 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə