820
Respublikasının bayrağı qırmızı rəngdəydi. Azərbay can Demokra-
tik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23
ay fəaliyyət göstərə bildi.Təəssüflər olsun ki Müs təqil Azərbaycan
Cümhuriyyəti iki yaşına dolmadan bolşevik lərin hücumuna məruz qa-
lıb müvvəqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi
surətdə öz tərkibinə daxil etdi. 27 aprel 1920 - Bolşevik Rusiyası-
nın 11-ci ordusu Bakıya daxil olub.Bu vaxt Xalq Cümhuriyyətinin
ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri
ilə döyüşdə idi,azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət
göstərə bilməmişdi. Bolşevik rəhbərliyi Azərbaycan K(b)P MK və Ru-
siya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil
vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verib.
Vəziyyəti real dəyərləndirən parlament gərgin müzakirələrdən sonra
ultimatumla razılaşıb hakimiyyətin kommunistlərə verilməsi barədə
qərar qəbul etdiləb. Parlamentin qərarında Azərbaycanın istiqlalının və
ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi par-
tiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin
olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər bu şərtlərin heç
birini saya salmadı.
Bolşeviklər tərəfindən devirlməsinə baxmayaraq istiqlal ideyası
yenilməyib və M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha
enməz!” şuarı öz əksini tapıb və nəhayət 1991-ci ildə Sovet İmperiyası-
nın dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
1969-cu il iyul ayının 14-də Azərbaycanın müasir tarixində dö nüş
mərhələsinin təməli qoyuldu. Heydər Əliyevin həmin gün Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi res-
publikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı oldu. Heydər
Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü 1969-1982-ci illər
Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil ol-
muşdur.
Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən hakimiyyətə
qayıdır. Heydər Əliyevin hakimiyyətə Azərbaycanın ən yeni tarixinə
Milli Qurtuluş Günü kimi yazıldı. Həm birinci, həm də ikinci hakimiyyəti
dövründə Heydər Əliyevin əsas missiyası Azərbaycanı xilas etmək
olub. Əgər 1969-cu ildə Azərbaycan iqtisadi fəlakətin astanasında
idisə, 1993-cü ildə məhv olmaq ərəfəsində idi. Yalnız Heydər Əliyev
zəkası Azərbaycanı bu bəlalardan xilas etdi. Heydər Əliyevin”Mən fəxr
edirəm ki, Azərbay canlıyam”kəlməsi bütün dünya Azərbaycanlılarının
şüarıdır.
821
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun
siyasi kursunu uğurla davam etdirir. Prezident İlham Əliyevin qeyd et-
diyi kimi, “Azərbaycanın gələcək uğurları Heydər Əliyevin siyasəti ilə
bağlıdır. Bu siyasətə alternativ yoxdur. Yalnız bu siyasət Azərbaycanı
uğurlu gələcəyə aparacaqdır.” Heydər Əliyev.
Azərbaycanda Respublika Günü,dövlət müstəqilliyinin bərpası günü
1990-cı ildən dövlət bayramı kimi qeyd olunur.Azərbaycanda Respub-
lika Günü (28 may 1918-ci il) Azərbaycanın ən parlaq və unudulmaz ta-
rixi günlərindən biri - Azərbaycanın istiqlal günüdür. Respublika Günü
hökumət və ictimaiyyət tərəfindən hər il bayram kimi qeyd edilir.
DAHİ SƏRKƏRDƏ BABƏK HAQQINDA
Dünya tarixində bir çox qiyam və hərəkatların mahiyyəti sonradan
təhrif olunmuş və gələcək nəsillərə səhv çatdırılmışdır. Üsyanların bir
çoxu haqq-ədalətin bərpası naminə həyata keçirilsə də, bunlara qarşı
güclü antitəbliğat aparılmış və ictimai fikr tamamilə əks istiqamətə
yönəldilmişdir.
Elə yaşadığımız yaxın tarixə nəzər salsaq 20 Yanvar hadisələri baş
verdiyi zaman Sovet dövləti və ölkə mediyasında ilk verilən məlumatlar
bundan ibarət idi ki: “Əli silahlı ekstrimis qüvvələr dövlətə qarşı üsyan
etmiş və silahlı qüvvələrimiz tərəfindən bu üsyan yatırılmışdır. ”Həmin
dövrdə baş verən hadisələr və xaos hamımızın yaddaşında daima ya-
şayacaqdır. Bundan başqa keşmiş və yaxın tarixdə baş verən inqilab
və müharibələrin gedişatı və nəticəsi haqqında yanlış məlumatların
verilməsinin bu gündə şahidi oluruq.
Məlim olduğu kimi Azərbaycanın islamlaşma hicrətin 18-ci ilindən
(639-cu il) başlamişdı və tarixci Bəlazurinin məlumatına gorə, artıq
xəlifə Əli ibn Əbu Talibin hakimiyyəti dövrundə (656-661) Azərbaycan
əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Azərbaycanda islamlaşma-
nın birinci mərhələsi 7-ci əsrin ortalarından 8-ci əsrin əvvəllərinə qədər
dövru əhatə edir.
Xürrəmilər hərəkatı 755-ci ildən Azərbaycan Ərəb Xilafətinin tərki-
bində olduğu dövrdə Abbasi xəlifələrinə və onların haqsız əməllərinə
qarşı və Azərbaycanın öz müstəqilliyini qorumaq uğrunda yaranan bir
xalq hərəkatı idi.
Əvvəlcə yaranmış (778-ci ildən və 816-cı ilə qədər davam edən)
Xürrəmilər hərəkatına Cavidan ibn Səhl və Əbu İmran başçılıq etmiş-
di və bu hərəkat Abbası xəlifəsi tərəfindən məhv edilmişdir. Cavidanın
822
ölümündən sonra xürrəmilərə rəhbərlik etməyə başlayan Babəkin əsas
məqsədi Abbasi xəlifələrinə və onların əlaltılarına qarşı mübarizədən
ibarət olmuşdur. (ət-Təbəri)
Orta əsr mənbələrində bildirildiyi kimi, əvvəlcə Cavidanın, sonra isə
iyirmi ildən artıq Babəkin başçılıq etdiyi xürrəmilərin Azərbaycandakı
mərkəzi və ya paytaxtı qala şəhəri olan Bəzz idi. Ət-Təbəri de-
yir ki, Bəzz “Babəkin vilayəti və şəhəri idi”.Əl-Məsudi yazır:
“Babək Azərbaycan ölkəsində olan Bəzzeyn dağlarında üsyan qaldır-
mışdı.”( Əl-Məsudi, BGA, VIII, səh. 353)
Bu hərəkatın “mühəmmərə” (qırmızılar) adlanmasının səbəbi isə,
üsyan iştirakçılarının geyiminin rəmzi rənginin qırmızı olması idi
(Abbasilərin rəmzi olan qara rəngin müqabilində).
Böyük ehtimala görə, xürrəmilər hərəkatı Abbasiləri hakimiyyətə
gətirmiş Əbu Müslim Xorasaninin sui-qəsd nəticəsində qətlə
yetirilməsindən dərhal sonra, yaranmışdı. Abbasilərin qələbəsinə gətirib
çıxaran (747-750) Əbu Müslimin üsyanı müxtəlif dinlərə etiqad edən,
lakin eyni məqsədə – Əməvi(Bəni-Ümeyyə) üsul-idarəsini devirməyə
xidmət edənləri birləşdirmişdi: üsyançılar arasında müxtəlif şiə və sün-
ni təriqətlərinə mənsub müsəlmanlar, eləcə də atəşpərəstlik ideyalarını
təbliğ edən məzdəkilər və başqaları da vardı. Bütün bu qüvvələrdən
istifadə edən Abbasilər isə hakimiyyətə gəldikdən sonra öz əvvəlki
havadarlarından yaxa qurtarmağa çalışdılar. Əbu Müslimin qətlindən
sonra Əməvilərə qarşı siyrilmiş qılıncın ağzı Abbasilərə tərəf çevrildi.
Beləliklə, hakim sülalə ilə mübarizə səhnəsinə etiqadları ayrı da olsa,
məqsədləri yaxın olan təriqətlər atıldılar. Elə buna görə də müsəlman
müəllifləri ideya baxımından yaxınlaşmış bu təriqətləri sadəcə olaraq
bir-birinə qarışdırır, onları gah xürrəmi, gah məzdəki adlandırır və ifrat
şiə təriqətlərinə aid edirdilər. (İbn Kəsir, səh. 62.)
Qeyd edilməlidir ki, xürrəmiləri və xürrəmdiniləri ifrat şiə təriqətləri
kimi qiymətləndirən müsəlman filosofları içərisində bu təriqətlərin
ardıcıllarını “ifrat” şiə baxışlarına çox yaxın olan “batinilər” –
ismaillilər təriqətinə aid edənlər də vardı. XI əsrdə yaşamış məşhur
filosof imam Əbu Hamid əl-Ğəzalı batinilərin səkkiz ləqəbləri sırasında
ismaililər və qarmatlarla yanaşı, xürrəmiləri, babəkiləri, müxəmmiriləri
də sadalayır. Elə oradaca batiniliyin mənası da açılır: “Quranda və
hədislərdə bütün aşkar görünənlərin gizli (batini) mənası var; zahirdə
olan yalnız simvoldur, gizlində qalan isə həqiqətə işarədir; gizlini dərk
edənin üzərindən dini borclar götürülür”.
Artıq 816-838 illərdə Azərbaycanda İslam daha güclənir və Abbasilər
hakimiyyətinin ilk dövrlərindən başlanan təriqətlər məsələsi, Babək
hərəkatının yaranmasına səbəb olur və islam təsəvvufu təşəkkul tapır.
Dostları ilə paylaş: |