Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə274/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   270   271   272   273   274   275   276   277   ...   292

808

o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl, dövrünə aid 

qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın 

ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu 

nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” 

xəritəsinə daxil edilmişdir.

Dünyanın  ən  qədim  insan  məskənlərindən  biri  olan Azərbaycanın 

əhalisi  hələ  qədim  daş  dövründən  (paleolit)  başlayaraq  yüksək 

mədəniyyət yaratmışdır. Orta daş dövrü (mezolit) və yeni daş dövrlərində 

(neolit) Azərbaycan əhalisi oturaq həyata keçmiş, əkinçilik, maldarlıq, 

müxtəlif sənət sahələri ilə məşğul olmağa başlamışdır. 

Azərbaycan  ərazisindəki  mədəni-iqtisadi  tərəqqinin  təsir  dairəsi 

getdikcə genişlənməkdə idi. E. ə. IV minilliyin sonu - III minillikdə 

təşəkkül tapmış Kür-Araz mədəniyyəti Cənubi Qafqazın digər region-

larına, Şərqi Anadoluya və Şimali Qafqaza da yayılmışdı.

Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. 

Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər 

hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən 

başlayaraq yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan 

dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdı-

lar. Həmin dövrdə Azərbaycanla Dəclə və Fərat vadilərində yerləşən və 

dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Aşşur (Assu-

riya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşı-

lıqlı əlaqələr vardı.

Zaman  keçdikcə  Azərbaycanın  dövlətçilik  mədəniyyəti  daha  da 

yüksəlmiş, ölkə ərazisində yeni daha kamil dövlətlər yaranmışdır. Era-

mızdan  əvvəl  I  minillikdə  -  bizim  eranın  I  minilliyinin  əvvəllərində 

Azərbaycan  torpaqlarında  Manna,  İskit  (Skit,  Skif)  şahlığı,  Atropa-

tena  və  Albaniya  kimi  qüvvətli  dövlətlər  mövcud  olmuşdur.  Onlar 

Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəlməsində, 

ölkənin  iqtisadi-mədəni,  etnik-siyasi  tarixində,  eləcə  də  vahid  xalqın 

təşəkkülü prosesində böyük rol oynamışlar.

Ənənəvi  Azərbaycan  dövlətçiliyinin  davamı  olan  və  eramızdan 

əvvəl  I  minilliyin  əvvəllərində  meydana  gələn  Manna  dövləti  təkcə 

Azərbaycanın deyil, eləcə də dünyanın dövlətçilik mədəniyyəti tarixində 

mühüm yer tutur.

Manna hökmdarları irsi və qeyri-məhdud hakimiyyətə malik idilər. 

Lakin  buna  baxmayaraq  onlar  ölkəni  ağsaqqallar  şurasının  köməyi 

ilə idarə edirdilər ki, bu da Azərbaycanın dövlət idarəçiliyi sahəsində 

qədim məşvərət mədəniyyətinə malik olduğunu sübut edir. Yurdumu-




809

zun cənub bölgələrində üç yüz ilə yaxın bir müddət ərzində davam et-

miş və qüdrətli qonşularının aramsız hücumlarına duruş gətirmiş Man-

na Azərbaycanda ən qədim zamanlardan başlayaraq güclü dövlətçilik 

ənənələrinin mövcud olduğunu sübut edən çox qiymətli tarixi faktdır.

Eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərindən başlaya-

raq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin 

iskitlərlə eyni kökdən olan saklar və massagetlər mühüm rol oynamağa 

başladılar. “Tarixin atası” Herodotun (e. ə.V əsr) öz şəxsi müşahidələrinə 

əsaslanan məlumatları da bunu sübut edir. İskitlər Mannadan şimaldakı 

Azərbaycan torpaqlarında qüdrətli İskit şahlığı yaratmış, ölkə ərazisində 

vahid  xalqın  təşəkkül  prosesində  iştirak  etmişdilər.  İskit-Massaget 

hökmdarları  da Azərbaycan  torpaqlarını  yadelli  təcavüzlərdən  uğurla 

müdafiə etmişdilər. Massaget şahlığı o dövrün ən qüdrətli imperiyala-

rından  biri  olan  İran-Əhəməni  imperiyasını  ağır  məğlubiyyətə  uğrat-

mışdı. Yaxın və Orta Şərqdə geniş işğallar həyata keçirmiş Əhəməni 

hökmdarı II Kir Azərbaycanın cənub torpaqlarını zəbt etdikdən sonra 

ölkəmizin şimalını da ələ keçirməyə cəhd göstərmiş və bu məqsədlə 

Massaget hökmdarının dul qadını Tomirisə izdivac təklif etmişdi.

Lakin  II  Kirin  hiyləsini  başa  düşən,  Vətən  torpağının  şərəfini  və 

ölkənin müstəqilliyini uca tutan Tomiris İran hökmdarının təklifini rədd 

etmiş, Günəş allahına and içərək özündən qat-qat güclü olan yadelli qo-

şunlarını e. ə. 530-cu ildə darmadağın etmişdi. “Məğlubedilməz” Kirin 

özü də bu döyüşdə öldürülmüşdü. Midiya imperiyası,Lidiya, Babilistan 

kimi qüdrətli dövlətləri aradan qaldıraraq, Parfiya torpaqları da daxil 

olmaqla, Mərkəzi Asiyadan Misir hüdudlarına qədər çox geniş əraziləri 

ələ keçirmiş və bütün bu işğallara görə “Böyük Kir” ləqəbi qazanmış 

II  Kir  üzərində  bu  qələbə Azərbaycan  dövlətçiliyi  tarixinin  ən  şanlı 

səhifələrindən biridir.

İskit şahlığı dövründə Azərbaycan mədəniyyəti ilə Avrasiyanın çox 

geniş  ərazilərinə  yayılmış  iskit  mədəniyyəti  arasında  qarşılıqlı  əlaqə 

üçün də əlverişli şərait yarandı. Qədim Azərbaycan mədəniy yəti daha 

da inkişaf etdi və zənginləşdi. Arxeoloji qazıntılar zamanı aşkar olun-

muş maddi mədəniyyət nümunələri, habelə Azərbaycan ərazisində İskit-

sak-massaget dövründən qalmış çoxlu yer adları buna parlaq sübutdur. 

Yaxın və Orta Şərqdə çox mürəkkəb hərbi-siyasi hadisələrin cərəyan 

etməsinə, qonşu dövlətlərin təbii sərvətlərlə çox zəngin olan və hərbi-

strateji baxımdan olduqca böyük əhəmiyyət kəsb edən Azərbaycan tor-

paqlarını ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlətçilik ənənələrimiz 

davam etməkdə və zənginləşməkdə idi. Odur ki, nə Əhəməni-İran im-




810

periyasının  uzun  sürən  işğal  rejimi,  nə  də  Makedoniyalı  İsgəndərin 

yürüşləri Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyətini məhv edə 

bilmədi. Makedoniyalı İsgəndərin ölümündən dərhal sonra Azərbaycan 

dövlətçiliyi  yenidən  dirçəldi.  Ölkəmizin  cənub  torpaqlarında Atropa-

tena, şimalında isə Albaniya dövlətləri meydana gəldi. Azərbaycanın 

bütün tarixi torpaqları bu iki yerli dövlətin tərkibində cəmləşdi.

Atropatena dövləti ölkənin cənub vilayətlərini əhatə edirdi. Burada 

müstəqil Azərbaycan  dövlətçiliyinin  dirçəlişi  əslində  hələ  İsgəndərin 

Şərqə  yürüşündən  xeyli  əvvəl  baş  vermişdi.  Süquta  uğramış  keçmiş 

Midiya imperiyasının digər əraziləri ilə birlikdə ayrıca satraplığa çev-

rilmiş Azərbaycanın  cənub  torpaqlarını  əhəməni  satrapı Atropat  hələ 

Əhəmənilərin  hakimiyyəti  dövründə  müstəqil  surətdə  idarə  edirdi. 

Azərbaycanın bu hissəsi o zaman Midiya-Atropatena, Kiçik Midiya və 

ya Atropatın adı ilə Atropat Midiyası, bəzən də Atropatiya və ya Atro-

patena adlanırdı.

Uzaqgörən  siyasətçi  və  məşhur  sərkərdə  olan Atropat  III  Daranın 

İsgəndərə  qarşı  çıxardığı  Əhəməni  qoşunlarının  ön  dəstələrinə  əsas 

zərbə qüvvəsinə başçılıq edirdi. Bu qüvvələr əsasən Azərbaycanın şi-

mal  və  cənub  torpaqlarından  toplanmış  hərbi  dəstələrdən  ibarət  idi. 

III  Daraya  qalib  gəldikdən  sonra Atropatın  sərkərdəlik  istedadına  və 

hərbi-siyasi nüfuzuna bələd olan İsgəndər onunla toqquşmaq fikrindən 

daşındı  və  Azərbaycan  hakimi  ilə  yaxınlaşmağı  daha  üstün  tutdu. 

Beləliklə, Makedoniyalı İsgəndərin işğalları Azərbaycandan yan keçdi.

Sonralar Atropat Makedoniya hökmdarı ilə bu yaxınlaşmanı daha da 

dərinləşdirərək onun ən yaxın adamlarından biri ilə qohumluq əlaqəsi 

yaratdı və nəhayət, bütün Şərqdə ilk dəfə olaraq, Atropatenanı yunan-

Makedoniya asılılığından azad olmuş ilk müstəqil dövlətə çevirdi.

Müstəqil dövlətçilik ənənələrinin dirçəlişi Azərbaycanın cənub ra-

yonlarında iqtisadi və mədəni həyatın bütün sahələrində böyük yüksəlişə 

səbəb  oldu.  Qüdrətli  Atropatena  dövləti  bütün  regionun  beynəlxalq 

münasibətlərində mühüm rol oynayır,Qafqaz, Volqaboyu, Orta Asiya, 

Hindistan,  Kiçik Asiya,  Mesopotamiya,  Qara  dəniz  və Aralıq  dənizi 

hövzələri ölkələri ilə geniş ticarət əlaqələri saxlayırdı. Daxili ticarətdə 

dövlətin öz pulları mühüm rol oynayırdı.

Şərq və yunan dövlət sistemləri arasındakı qarşılıqlı əlaqə və təsir 

Atropatenada  idarəçilik  mədəniyyətinin  də  yüksəlişinə  müsbət  təsir 

göstərirdi.  Ölkədə  yunan  dilindən  geniş  istifadə  olunması,  başqa 

sahələrlə yanaşı, hüquq normalarının da təkmilləşməsinə səbəb olurdu. 

Dövlət idarəçiliyi qaydaları daha da təkmilləşirdi.




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə