Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”


HƏZRƏTİ MƏRYƏM ƏLEYHANIN HƏYATI HAQQINDA



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə271/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   267   268   269   270   271   272   273   274   ...   292

799

 HƏZRƏTİ MƏRYƏM ƏLEYHANIN HƏYATI HAQQINDA

Açıqlama:-Həzrəti  Məryəmin  babası  İmran  Süleyman  ibn  Davu-

dun  övladlarından  və  Bəni  İsrailin  böyük  şəxsiyyətlərindən  idi.Hətta 

bir hədisdə onun Peyğəmbər olduğu da bildirilir. İmranın həyat yoldaşı 

Hənna illər boyu övlad həsrətində idi.Bir gün bir ağacın altında otur-

muşdu.Gördü ki, bir quş balasına dimdiyi ilə yemək verir.Bu mənzərə 

yenidən  Hənnanın  yadına  övlad  dərdini  saldı.O,  Uca  Allahdan  dua 

edərək övlad istədi.Dua edəndən sonra nəzir etdi ki, övladım olsa onu 

Beytul-Müqəddəsdə xidmətçi qoyaram.

Allah-taala Hənnanın duasını qədul etdi və İmrana vəhy etdi ki, biz 

sənə  mübarək  bir  övlad  əta  edəcəyik.İmran  həyat  yoldaşı  Hənnana 

bu  müjdəni  verdi  və  bildirdi  ki,dünyaya  gələn  övlad  Peyğəmbərlik 

məqamına yetişəcək.Bir müddət keçəndən sonra Hənna hamilə oldu-

ğunu hiss etdi. Hənna sevinirdi ki, onun oğlu olacaq çünki nəziri də 

buna uyğun idi.O,uşaq doğulan kimi onu Beytul-Müqəddəsə xidmətçi 

verəcəkdi.

Uşaq dünyaya gəlməmişdən İmran vəfat etdi.Hənnanın şad günləri 

qəm-qüssə ilə doldu.Hamiləlik sona çatdıqda,Hənnanın fikrinin əksinə 

olaraq  qız  uşağı  dünyaya  gəldmişdi.Qız  uşağının  da  bu  işə  layəqəti 

yox idi.Başqa bir tərəfdən də Allah-taala İmrana vəd vermişdi ki,ona 

bir övlad verəcək və onu Peyğəmbərlik məqamına yetişdirəcək.Buna 

görə  də  Hənna  həsrətlə  Allah  dərgahına  ərz  etdi:“İlahi,  mən  onu 

qız  doğdum.”Lakin  yenə  də  naümid  olmadı.  Qərəra  aldı  ki,Beytül-

Müqəddəsin ibadətgahında ruhanilərə versin,bu münasibətlə də uşağın 

adını“Məryəm”qoydu.

Başqa bir tərəfdən isə, Allahın İmrana verdiyi vədəyə görə naümid olma-

dı.Öz-özünə fikirləşdi ki,əgər Allahın bizə verdiyi müjdə,yəni Peyğəmbər 

məndən dünyaya gəlməsə də Məryəm və onun nəslindən dünyaya gələcək 

uşaqları  üçün  belə  dua  etdi:”İlahi!  Mən,Məryəm  və  onun  övladlarını 

dərgahından qovulmuş şeytanın şərindən sənə həvalə edirəm.”

Allah-taala Hənnanın duasını qəbul etdi və Məryəmi öz pənahı altın-

da qoruyub saxladı.Qurani-Kərimdə bu haqda belə buyurulur:

Ali-  imran-35-36-Yadına  sal  o  zaman  ki,  İmranın  zövcəsi  Hənna 

dedi  ki,  Pərvərdigara  mən  bətnimdə  olan  uşağı  Beytül-Müqəddəsdə 

sənə xidmətçi etməyimi nəzir edirəm.Nəzirimi qəbul et. Həqiqətə, sən 

nəzirimi eşidən və niyyətimdən xəbərdarsan.

Onu doğduğu zaman Hənna dedi ki, Pərvərdigara, mən onu qız doğ-

dum.Onun arzusu bu idi ki,oğlan olub Beytul-Müqəddəsdə xidmət et-




800

sin.Qız uşağının xidmətçi olması rəsmi deyildir.Allah onun nə doğdu-

ğunu daha yaxşı bilir, oğlan uşağı qız kimi deyil. Məryəmin necə fəzilət 

sahibi  olduğunu  anası  bilmir.Allah  bilir  ki,  Məryəm  necə  qızdır  və 

gələcəkdə ondan bir oğlan əmələ gələcək ki, bö yük Peyğəmbərlərdən 

sayılacaq.Buna  görə  Hənna  dedi  ki,  həqiqətən  mən  onu  Məryəm 

adlandırdım!”Mariya”o  zaman  ki,  dildə”  ibadətkar  qadın”mənasında 

imiş.


Allah onu gözəl qəbul etdi,onu gözəl göyərtdi və ona gözəl tər biyə 

verdi.Hənna Məryəmi doğan zaman bir parçaya sarıyıb məscidə gətirdi.

Onu abidlərin yanında qoyub dedi ki,mən bu qızı Beytül-Müqəddəsə 

nəzir etmişəm.Abidlər o qızı qəbul etdilər. Çünki Hənnanın atası Ma-

tan və onun övladı həmişə Bəni-İsrailin böyükləri və Padşahları olub.

Zəkəriyyə dedi ki, mən onu saxlamağa daha çox layiqəm. Ona görə ki, 

onun xalası İşa mənim zövcəmdir.Abidlər razı olmadılar. Onlar cəmi 27 

nəfər idilər.Buna görə onlar püşk atmağa razı oldular.(3.44.) 

Ya peyğəmbər! Bu sözlər qeyb xəbərlərindəndir. Məryəmə hi mayəçi 

olmaq üçün qələmlərini atıb bir-biri ilə mübahisə edən zaman sən on-

ların yanında deyildin. Onlar axırda belə qərara gəldilər ki,Tövrat yaz-

dıqları  polad  qələmlərini  suya  atsınlar.Kimin  qələmi  suyun  üstündə 

qalsa,Məryəmə  o  şəxs  himayədar  olacaq.Bu  zaman  Zəkəriyyənin 

qələmi  suyun  üstündə  qaldı,qalanların  qələmi  isə  batdı.  Bununla  da 

mübahisə kəsildi.

Ona Zəkəriyyə himayəçi oldu.Zəkəriyyə hər vaxt onun, Məryəmin 

yanına  mehraba  daxil  olsaydı,onun  yanında  hazır  ruzi  görərdi.  Çün-

ki  Beytül-  Müqəddəsin  yanında  Məryəm  üçün  xüsusi  bir  otaq  bina 

etmişdilər.Onun  yanına  Zəkəriyyədən  başqa  heç  kəs  daxil  olmazdı. 

Otağın yeddi qapısı var idi.Zəkəriyyə qapıların hamısını bağlayıb aça-

rını  özündə  saxlardı.Gündə  bir  dəfə  onun  yanına  gələndə  görərdi  ki, 

Məryəmin  ibadət  etdiyi  mehrabda  yay  zamanı  qış  meyvəsi,qışda  isə 

yay meyvəsi vardır. Zəkəriyyə ondan soruşdu ki:”Ey Məryəm, bu ruzi 

qeyri-mövsimdə sənə haradan hasil olur,bir halda ki, qapıların hamısı 

bağlıdır?”Məryəm dedi:”Bu ruzi Allah tərəfindəndir.Allah istədiyi kəsə 

hesabsız ruzi verər.”



Ali-İmran-42-48-O  zaman  ki,mələklər  Məryəmə  dedilər:”Ey 

Məryəm!  Həqiqətən,  Allah  səni  bəyəndi  və  qadınlara  məxsus  olan 

nəcasətdən səni pak etdi və səni aləmlərin qadınlarından üstün etdi.Sən 

Allaha ibadət et, səcdə və rüku et!”

O  zaman  mələklər  dedilər:”Ey  Məryəm!Allah  sənə  öz  tərəfindən 

olan  bir  kəlmə  ilə,yəni  bir  kəlmə  sözlə  atasız  əmələ  gələn  övlad  ilə 




801

bəşarət  verər.Adı  Məsihdir.”  (ərəbcə  “mübarək”  mənasındadır).  O, 

Məryəm  oğlu  İsadır  ki,  Peyğəmbərlik  və  risalətdə  dünyada,  şəfaət 

və  uca  mərtəbəli  olmaqda,axirətdə  uca  məqam  sahibidir.  O,göyə 

getmək,qeyblə,mələklərlə bir yerdə olmaqla,Allaha yaxın olanlardan-

dır.


Məryəm dedi:”Pərvərdigara,haradan mənim övladım olsun?Bir hal-

da ki, bir nəfər bəşərin əli mənə dəyməmişdir.”

Allah  buyurdu:”Belədir,Allah  istədiyini  yaradar.Bir  şeyi  etməyi 

hökm edən zaman,ona yalnız”ol!”-deyər,o da olar.”



Açıqlama:-Məryəmin  hamiləlik  dövrü  haqqında  müxtəlif 

nəzəriyyələr mövcüddur.Alimlərin bəzilərin bu hamiləlik müddətinin 9 

saat olduğunu və hər saatın 9 aya bərabər olmasını söyləyirlər. Bəziləri 

isə hamiləliyin 6-7- ay arasında olduğunu qeyd edirlər.

Hər halda onun anadan olması ana bətnində olduğu kimi adi olma-

yıbdır.Həmçinin İsanın harada doğulması, Məryəmin xurma ağacının 

yanına getməsi və təzə xurmadan yeməsi barədə də fərqli fikirlər irəli 

sürülür.Mötəbər tarixə görə İsa Beytül-Ləhndə,yəni Beytul-Müqəddəsin 

yanında dünyaya gəldi.İndi də həmin şəhərdə bu adda əzəmətli və gözəl 

bina vardır.

Dünya xristianları oraya ziyarətə gəlirlər.Bütün bu işlərin hamısı,qeyri-

adi yolla və möcüzə ilə baş vermişdir. Bu heç də təfəkkürdən uzaq bir 

məsələ  deyildir.Allahın  hədsiz  qüdrəti,  Peyğəmbərlərin  və  ilahi  övli-

yaların möcüzələri,Məryəm və İsanın Allah yanında ki, məqamı bütün 

bunların mümkünlüyünə dəlalət edir. 

Məryəm ananın Hz.İsanı dünyaya necə gətirməsi haqqında Qurani-

Kərimdə belə buyurulur:

Məryəm-15-22-Quranda Məryəmi və onun qissəsini yad et!O zaman 

ki, Beytül-Müqəddəs məscidinin gün çıxan səmtində olan məkanda öz 

ailəsindən ayrılıb xəlvət yer tapdı və o yerdə qurumuş xurma agacının 

altına daxil oldu. İstədi ki ibadət ya qüsl etsin. Özü ilə ailəsinin arasına 

pərdə saldı ki,camaat onu qüsl,ya ibadət edəndə görməsinlər.Məryəmin 

tərəfinə öz ruhumuz olan Cəbraili göndərdik Cəbrail Məryəmə cavan 

oglan,kamil  insan  surətində  göründü.  Məryəm  onu  görüb  dedi:”Mən 

səndən Allaha pənah aparıram.Əgər təqvalısansa mənə toxunma!”

Cəbrail dedi:”Mən yalnız sənin Allahının elçisiyəm!Sənə günahdan 

pak uşaq bəxş etməyə gəlmişəm.”

Məryəm  dedi:”Necə  mənim  oğlum  ola  bilər  ki  mənə  insan  əli 

dəyməmişdir.Nə halal yolla bir adama nigah olmuşam, nə də harama 

yaxın olmuşam. Zinakar da deyiləm.” Hz. Cəbrail dedi:”Belədir doğru 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə