Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə268/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   264   265   266   267   268   269   270   271   ...   292

790

Loğman dedi:”Dünyada zəlil olub,axirətdə əziz olmaq, dünyada əziz 

olub axirətdə zəlil olmaqdan çox-çox yaxşıdır!”

Mələklər onun bu sözlərinə təəccübləndilər.

Allah-taala Loğmana hikmət bəxş edərək buyurdu:”Allaha şükür et! 

Kim  şükr  etsə  ancaq  və  ancaq  özü  üçün  şükr  edər  və  özünə  verilən 

neməti artırar. Hər kəs ki, Allaha kafir olsa,Allah onların şükründən eh-

tiyacsızdır.”

Bir  zaman  Loğman  öz  oğluna  nəsihət  edərək  belə  demişdi:”Ey 

mənim oğlum!Heç kəsi Allaha şərik tutma!Həqiqətən də, Allaha şərik 

tutmaq böyük günahdır.”

Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik.Anası onu çox 

zəif halda daşımışdı.Uşağın süddən ayrılma müddəti iki il olur.Biz insa-

na tövsiyə etdik: ”Mənə, atana, anana şükür et! Qayıdacaq yerin mənim 

tərəfimədir. Namaz qıl, yaxşı işlərə əmr et, pis işlərdən çəkindir.Sənə 

insanlardan üz verən müsibətlərə döz! 



 HZ.ÜZEYRİN HƏYATI HAQQINDA

Üzeyr  (ə.s.)  Hz.Harunun  övladlarından  idi.  Büxdünnəssər  Beytül-

Müqəddəsi yıxdığı zaman İsrail oğullarını Üzeyrin qohumlarını da öl-

dürmüşdü. Lakin o kiçik olduğuna görə ona dəyməmişdir. Onun Tövrat 

oxuduğunu da heç kəs bilmirdi.İsrail oğullarından əsir düşmüş uşaqlar-

la birlikdə onu da Babil torpaqlarına gətirmişdilər. Əsirlər içində Üzeyr 

(ə.s.)ilə birlikdə Daniel (ə.s.) da var idi.

Büxdünnəssər öldükdən sonra və Beytül-Müqəddəsə dönərək Allaha 

iman gətirmişlər.Onlar əsir düşdükləri vaxt Tövrat əllərindən alınmış və 

yandırılmışdı.

Üzeyr  (ə.s.)  40  yaşına  çatdığı  zaman Allah-təala  ona  hikmət  ver-

di.Tövratı  onun  qədər  əzbərləyən  və  bilən  yox  idi.Allahın  saleh 

bəndələrindən  olub,bir  Peyğəmbər  kimi  məşhur  idi.İsrail  oğulları 

Üzeyrdən,Tövratdakı halal və haramları təzədən öyrəndilər və heç kimə 

göstərmədikləri sevgini ona göstərdilər.

Üzeyr  (ə.s.)  ölənə  qədər  onların  arasında  oldu  və  Tövratı  onlara 

yazdırıb öyrətdi.Onun ölumündən sonra İsrail oğulları yenə də yanlış 

inanclara  uydular  və  hətta  Üzeyrə Allahın  oğludur  dedilər.Bu  haqda 

Qurani-Kərimdə belə buyurulur:

ət-Tovbə-30-Yəhudilər  dedilər:”Üzeyr Allahın  oğludur.Bu  onların 

ağzından çıxan sözdür.Onların sözü, keçmişdə kafir olan kəslərin sözünə 

oxşar.Allah öldürsün onları.Necə və hara, haqdan batiləmi dönərlər?”



791

 YÜZ İL ÖLÜ QALIB VƏ SONRA DİRİLDİLƏN KİŞİ

əl-Bəqərə-259-Ya Muhəmməd!Damları çökmüş, divarları uçulmuş 

bir kəndin yanından keçən şəxsin əhvalatını bilmirsən?O şəxs:”Əcaba, 

Allah  bu  kəndi  ölümündən  sonra  necə  dirildəcək?”-demişdi.Belə  ol-

duqda, Allah onu yüz il ölü halında saxladı,sonra dirildərək ondan:”Nə 

qədər yatmısan?” deyə soruşdu.O da:”Bir gün, bəlkə bir gündən az!”-

deyə cavab verdi.

Qurani-Kərimdə də“yüz il ölü qalıb sonra dirildilən kişinin Hz.Üzeyr 

olduğu, ”Peyğəmbərə 40 sual kitabında ” Peyğəmbər (s.ə.s.) tərəfindən 

rəvayət olunmuşdur. Günlərin bir günü Üzeyr Peyğəmbər öz ulağına 

minib Suriyaya gedərkən yolda bir kəndə rast gəlir.Görür ki, kənd bom-

boşdur,  ağacdakı  meyvələr  öz  başına  qalıb.O,  ulağı  bir  ağaca  bağla-

yıb kölgədə oturur.Birdən onun ağlına belə bir fikir gəlir: ”Görəsən bu 

kəndin məskunlaşan günü olacaqmı? Kaş Allah mənə bir qəflət yuxusu 

verəydi, ayılanda görəydim ki,kənd adamla doludur.”

Üzeyr bu fikirlə başını qoyub yatır.Allah-taala Əzrailə əmr edir ki, 

Üzeyrin canını alsın.Əzrail (ə.s.) onun canını alır,cəsədini gözdən uzaq 

bir yerdə gizlədir. Üzeyr ölümündən sonra Büxdün nəssir öldürülür və 

Babilistan və İrəm əyalətlərindən əhali Suriya əyalətlərinə köçürülür.

Ölümündən 100 il keçəndən sonra Allah-taala onu ayıldır. Gözlərini 

açanda görür ki, kənd adamla doludur.Gördüklərindən heyrətə gəlmiş 

Üzeyr, Allaha şükür edir və deyir:”Şükr olsun Allaha bu kəndi bir iki 

saata belə məskunlaşdırdı. Əgər gözlərim məni aldadırsa,deməli mənə 

nə isə olub.”

Bu sözləri deyəndən sonra Üzeyr ulağına baş çəkmək istəyir. Görür 

ki, ulağı yoxdur və yerində ancaq sümükləri qalmışdır.Elə həmin anda 

Üzeyr gözləri qarşısında, sümüklər birləşir,sümüklərə ət-qan gəlir, ulaq 

dirilib,örüşə qaçır.

Bu vaxt Cəbrail (ə.s.) nazil olub soruşur:

-Üzeyr!De görüm nə vaxtdan burada yatırsan?”

Üzeyr günəşə baxaraq deyir:”Bir gün olar.”

Cəbrail (ə.s.):”Səhvin var!-deyir.Burada yatdığın vaxtdan yüz il ke-

çir.Sən ölmüşdün və Allah-taala səni təzədən diriltdi.”

O  ətrafına  baxıb  görür  ki,  ağaclar,  meyvələr  yenə  elə  əvvəlki 

kimidir.O, Allaha təzim edərək deyir ki,həqiqətən də Allah hər şeyə qa-

dirdir.Sonra o,ulağa minib şəhərə yollanır və şəhərdə köhnə tanışların-

dan heç kəsi görmür.Evinə tərəf gedəndə görür ki, qapının ağzında bir 

qoca qarı əyləşmişdir.Qadından soruşur:”Üzeyrin evi buradırmı?”



792

Qadın cavab verir ki, sən Üzeyri haradan tanıyırsan? O,100 il bun-

dan qabaq ölüb.

Üzeyr başına gələnləri qadına danışır.Qadın deyir ki, əgər sən doğru-

dan da Üzeyrsənsə dua et ki, mənim gözlərim acılsın.

Üzeyr  əlini  qadının  gözlərinə  sürtərək Allaha  dua  edir  və Allahın 

hökmü ilə qadının gözləri açılır. Qadın Üzeyri tanıyır və onun qulluq-

çusunun qızı olduğunu deyir.

Üzeyr ondan övladlarını soruşur.Qadın çölə çıxıb səs salaraq cama-

atı çağırır.Üzeyrin övladları da gəlib onu tanıyaraq görüşürlər.O zaman 

onun  40  yaşı,  övladlarının  isə  120  və  ondan  daha  artıq  yaşları  olur.

Üzeyr  (ə.s.)  başına  gələnləri  onlara  danışır.  Övladları  ilə  birlikdə  bir 

müddət ömür sürür və öz əcəli ilə vəfat edir. 

 HZ.ZÜLQƏRNEYNİN HAQQINDA

Zülqərneynin  Peyğəmbər  adı,soyu  və  Peyğəmbər  olub-olmaması 

haqqında  ixtilaflar  vardır.Onun  haqqında:”Həm  nəbi,həm  rəsul  idi.”-

deyənlər olduğu kimi:-“Xeyir!O, rəsul olmayan bir nəbi idi. Rəsul ol-

mayan bir nəbi olması haqqında: “İnşaallah bu səhihdir”-deyənlər də 

vardır.


Həzrət Əliyə görə isə:“Zülqərneyn nə bir nəbi idi, nə də bir rəsul idi. 

Lakin Allahın saleh bir qulu idi ki, Allahı sevmiş,Allah da onu sevmış-

di.”

Ona Allah tərəfindən hər cür imkanlar bəxş edilmişdi.O,yer üzünün 



hər tərəfini gəzib dolaşmışdı.

Hz. Əlidən soruşanda ki, Zülqərneyn yer üzünün hər tərəfini dolan-

mağı üçün o gücü haradan almışdır? Hz. Əli belə demişdi:

-“Buludlar ona yol gösrərir.Yollar onun üçün düzəlir.Nurlar onun yo-

lunu işiqlandırır.Onun üçün gecə-gündüz bir olurdu.”

 

QURANİ-KƏRİMDƏ ZÜLQƏRNEYN HAQQINDA

 Kəhv-83-100-Ya Peyğəmbər!Səndən İsgəndər Zülqərneyn haqqın-

da soruşarlar.De ki, tezliklə ondan sizə bir xəbər deyərəm.

Onun ləqəbini “Zülqərneyn” olması barədə bir neçə söz vardır. On-

lardan biri də budur ki, iki əsr Padşahlıq etdi, şərq və qərbə hakim oldu. 

Buna görə də “iki qərn(əsr)sahibi”adlandı.Yaxud başının iki tərəfinin 

əti  buynuz  kimi  uca  idi.Bu  qədim  yunan  məm ləkəti  Makidoniya-

lı İsgəndər ibn Filqusdur. Əvvəl kiçik Padşahlara qələbə çalıb,yavaş-



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə