Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə282/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   278   279   280   281   282   283   284   285   ...   292

828

landı),  İ.Nəsimi(Abbasi  xəlifələri  tərəfindən  haqq  söz  üstündə  dəris 

soyuldu),  XII  yuzillikdə  Nizami,  Xaqani  Şirvani(1126-1199),  Bəsiri, 

Hamidi, Kişvəri, Şeyx Mahmud Şəbüstəri (1287-1320) Həbibi (1470-

1475)  Ş.İ.Xətai,  Seyid  Əzim    Şirvani  (1835-1888)  Cuneyd  Bağdadi 

(820-910), Əbulqasım Quşeyri (?- 1072),Muhyəddin ibn Ərəbi (1165-

1270),  Movlana  Cəlaləddin  Rumi  (1207-1273)  və  XIII-XIV  Həsən 

Bəsri, Nəsrəddin Tusi (1201-1274),Əvhədi Marağiyi (1274-1338),M.

Şəbustəri (1287-1320) Əbu Hamid Qəzali (Xorasan-1059-1111) və bir 

çox dahilər olmuşlar Məlum olduğu kimi bütün İslam ölkələrində irfan 

elmini almış alimlər, təriqətindən asılı olmayaraq, bu elmin banisinin 

Əli(ə.s.) olduğunu danmırlar. Buharinin.Timtizinin movlana Furatinin 

əsərlərində, həmçinin Movlana Əbu Həmid Qəzzalinin dördcildlik ”İh-

yaül-ulum”, Rəziyyüddin Əbu Nəsrin “Məkarimül-əxlaq”, Məhəmməd 

Mehdi  ibn  Əbuzər  Nərada nin  “Camiuz-səadət”,  Məhəmməd  Vaizin 

“Əbvabul-cinan” kitabında,Əbu Məhhuz Məruf Kərxi və digər alimlər 

də öz kitablarında bu elmlərin banisinin Hz.Əli olduğunu və bu elmlərin 

onun övladları vasitəsi ilə çatdırıldığını bildirirlər.

Təsəvvuf  elminin  banisi,  bütün  Movlanələrin  bəhrələndiyi  elm 

mənbəyi Əli (ə.s.) və onun övladlarının elmləridir.

  Bu  gün Azərbaycanın  1000  ilə  yaxın  tarixini  əhatə  edən  sufizm 

və  hurufizm  dövrünü  və  bu  cür  dahilərin  yetişdirildiyi  bir  zamanın 

üzərindən  sufilər-hurufilər  deyərək,  bəyənməyib  xətt  çəkmək,  bütün 

gələcəyimizin üzərindən,həm də əsasını Təsavvuf elmi təşkil edən İs-

lam  dinin  üzərindən  xətt  çəkmək  deməkdir.  Bəzi  müəyən  qüvvələrə 

xidmət edən insanların Azərbaycanın böyük sərkərdələrini, şairlərini, 

bir sözlə keçmiş dahilərini,şiə məssəbindən və ya sufi-hurufu olduqları 

üçün müxtəlif bəhanələrlə şərləyib,gözdən salaraq ümümxalq müzakirə 

hədəfinə  çevirmələri  böyük  bir  xalqın  mənəviyyatını  təhqir  etmək 

deməkdir.Allah  tərəfindən  seçilib,  gözəl  təbiətə  malik  olan  bu  tor-

paq əsrlər boyu neçə-neçə mütəfəkkirlər, dahilər, alimlər ,sərkərdələr, 

şairlər, sənətkarlar və qeyri-adi qabilyyətə malik olan insanlar yetişdir-

mişdir. Elə bu gündə bu torpaqda yaşayan insanlar çox bacarıqlı elmli, 

ruhani və ülvü duyğulu qeyri-adi istedada malik insanlardır və Uca Al-

lah ən düzgün dini və təriqəti də bizlərə nəsib etmişdir. 



 

AZƏRBAYCANDA İSLAM 

VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan İs-

lam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Azərbay canın 



829

İslamlaşması da erkən İslam fütuhatları ilə hicrətin 18-ci ilindən (639-

ci il) başlanır.Azərbaycanlı İsfəndiyar ibn Fərruxzad ərəblərə məğlub 

olub  sülh  müqaviləsini  həmin  il  bağlamışdı.  Ərdəbil, Təbriz,  Naxçı-

van, Beyləqan, Bərdə, Şirvan, Muğan, Aran fəth edilir, ərəblər Xəzər 

sahili boyu Dərbəndə kimi gəlirlər.Şəhərin istehkamları onları heyran 

qoyur və onlar şəhəri “Bab əl-Əbvab” adlandırırlar.Tarixçi Bəlazurinin 

məlumatına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə 

(656-661) Azərbaycan əhalisinin əksəriyyəti İslamı qəbul etmişdi. Şi-

malda bu proses bir qədər uzun çəkmişdir. İslamın yayılması çox yerdə 

sülh yolu ilə (sülhən), bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata 

keçirilirdi.Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə İslamı qəbul etmək 

təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və “evlərində otu-

rurdular”, yəni müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər; 

döyüşlərdə  iştirak  edənlərə  hərbi  qənimətlərdən  pay  düşürdü;  İslamı 

qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyirdilər,cizyə ödəyənlər 

müsəlmanların  himayəsi  altında  olurdular;İslamı  qəbul  etməkdən 

imtina  edən  bütpərəstlər  və  ya  cizyə  ödəmək  istəməyən  kitab  əhli 

müsəlmanlarla  döyüşməli  olurdular.  Azərbaycanda  İslamlaşmanın 

konkret formaları haqqında fikir yürütmək bir qədər çətindir, çünki bu 

məsələ indiyədək öyrənilməmiş qalır.Hər halda bu mürəkkəb prosesin 

bəzi mərhələlərini fərqləndirmək olar. 

Birinci  mərhələ  kimi VII  əsrin  ortalarından VIII  əsrin  əvvəllərinə 

qədər davam edən İslam fütuhatları dövrünü götürmək olar.Bu mərhələ 

705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini 

(avtokefallığını) itirməsi ilə bitir. Akademik Z.Bünyadovun göstərdiyi 

kimi, bu mərhələnin sonunda İslam Azərbaycanda hakim din olur,onu 

öz  imtiyazlarını  qorumaq  üçün  ilk  növbədə  və  qeydsiz-şərtsiz  yuxa-

rı  sinif  adamları  qəbul  edirlər. Yeni  din  tacir  və  sənətkarlar  arasında 

yayılır,çünki  ərəblər  bu  siniflərə  güzəştlər  edirdilər.Bu  mərhələdə 

məscidlər tikilmir,qədim məbədlər və İslamlaşma nəticəsində istifadəsiz 

qalmış kilsələr məscidlərə çevrilir, qəbilə-tayfa şüurunun dini şüurdan 

üstünlüyü qorunub saxlanılırdı.

İkinci  mərhələ  VIII  əsrin  əvvəllərindən  Qərbi  İranda  və  İraqda 

Büveyhilərin  hakimiyyət  başına  gəlməsinə  qədərki  dövrü  əhatə  edir.

Azərbaycan  ərazisində  müstəqil  Şirvanşah  Məzyədilər  və  Səcdilər 

dövlətləri yaranır.Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir,yəhudilik 

mövcudluğunu  qoruyub  saxlayır,  Alban  kilsəsi  müstəqilliyini  bərpa 

edir.Bu dövrdə İslama mənsubluq şüuru güclənir, amma etnik köklərlə 

bağlı  şüur  tamamilə  itib  getmir.Bunu Abbasilərin  hakimiyyətinin  ilk 




830

dövrlərindən başlanan şüubilik hərəkatında izləmək mümkündür.Babək 

hərəkatı (816-838) buna ən parlaq misaldır.Sərhəd məntəqələrində İs-

lam  təsəvvüfü  təşəkkül  tapır.Dağ  rayonlarında  ifrat  şiəlik  fəallaşır.

Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə 

edir.Bu  dövrdə  mötədil  şiəlik  Azərbaycanda  yayılmağa  başlayır  və 

Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri apa-

rıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu döv-

rün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki 

xanəgahdır.

Dördüncü  mərhələ Səlcuqilər dövrü  (XI  əsrin ortaları - XIII  əsrin 

ortaları) ilə bağlıdır.Bu  mərhələdə sünnilik bölgədə güclənir,  şiəliyin 

mövqeləri  zəifləyir.Şafii  məzhəbi  aparıcı  məzhəb  olur.Sufi  təriqətləri 

geniş yayılır.Azərbaycan Atabəyləri və Şirvanşahlar İslamı xristianların 

təzyiqindən qoruya bilirlər.

Beşinci  mərhələ  monqol  istilaları  dövrünü  (XIII  əsrin  I  yarı-

sı  -  XV  əsrin  II  yarısı)  əhatə  edir.  Bu  dövrdə  sufilik  geniş  yayılır.

Hürufilik  güclənir.Onun  banisi  Fəzlullah  Nəimi  (vəfatı  -  1394)  idi. 

Əbülhəsən  Əliyyül-Əla  və  şair  Nəsimi  (vəfatı  -  1417)  hürufiliyin  ən 

nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar.Bu dövrdə sufi xəlvətiyyə 

təriqətinin  ikinci  piri  Seyyid Yəhya  Şirvani  Bakuvi  Xəlvəti  (vəfatı  - 

1464) çox məşhur olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsənin qar-

daşlarından biri xəlvətiyyə şeyxi Dədə Ömər Rövşəninin (vəfatı - 1487) 

ardıcıllarından idi. İbrahim bin Məhəmməd Gülşəni (vəfatı - 1534) XV 

əsrin ikinci yarısında xəlvətiyyənin bir qolu kimi gülşəniyyə təriqətinin 

əsasını qoyur. Sonralar bir çox sufi təriqətləri, o cümlədən nəqşbəndiyyə 

Azərbaycana və Azərbaycan vasitəsilə Şimali Qafqaza nüfuz etmişdir.

Altıncı  mərhələ  səfəvilərin  (1501-1786)  və  XVI  əsrdən  etibarən 

Osmanlıların  (1281-1924)  hakimiyyəti  dövrü  ilə  bağlıdır.  Səfəvilər 

şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zo-

laqlı əmmamə bağlayırdılar.Buna görə də onlar “qızılbaşlar” adlanırdı-

lar. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar Azərbaycanda sünni 

hənəfi  məzhəbini  yayırdılar.Azərbaycanın  Rusiya  imperiyasına  ilhaq 

edilməsindən sonrakı dövrdə ölkənin İslamlaşmasının yeni mərhələsi 

kimi  nəzərdən  keçirilə  bilər.Bu  mərhələnin  ən  səciyyəvi  xüsusiyyəti 

hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək 

məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qurumu 

yaratmaq siyasəti ilə bağlıdır. Rus çarının 29 noyabr 1832-ci ildə Sena-

ta göndərdiyi məktubda Zaqafqaziya müsəlmanlarının dini işlər idarəsi 

barədə  əsasnamə  hazırlanması  təklif  olunurdu.  Lakin  hazırlanmış 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə