Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə284/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   280   281   282   283   284   285   286   287   ...   292

833

bağlı məsələlərini tənzim edir.Hazırda bu idarə Qafqaz Müsəlmanları 

İdarəsi kimi dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir və İslam 

təmayüllü digər dini icmaların tarixi mərkəzi hesab olunur. Halhazırda 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülİslam Allahşükür 

Paşazadə təkcə bölgə deyil, dünya miqyasında tanınan, nüfuzlu din xa-

dimi olaraq 30 ildən artıqdır ki, Qafqaz və Azərbaycan müsəlmanlarının 

dini lideridir. 



 MÜASİR AZƏRBAYCAN DÖVLƏTİ HAQQINDA QISA 

MƏLUMAT

Azərbaycan  və  ya  rəsmi  Azərbaycan  Respublikası  -Avrasiya-

nın  Qafqaz  regionunda  ən  böyük  ölkə.  Cənubi  Qafqazda, Avropa  və 

Mərkəzi Asiyanın kəsişməsində olan Xəzər dənizi hövzəsində yerləşir.

Azərbaycan  şərqdə  ilk  demokratik  və  dünyəvi  dövlət  qurmuşdur. 

Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi 

və unitar dövlət olub, etnik türk və müsəlman çoxluğuna sahib ölkədir. 

Azərbaycan altı müstəqil türk dövlətindən biridir. Respublikanın 158 

ölkə ilə diplomatik münasibəti vardır, 38 beynəlxalq təşkilatın üzvüdür.

Azərbaycan  GUAM  və  Kimyəvi  silahdan  istifadə  qadağa-

sı  təşkilatlarının  təsisçilərindən  biridir.  1993-cü  ilin  sentyabrından 

Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan 

BMT-nin  yeni  yaradılan  insan  haqları  komitəsinə  üzv  seçilib. 

Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan 

həmçinin  BMT,  ATƏT,  Avropa  Şurası  və  NATO-nun  sülh  naminə 

tərəfdaşlıq  proqramının  üzvüdür.  Bundan  əlavə  ölkə  Birləşməyənlər 

Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İtti-

faqında müşahidəçi statusuna malikdir.

Əhali-2011-ci il iyul ayına olan rəsmi məlumata əsasən Azərbaycan 

əhalisinin sayı 9,165,000 nəfər olmuşdur.Əhalinin 53,1 %-ni (4,866,615 

nəfər)  şəhər,  46,9  %-ni  (4,298,385  nəfər)  isə  kənd  sakinləri  təşkil 

edir  O  cümlədən,  əhalinin  51  %-ni  (4,674,150  nəfər)  qadınlar,  49 

%-ni (4,490,850 nəfər) kişilər təşkil edir. 2010-cu ildə əhalinin artım 

göstəricisi 1,3 % olmuşdur.

Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir:əhalinin ümumi 

sayından 23 % 0-14 yaşda, 69 % 15-64 yaşda, 8 % isə 65 və yuxarı 

yaşda olanlardır. Əhalinin 29 % 18-34 yaşda olan gənclərdir, onların 

yarıdan  bir  qədər  çoxu  şəhərlərdə  yaşayır.  Əhalinin  orta  yaşı  31  yaş 

təşkil edir. 



834

Din-Azərbaycanın  dinləri  ölkənin  indiki  ərazisində  yaşayan  xalq-

lar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmuəsindan 

ibarətdir.  Azərbaycan  Respublikasında  müxtəlif  dini  konfessiyalar 

fəaliyyət  göstərir.  Ən  geniş  yayılmış  din  İslamdır. Azərbaycanlıların 

96%-i  müsəlmandır,  ondan  85%-i  şiə,  15%-i  sünni  məzhəbinə 

məxsusdur. Digər dinlər bunlardır: xristianlıq və iudaizm. Xristianla-

rın əksəriyyəti rus pravoslav və gürcü pravoslav kilsəsinə məxsusdur. 

Yəhudilərin çoxu dağ yəhudiləri və əşkinazi yəhudiləridir.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanu-

nu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə 

etmək hüququnə və həmin hüququ həyata keçirməsinə təminat yaradır.

Dil:-Azərbaycan Respublikası əhalisinin gündəlik ünsiyyət vasitəsi 

və rəsmi dövlət dili Azərbaycan dilidir.

Azərbaycan dili İran İslam Respublikasında Cənubi Azərbaycanda 

yaşayan 35 milyonluq Azərbaycanlının da ana dilidir.Rusiyada, Ame-

rika Birləşmiş Ştatlarında, Türkiyədə və Qərbi Avropa ölkələrində bir 

neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif 

ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə ya-

şamalarından asılı olmayaraq, Azərbaycanlılar bir-birlərini sərbəst an-

layırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 

milyondan çox adam yaşayır.

Azərbaycan  dilinin  fonem  tərkibində  15  sait  və  25  samit  var-

dır.  Bu  40  fonem  Azərbaycan  əlifbasında  32  hərflə  işarə  edilir.Ha-

zırda  Azərbaycanda  latın  qrafikası  əsasında  yaradılmış  Azərbaycan 

əlifbasından istifadə edir.

İqlimi:-Ölkənin  relyefi  kimi  iqlim  şəraiti  də  çox  müxtəlifdir.  Bu 

müxtəliflik ilk növbədə Azərbaycan ərazisinin mülayim və subtropik 

iqlim  qurşaqlarının  qovuşduğu  sahədə  yerləşməsi  ilə  əlaqədardır.  İq-

lim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiya-

sı daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz 

və  okean  cərəyanları  və  s.  amillər  də  iqlim  əmələ  gəlməsinə  böyük 

təsir göstərir.Bu amillər birlikdə iqlimin əsas ünsürlərinin - tempera-

tur,  rütubət,  külək  və  sair.  paylanmasını  müəyyən  edir.  Azərbaycan 

Respublikasının  əksər  ərazisi  subtropik  iqlim  qurşağında,  yalnız  Bö-

yük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir.

Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik 

Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qar-

şısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqli-

minin mülayimləşməsinə təsir göstərir.




835

Ərazisi:-Azərbaycan Respublikasının ərazisi - 86,6 min km² (11,5% 

meşələr,  1,6%  su  hövzələri,  50,0%  becərilən  torpaqlar,  o  cümlədən 

27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir.

Ölkə 39° 24’, 41° 54’ şimal en dairələri arasında və 44° 46’, 50° 45’ 

şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir.

Sərhədlərinin  ümumi  uzunluğu  3472  kilometrdir.  Bunun  825  ki-

lometri  su  sərhəddidir.  Cənubdan  İranla  765  km,  Türkiyə  ilə  15  km 

(bəzi  məlumatlarda  13  və  ya  11  km.),  şimaldan  Rusiya  ilə  391  km, 

şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km 

həmsərhəddir. Sahil xəttinin uzunluğu - 713 km, Bakıdan şimal qütbünə 

qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-

dir.

Azərbaycan  Respublikası  Cənubi  Qafqazın  şərq  hissəsində,  Xəzər 



dənizinin qərbi sahilində yerləşir.Dəniz səviyyəsindən ən ucqar nöqtə 

Bazardüzü  (4466  m.),  ən  aşağı  nöqtə  isə  (-28  m.)  Neftçala  rayonu 

ərazisindədir. Orta yüksəklik 657 m-dir. 

İşğal  altında  olan Azərbaycan  şəhərləri:-  Şuşa,  Kəlbəcər, Ağdam, 

Ağdərə, Xocalı, Xocavənd, Füzuli, Laçın, Zəngilan, Cəbrayıl, Qubad-

lı, Əsgəran. Paytaxtı:-Bakı Abşeron yarımadasının cənubunda, Xəzər 

dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 

3  milyona  yaxındır.  Bundan  başqa  hazırda  Bakı  şəhərində  erməni 

qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasın-

dan qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.



Şuşa yurdumun qədim şəhəri.

Hələ öndədir nurlu səhərə.

Yollarımıza dikilib gözü

 İsa bulağı gözləyir bizi. 

 Darıxm,Şuşa,hələ biz sağıq,

 Mütləq qoynuna qayıdacağıq.

Bakı  özündə  11  inzibati  rayonu,  5  şəhər  tipli  qəsəbəni  birləşdirir. 

Dağlıq Qarabağın Erməni mənşəli əhalisini provakasiya edən erməni 

seperatçılarının  müstəqillik  tələbləri Azərbaycanla  qonşu  Ermənistan 

arasında 1989-cu ildən bəri davam edən silahlı münaqişəyə səbəb ol-

muşdur.Hal-hazırda  Dağlıq  Qarabağ  və  ona  bitişik  rayonlar  Ermə-

niştanın işğalı altındadır. İşğal altında olan ərazi Azərbaycanın ümumi 

ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə nəticəsində Dağlıq Qa-

rabaq və 7 ətraf rayonun 1 000 000-a yaxın Azərbaycanlı əhalisi öz ya-



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə