Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə280/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   276   277   278   279   280   281   282   283   ...   292

823

Abbasilər  hakimiyyətə  gəldikdən  sonra  Əməvilərdən  də  betər 

Azərbaycandan  müntəzəm  olaraq  pul,  var-dövlət  tələb  edir,  qarət 

etdikləri xalqın sərvətini cah-cəlallarına, dəbdəbəli gün-güzəranlarına, 

təm-təraqlı, təntənəli ziyafət məclislərinə, dəsgahlı zinət əşyalarına is-

raf edirdilər.Eyş-işrət içində yaşayan bu insanlar, vətəni işğal, xalqı ta-

lan edilən, yoxsulluq və qəm-qüssə içində yanıb-yaxılanların azadlıq 

mübarizəsindən hiddətlənirdilər. Abbasi xəlifəsi Məmun bütün iyirmi 

illik hökmranlığı ərzində Xilafətdə işi yalnız çoxlu üsyanları yatırtma-

dan ibarət olsada, çox böyük bir ərazi tutan xürrəmilərə qarşı heç bir 

iş görə bilmədi.Xəlifə Məmun 833-cü il 7 avqustda ölümündən sonra   

qardaşı Mötəsimi (Əbu İshaq Məhəmməd ibn Harun ər-Rəşidi) taxta 

vəliəhd  təyin  edərək,  ona  vəsiyyətnamə  qoyur.  Bu  vəsiyyətnamənin 

başlıca maddəsi xürrəmilərə qarşı müharibəyə başlıca diqqət vermək 

sərəncamı idi:”Xürrəmilərə gəlincə, onlara qarşı müharibəyə qətiyyətli 

və rəhmsiz bir adam göndər, ona səbrlə pul, silah, atlı və piyada qoşun-

la kömək et. Əgər onların vaxtı uzun çəksə, sən özün öz tərəfdarların 

və yaxın adamların ilə onların üstünə get”(Ət-Təbəri, III, 1163; İbn əl-

Əsir, VI, səh. 158)

833-cü  il,  10  avqustda  Mötəsim  xəlifə  elan  edildikdən  sonra 

xürrəmilərə qarşı mübarizənin yeni mərhələsi başladı.Yeni xəlifə taxta 

çıxan kimi birinci növbədə öz sələfinin vəsiyyətinə əməl etməyi qərara 

aldı. O, xürrəmilərə qarşı müharibəyə ciddi hazırlıq görməyə başladı, 

O, bu iş üçün heç bir şeyi əsirgəmədi. Buna görə xürrəmilərə qarşı onun 

qoşunlarının ilk hücumu müvəffəqiyyətlə nəticələndi.

Tarixdə Babəkin məğlub edilməsi üçün verilən ənam heç bir igidin, 

sərkərdənin,  hətta  hökmdarın  məğlub  edilməsi  üçün  verilən  mükafat 

qədər olmayıb.

Əcəm  əl  Kufinin  yazdığına  görə  Möhtəsim  Babəkin  tutulması-

na    bais  olan Aşotun  nəvəsi  Səhlə  bir  milyon  dirhəm,  qiymətli  daş-

qaşla  bəzədilmiş  kəmər,  oğluna  100  min  dirhəm  verib.  Afşinə  isə 

hədiyyələrdən əlavə ata mindiyi hər gün üçün 10 min, minmədiyi gün 

üçün 5 min dirhəm mükafat vermiş, başını tacla bəzəmiş, şahanə ge-

yindirib-keçindirmiş, üstünə küllü miqdarda birilliant səpmişdir. Xatır-

ladaq ki, Afşin Babəklə iki il, beş ay və bir neçə gün döyüşüb. (Fəth 

kitabı, “Elm”, Bakı, 1981, səh.78.)

Nizam əl Mülk Babəkin qətli haqqında belə deyir: O, Möhtəsimin 

suallarına  cavab  vermədi.  Möhtəsim  onun  əllərinin  və  ayaqlarının 

kəsilməsini əmr etdi. Babəkin bir əlini kəsəndə, o biri əlini qana batırıb, 

üzünə sürtdü və üz-gözünü qızartdı.




824

Möhtəsim onu söydü və dedi:- Nə üçün belə etdin? Cavab verdi” 

üzümü ona görə qana buladım ki, bədənimdən qan axıb gedən zaman, 

üzümün rəngi solacaq, adamlar mənə baxanda elə biləcəklər ki, ölümün 

qorxusundan rəngim qaçıb. 

Möhtəsim ondan yenə soruşdu: “Öldürürdün, ölmək asandırmı?!” O, 

cavab verdi: -azadlıq uğrunda “ölmək nə qədər də asandır!” 

Bundan sonra Möhtəsim deyib ki, Babək çox zirək, möhkəm iradəli 

və müharibə işlərində misilsiz şəxs idi. İnadkar, təhlükəli adam olma-

saydı  onu  əhv  edib,  xidmətlərindən  faydalanmaq  olardı.  (Nizam  əl 

Mülk,  “Siyasətnamə”,  SSRİ    EA-nın  nəşiriyyatı,  Moskva-Leninqrad, 

1949, səh. 227.)

ət-Təbərinin  verdiyi  məlumata  görə:Xürrəmilər(778–838)  üsyanı-

nın  darmadağın  edilməsi,  Babəkin  və  onun  tərəfdarlarının  Samirədə 

dəhşətli surətdə edam edildi. 

  Babəkin 20 ilə yaxın zəfər dolu həyatı haqqında son dərəcə cüzi 

və  yanlış  məlumatlar  verən  ərəb  tarixçiləri  Həmədan  yaxınlığında-

kı məğlubiyyətindən onun qətlinədək qısa müddətdəki uğursuzluq və 

məğlubiyyətləri  haqqında  fərəhlə  cild-cild  kitablar  yazıblar.  Halbuki 

deyilənə görə Babək xilafətin işğalçı ordusunu 14 böyük döyüşdə dar-

madabın edərək qaçmağa məcbur etmişdi. Babək ömrünün tən yarısını 

- 21 ilini (816-837) Vətəninin işğaldan təmizlənməsi, xalqının azadlığı, 

insanların bərabərliyi uğrunda mübarizəyə həsr etmişdir. Onun yarat-

dığı Azərbaycan kəndli dövləti, möhtəşəm Roma imperiyası tərəfindən 

tanınmışdı.Babək Azərbaycan xalqının milli azadlıq mübarizəsinin ilk 

bayraqdarı, müstəqil, bütöv Azərbaycan dövlətinin ilk lideri və şəhididir.

Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il sentyabrın 6-da Bakı 

şəhərində görkəmli sərkərdə Babəkin abidəsinin ucaldılması haqqında 

sərəncam imzalayıb., Dövlət başçısı xalqımızın çoxəsrlik zəngin tarixinə 

adları qəhrəmanlıq rəmzi kimi həkk olunmuş görkəmli şəxsiyyətlərin 

xatirəsinin  əbədiləşdirilməsinin  gənc  nəslin  vətənpərvərlik  ruhun-

da  tərbiyə  edilməsində  əhəmiyyətini  nəzərə  alaraq  paytaxtda  böyük 

Azərbaycan  sərkərdəsi  Babəkin  abidəsinin  ucaldılmasını  qərara  alıb. 

Düşünürəm ki bu abidə xalqımızın şərəfli tarixini, böyük şəxsiyyətini 

ləkələyənlərə ən mükəmməl cavabdır

 

 SUFİZİM VƏ HURİFİZM HAQQINDA QISA MƏLUMAT

Nubuvvət  (Peyğəmbərlər)  fəlsəfəsini,  Quranı  və  İslam  qaydaları-

nı dərindən öyrənərək yetişən sufizm və hurufizm etiqadınin yaranma 




825

səbəbləri  Əməvilərin  və  Abbasilərin  hakimiyyəti  dövründə  İslamda 

ədalət və bərabərlik prinsipinin pozulması olmuşdu. Sufilər Əhli-beytin 

sadə həyat tərzi, zöhd, təqva, təvəkkul, ixlas, şəriət qaydalarına durust 

əməl  edərək, Tanrı  eşqi  ilə  yaşamaq,  nəfslə  mubarizə  yollarını,  yəni 

təsəvvufun ilkin qaynaqlarını yaratdılar. Təsəvvuf elminin banisi Fiqh 

(şəriət) elminin əsası və təməlini qoymuş, ilahi elmlərə dərindən bələd 

olmuş, irfan, qiraət və təfsir alimlərinin müəllimi Hz.Əli olmuşdur. O 

“Allahın şiri” ləqəbini almış böyük bir sərkərdə, həm də səbir və həlimlik 

dəryası  idi.  O,  səxavət  mənbəyi,  ən  gözəl  güzəşt  edən,  günahlardan 

keçən idi. O kamil, zahid, abidlər abidi və ilahi qanunların gözətçisi 

idi.Elə  ilk  hürufi  də  Peyğəmbər(s.ə.s.)  tərəfindən  gizli  elmlərin  bəxş 

eildiyi  Hz.Əli  olmuşdur.  Hüruf  sözü  ərəb  dilində  “hərflər”  mənasını 

verir.  Ərəbistanda  hələ  islamdan  əvvəlki  dövrlərdə  əlifba,Yahudi  və 

Xristyanlar tərəfından istifadə edilən əbcəd sistemindən ibarət idi.İs-

lamın ilk vaxtlarında, hətta bir əsrə qədər müddətdə belə bu hərflərdən 

istifadə edilmiş, sonradan isə yavaş-yavaş tərk edilmişdi. 22 hərfdən 

ibarət olan “Əbcəd sistemi”nə sonradan “pəltək sə”, zəl, sadə hə, zə,və 

qalın dad, ğayın “kimi hərflər əlavə edilərək Ərəb əlifbası yaradılmış və 

Ərəb hərfləri 28 ədəd olmuşdur.Lakin “Əbcəd hesabı”ndan, bir “hesab-

lama” riyazi sistem kimi tarix boyunca istifadə edilmiş, indi də istifadə 

edilməkdədir.  İslam  aləmində  hərflərin  bəzi  xüsusiyyətlərə  malik  ol-

duğu inamı çox qədimdir. Bu mənada Qurani-Kərimin 114 surəsindən 

29 surəsi müqəttəə adlanan hərflər ilə başlayır. Müqəttəə hərfləri ərəb 

əlifbasında olan 28 hərfin 14-ü ilə səslənir.Quranın nazil olmasından 14 

əsr vaxt keçməsinə baxmayaraq, müasir elm hələ də bu hərflərin hikmət 

və  mənalarını  öyrənə  bilməmişdir.  Hurufilər  Hz.Əlinin  Cəfr  elminə 

və  Əbcəc  hərflərinin  mənasinin  acıqlanmasına,  Quranın  hərf  sistemi 

vasitəsilə  izah  olunmasına  əsaslanırlar.  Hürufilikdə  Quranın  təvili  və 

yozumu saylar üstündə qurulmuşdur. Bu təriqət şiə təmayüllü olsa da, 

yaranışından etibarən istər şiə, istərsə də sünni məzhəbinin daşıyıcıları 

arasında tərəfdar tapmış, xüsusilə təsəvvüf vasitəsi ilə digər təriqətlərə 

təsir etmişdir. Ərəb ölkələrində də hurufulər çox olmuşdur.Azərbaycanda 

olan hurifilər Nəimi, Nəsimi və onların tərəfdarları Hürufilik sisteminin 

hökmlərinə riayət edərək, İslam ehkamlarına kor-koranə itaət etməyin, 

İslamı öyrənmədən onun tələblərinə əməl etməyin, dinləri qarşı-qarşıya 

qoymağın, birini digərindən üstün saymağın əleyhinə idilər.

Əqidələri isə: Allahın bütün yaratdıqlarında Özünün təcəlla etməsi, 

(zərrəsi  olması),  Adəm  peyğəmbərlə  başlayan  Peyğəmbərlik  dövrü-

nün  Məhəmməd  peyğəmbərlə  başa  çatması,Əli  ibn  Əbu Taliblə  baş-




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə