Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə288/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   284   285   286   287   288   289   290   291   292

845

sanlar heç nə bilmirik. Allahın yaratdıqlarını, onun qüdrət və kamalını 

düşündükcə bunu bir daha özünə sübut edirsən. Əsas məsələ isə bizlərin 

Allahımızı və özümüzü tanımağa çalışmağımızdır. 

 İndi isə Rəhman və Rəhim Allaha şükürlər edib, öz təşəkkürümü 

bildirmək  istəyirəm.  Çünki  başa  düşürəm  ki,  əgər  Allah-taa-

la  buyurub“Ol!”deməsəydi,  bu  gün  bu  kitabı  oxuya  bilməzdik.  Bu 

səbəbdən də bizi yaradıb və qismət etdiyi hər şeyə görə Qadir Allaha 

min şükürlər olsun!

Həmçinin ikinci ali təhsil aldığım, Hacı Sabir Həsənlinin rəhbərlik 

etdiyi İslam Universitetinin müəllim kollektivinə mənə verdikləri düz-

gün  təhsilə  görə  təşəkkür  edirəm.Yəni  bu  Universitetdə  təlim-təhsil 

məramı dünya və dini elmləri öyrətməklə yanaşı insanlar, firqələr ara-

sında heç bir fərq qoymayaraq Allahın bizlərə bəxş etdiyi sonuncu, ka-

inatın dini olan İslamın birliyinə yönəldilmişdir. Mən inanıram ki, bu 

Universitetdə təhsil alan bütün tələbələrin qəlbinə Allaha, İslam dininə, 

cəmiyyətin  bütün  üzvlərinə,  həmçinin  Vətənimizə  qarşı  məhəbbət, 

hörmət, qayğı toxumu səpildiyindən, bu toxumun bəhrəsini elə həmin 

tələbələrin özləri,Vətənimiz və cəmiyyətimiz görəcəkdir. 

Bu kitabda Qurani-Kərimdən,dini və elmi kitablardan istifadə edərək 

məlumatları  toplamağıma  baxmayaraq,müəllimlərimin  bu  yazılanlara 

münasibətini bilmək və özümdə də inam yaratmaq üçün 2005-ci ildə 

bitirdiyim İslam Universitetinin dekan köməkçisi müəllim Hacı Elçinə 

müraciət etdim. Müraciətimi dinlədikdən sonra mənim xahişimi elminə 

və dünyagörüşünə inandığım müəllim Hacı Fuada çatdırır. Hacı Fuad 

müəllim özünün işlərinin çox olmasına baxmayaraq,burada dinin bütün 

sahələri haqqında məlumatların bir yerə toplandığı bildikdə,kitabı yox-

layacağına razılığını bildirir.Yoxladığı əlyazmada edilən düzəlişlərdən 

belə başa düşdüm ki, Hacı Fuad bütün mövzuları dəqiqliklə oxumuş və 

hər bir mövzuya aid öz fikir və məsləhətlərini də ayrıca qeyd etmişdir. 

İndi isə fürsət bilərək kitabın ərsəyə gəlməsində böyük zəhmətləri 

olan Hacı Fuad müəllimə təşəkkür etmək istəyirəm. İşinin cox olma-

sına baxmayaraq Allaha, dinimizə, vətənimizə və cəmiyyətimizə olan 

böyük  sevgi,  hörmət  və  cavanlarımızın  gələcəyi  üçün  narahatçılıq, 

eləcə də təmənnasız bu əziyyəti çəkməsi onun, həqiqətən də, əsl din 

xadimi və alicənab bir insan olduğunu bir daha sübut edir. Mən belə 

düşünürəm ki, həyatda mənəviyyatı maddiyatdan üstün tutaraq, Allahın 

qorxusu və istəyi qəlbində həkk olunmuş insanlar yer üzündə olmasay-

dı, yəqin ki,bu dünya çoxdan dağılmışdı. Nə qədər ki danışığı ilə əməli 

düz gələn, yəni həm ibadəti, həm itaəti, həm də təqvası olan insanlar 




846

yer üzündə yaşayırlar, deməli, insanlara mərhəmət və uca Allaha həqiqi 

inam ölməyəcəkdir. Mən Hacı Fuad müəllimə can sağlığı, balalarına, 

ailəsinə  xoşbəxtlik,  əbədi  dünyada  isə Allahdan  ona  Cənnət  məqamı 

arzu edirəm. 

Sonra  ilk  müəllimim  Dövlət  Universitetinin  şərqşünaslıq  fakül-

təsində dərs demiş İsmayıl Şəms müəllimə təşəkkür edirəm, Allahdan 

ona Rəhmət diləyirəm.(Ruhu şad olsun). İsmail müəllim, mənim dini 

elmləri öyrənmək həvəsimi nəzərə alaraq iki il müddətində mənə dərs 

demişdir.Olduqca savadlı, dinimizi əhatə edən bütün elmləri dərindən 

bilən bu insan, bitib-tükənməz elmin qapılarını mənim üzümə açmışdır.

İsmayıl müəllim, indi də vüqarlı özünə hörməti, təqva və mədəniyyəti 

təlim edən, əsl müəllim simvolu kimi uşaqların yaddaşında qalmaqda-

dır.Biz  İsmayıl  müəllimə Allahdan  haqq-hesabının  rahat  olub,  əbədi 

dünyada məqamının da uca olmasını arzulayırıq.

Yenə də ilk müəllimim olan Hacı Xavər xanıma mənə öyrətdiyi elmə 

və helmə görə təşəkkür edirəm.Onun söylədiyi hər bir sözdə neçə məna 

kəsb edən fikirlər və hikmətlər vardır. Əgər Hacı Xavər xanımın mənəvi 

dayağı olmasaydı, bu iş mənim üçün daha çətin olardı. Hər dəfə söhbət 

edəndə, ən əvvəl kitab haqqında soruşar və məni bu işə həvəsləndirərdi.

Hacı Xavər xanıma ölkəmizdə, hətta onun hüdudlarından kənarda ya-

şayan  insanlara  dinimizi  sadə,  başa  düşülən  tərzdə  tanıdan  kitabları-

na görə təşəkkür edir, ona bu dünyada can sağlığı, əbədi dünyada isə 

Allahdan uca məqamlar arzulayıram.Onun elmindən bəhrələnən gəlini 

İlhamə xanıma da bu kitabın korrektura işlərində göstərdiyi köməkliyə 

görə təşəkkür edir,onun ailəsinə və balalarına xoşbəxtlik arzu edirəm.

Həmçinin jurnalist, şair, xalqın sevimlisi Hacı Telli xanıma öz dərin 

təşəkkürümü bildirirəm. Kitabın hazırlanması ilə məşğul olduğum za-

man mənə bir çox dəyərli məsləhətlər vermiş, sonra isə bütün kitabı tam 

oxuyaraq öz rəy və fikirlərini bildirmişdir.

Mən Hacı xanım Tellini çox vətənpərvər və xalqının təəssübünü çəkən 

bir şəxsiyyət kimi tanıyırdım. Lakin bu kitab haqqında mənim fikirlərimi 

bildikdən sonra Hacı xanım Tellinin cəmiyyətin dinə qarşı münasibətinə, 

cəmiyyətin  mənəviyyatında  baş  verənlərə  qəlbdən,ürəkdən  yanaraq 

təsirlənməsi, inanın ki, mənim qəlbimi riqqətə gətirərək, buraya bir çox 

mövzuları da əlavə etməyə həvəs-ləndirdi.Hacı xanım Tellinin dinimizi 

tam araşdırıb kamil öyrə-nərək yazdığı”Uzun, incə bir yol varmış”adlı 

kitabı, həqiqətən də, Həcc ziyarətinə gədən insanlar üçün bir bələdçi 

ola bilər. Burada Həccə gedən insanların davranış qaydalarından tut-

muş Həcc əməllərinin mahiyyətinə qədər açıqlamalar verilmişdir. Özu-




847

nun  çoxlu  işləri,yazıları,  yəni  vaxtının  məhdud  olmasına  baxmaya-

raq,candildən bu işdə mənə çox böyük mənəvi dayaq oldu. Mən onu 

müşahidə edərək, bir daha kəşf edib, başa düşdüm ki, bu insanın bu 

dünyada  yaşamağının  mənası,  amalı  qəlbini,  ruhunu  dolduran  duyğu 

yalnız vətən və xalq sevgisindən ibarətdir. Azərbaycan xalqı həqiqətən 

də belə övladları ilə fəxr etməlidir. Mən, Hacı Telli xanıma can sağlığı, 

mənalı ömür və əbədi dünyada isə Allahdan ona uca məqamlar arzu 

edirəm. 

Bunu  da  qeyd  edim  ki,  bu  illər  ərzində  dini  bilgilərimi  daha  da 

təkmilləşdirmək məqsədi ilə ”Gənclər fondu” adlanan kurslarda, bir də 

Universitetin şərqşünaslıq kafedrasının müəllimi çox savadı və ziyalı 

insan olan Zahid müəllimin dərs dediyi kurslarda da iştirak etmişəm. 

Kimdən nə öyrənmişəm və bundan sonra da nə öyrənəcəyəm, hamıya 

öz təşəkkürümü bildirirəm.

Allahın  qismət  etdiyi  bu  nemətləri  mənim  də  paylaşdığım 

tələbələrimə zehin açıqlığı, elm,təqva və elm öyrənməkdən heç vaxt əl 

çəkməmələrini arzulayıram.

Bir də, dini mövzuda bir çox kitablar yazmış Əhmədağa Əhmədovu 

qeyd  etmək  istərdim.  Onu  yalnız  yazdığı  kitabları  vasitəsilə  qiyabi 

tanıyaraq həmişə özümə bir müəllim sanmışam. Çünki onun kitabla-

rında dinimiz haqqındakı açıqlamalarını, əqidə və düşüncələrini dərk 

edib,öz ruhuma yaxın bilərək qəbul edə bilmişəm. Onun kitablarında-

kı yazıları,açıqlamaları oxuduqca, bu insanın dinimizi tam kamil bil-

diyinin,  onu  ürəkdən  yaşayaraq,ruhu  ilə  hiss  etdiyinin  şahidi  oluruq.

(Əhmədağa  müəllimin  yazdığı  kitabların  adları  mündəricatda  qeyd 

edilmişdir.)  Həqiqətən  də,  bu  kitabları  siz  də  oxusanız,  Əhmədağa 

müəllimin fitri istedada malik olduğunun və Allah tərəfindən bəxşedilən 

bəsirət gözünün açıq olub, həqiqətləri görə bilməsinin şahidi olarsınız.

Özünün malik olduğu qeyri-adi hissetmə qabiliyyəti ilə uzun müddət 

Nizami Gəncəvinin əsərlərini araşdırıb, təhlil edən Əhmədağa müəllim 

dərsliklərdən eşq şairi kimi tanıdığımız dahi Nizaminin əslində qəlbi 

Allahın eşqi ilə alovlanan, bütün kainat elmlərinin sirlərinə bələd olan, 

bütün dünyəvi və dini elmləri dərin bilən bir alim olduğunu, həmçinin 

Nizaminin qeyri-adi istedada malik olub, Qurani-Kərimin ayələrini öz 

əsərlərində təsvir-təfsir etdiyini bizlər üçün açıqlamışdır. Bununla da 

dahi Nizamini bir daha bizlərə tanıdaraq,bu millətin Allahın seçilmiş 

bəndələri  olduğunu,  həm  keçmişimizə,  həm  də  gələcəyimizə  dəyər 

verərək  yaşamağımızı  bizlərə  tövsiyə  etmişdir.Allah  bu  dahi  insa-

nın, Nizaminin ruhunu şad edib, Öz yanında məqamını yüksək etsin. 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə