Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə286/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   282   283   284   285   286   287   288   289   ...   292

839

şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 

Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  tərəfindən  dini  təbliğat 

aparılması qadağandır. 

Valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, 

uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq 

tərbiyə edə bilərlər. 

Maddə 3. Dini etiqad azadlığı haqqında Qanunun Vəzifələri 

Azərbaycan  Respublikasında  hər  bir  şəxsin  dinə  öz  münasibətini 

müəyyənləşdirmək  və  ifadə  etmək  hüququna  və  həmin  hüququ 

həyata  keçirməyə  təminat  yaradır;  Azərbaycan  Respublikası-

nın  qanunvericiliyinə  və  Azərbaycan  Respublikasının  qəbul  etdiyi 

beynəlxalq  hüquq  normalarına  müvafiq  surətdə  sosial  ədaləti,  bəra-

bərliyi,  vətəndaşların  dinə  münasibətindən  asılı  olmayaraq  onların 

hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir; dini qu-

rumlara münasibətdə dövlətin vəzifələrini müəyyənləşdirir; dini qurum-

ların dövlət və. cəmiyyət qarşısında vəzifələrini müəyyən edir; adamla-

rın dünya görüşündən və dini əqidəsindən asılı olmayaraq milli əxlaqın 

və humanizmin təzahürü, vətəndaşların əmin-amanlığı və əməkdaşlığı 

üçün əlverişli şəraiti himayə edir

Maddə 4. Dini mənsubiyyətindən asılı olmayaraq şəxslərin hüquq 

bərabərliyi 

Hər kəs dini mənsubiyyətindən asılı olmayaraq qanun və məhkəmə 

qarşısında  bərabərdir.  Şəxsin  dini  mənsubiyyətinin  rəsmi  sənədlərdə 

göstərilməsinə yalnız onun arzusu ilə yol verilir. 

Öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş vəzifələrin 

icrasından imtina edə və ya boyun qaçıra bilməz. Bir vəzifənin icrası-

nın dini əqidəyə görə digər vəzifənin icrası ilə əvəz edilməsinə yalnız 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hal-

larda yol verilir. 



Maddə 5. Dövlət və dini qurumlar 

Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən ayrıdır. 



Maddə 6. Dinin məktəblə münasibəti 

Azərbaycan Respublikasında dövlət təhsil sistemi dindən ayrıdır. 

Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların 

əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil 

edilə bilər. 

Vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə 

ilahiyyəti öyrənə və dini təhsil ala bilərlər. 

Dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq 




840

qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini 

təhsili üçün tədris müəssisələri yaratmaqla müəyyən olunmuş formada 

təlim-tərbiyə prosesini həyata keçirə bilərlər. 



Maddə 7. Dini qurumlar 

Dini  icmalar,  idarələr  və  mərkəz,  dini  qardaşlıqlar,  dini  tədris 

müəssisələri,  onların  birlikləri  dini  qurumlardır.  Dini  qurumlar  öz 

mərkəzi (idarələri) ilə təmsil olunurlar. 

Dini qurumlar yetkinlik yaşına çatmış şəxslərin dini etiqad azadlığı 

hüququnun birgə həyata keçirilməsi, həmçinin dini etiqadı və dini yay-

maq üçün yaradılmış könüllü təşkilatlardır. 

Dini  qurumlar  bu  Qanuna  və  təsdiq  olunmuş  nizamnamələrinə 

(əsasnamələrinə) müvafiq surətdə fəaliyyət göstərirlər. 

Maddə 8. Dini icma. Dini icma dinə birlikdə ibadət və digər dini 

tələbatı  ödəmək  məqsədilə  könüllülük  əsasında  birləşmiş  dindar 

şəxslərin yerli dini qurumudur. 

Azərbaycan  Respublikasında  təşkilat  məsələlərində  İslam  dini  ic-

maları Qafqaz Müsəlmanları idarəsinə tabedirlər, qeyri-müsəlman dini 

icmalarının Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən 

dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ 

vardır. 


İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müva-

fiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları 

İdarəsi tərəfindən təyin edilir. 

Maddə  9.  Dini  mərkəzlər  və  idarələr.Azərbaycan  Respublika-

sında  İslam  dini  qurumları  öz  tarixi  İslam  dini  mərkəzində-Qafqaz 

Müsəlmanları İdarəsində birlə şirlər. 

Təşkilati  mərkəzlərin  xaricdə  olan  qeyri-İslam  dini  qurumları  öz 

fəaliyyətində Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  ol-

mayan hallarda həmin mərkəzlərin nizamnamələrini rəhbər tuta bilərlər. 



Maddə 21. Dini ayinlər və mərasimlər.Dini qurumlar ibadətlər və 

dini  yığıncaqlar  üçün  onlara  münasib  yerlərə,  habelə  bu  və  ya  digər 

dində müqəddəs sayılan ziyarətgahlara himayədarlıq edib, onları saxla-

maq və onlardan istifadə etmək hüququna malikdirlər. 

Bu  Qanunun  1-ci  maddəsinin  tələbləri  nəzərə  alınmaqla  ibadətlər, 

dini  ayinlər  və  mərasimlər  ibadətgahlarda  və  onlara  məxsus  ərazidə, 

ziyarətgahlarda,  qəbirstanlıqlarda,  dini  qurumların  idarələrində, 

vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir. 

İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan 

Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları 

tərəfindən həyata keçirilə bilər. 

Qoşun hissələrinin komandanlığı (müstəsna hallardan başqa) hərbi 




841

qulluqçuların boş vaxtlarında ibadət etmələrinə və dini ayinləri yerinə 

yetirmələrinə mane ola bilməz. Əsgəri bölmələrdə hərbi rəhbərliyin ra-

zılığı ilə ruhanilərin fəaliyyətinə yol verilir.



Maddə 23. Dini qurumların xeyriyyə və mədəni-maarif fəaliyyəti 

Dini qurumlar həm müstəqil, həm də ictimai fondlar vasitəsi ilə və 

ya digər formada mədəni-maarif fəaliyyəti göstərirlər. 

Maddə 25. Dini qurumlarda əmək-hüquq münasibətləri. 

Dini  qurumlarda  əmək  şərtləri  dini  qurumla  işçi  arasında:  saziş 

üzrə  müəyyən  edilir  və  yazılı  şəkildə  bağlanan  əmək  müqaviləsində 

göstərilir. Dini qurum müəyyən edilmiş qaydada əmək müqaviləsini, 

ruhanilərin əmək haqqı şərtlərini müəyyən edən sənədləri qeydə alır. 

Maddə  26.  Dini  qurumlarda  işləyən  vətəndaşların  əmək  hüququ 

Dini qurumlarda əmək müqaviləsi üzrə işləyən vətəndaşlara əmək qa-

nunvericiliyinin tələbləri istisnasız tətbiq olunur. 

Maddə 27. Dini qurumlarda işləyən vətəndaşların sosial təminatı və 

sosial sığortası 

Dini qurumlar, onların idarə və müəssisələri Dövlət Sosial Müdafiə 

Fonduna müəyyən edilən qaydada və məbləğdə ayırmalar verirlər. 

Dini qurumlarda işləyən bütün vətəndaşlara pensiya qanunvericiliyə 

müvafiq olaraq ümumi əsaslarla təyin edilir. 

 

ALLAHDAN BAŞQA ALLAH YOXDUR!

 ər-Rəhman-Mehriban Allah Quranı Peyğəmbərə öyrətdi, insanı ya-

ratdı. Ona danışmağı və qəlbində olan mətləbləri bəyan etməyi öyrətdi.

Həm  alanda,  həm  də  satanda,  tərəzini  ədalətlə  tutun,ölçünü  əskik 

etməyin və hər şeydə ədalətlə rəftar edin.Allah Yeri insanlardan alçaq 

surətdə yaratdı. Hamı onu tapdalayıb üstündə gəzərək istədiyini edir.

Orada  müxtəlif  meyvələr  və  tumurcuqlu  xurma  ağacları  vardır.Allah 

insanı içi boş saxsı qab kimi, quru palçıqdan yaratdı,Cinni isə xalis od-

dan yaratdı.O,iki məğribin və iki məşriqin Allahıdır.Yer üzündə olan 

hər bir kəs fanidir və kərəm sahibi olan,sənin Allahınin zati əbədi qa-

landır. Göylərdə və yerdə olan hər bir kəs Allahdan ruzi, mənfəət və 

sair istəklər diləyir. Allah hər gün bu işdədir ki, birini öldürür, birini 

dirildir, birini xəstə edir, digərinə isə sağlamlıq bəxş edir.Ey cinlər və 

insanlar!  Tezliklə  sizin  hesabınızla  məşğul  olacağıq.Ey  insan  və  cin 

tayfası!Əgər göylərin və yerin kənarından çıxıb qaça bilsəniz və Alla-

hın qəza-qədərindən qaça bilsəniz,çıxın! .”(Kitabul-Bəyan fi təfsiril 



Quran.) 

  ən-Nas-1-3-Ya  Peyğəmbər!De  ki,pənah  aparıram  insanların 

Rəbbinə, insanların ixtiyar sahibinə,insanların tanrısına!




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə