Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə289/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   284   285   286   287   288   289   290   291   292

848

Həqiqətən, dahi Nizaminin əsərlərini diqqətlə oxusanız, bugünkü gündə 

sizi düşündürən bir çox suallara cavab tapar və özünüzə(qəlbinizə) yax-

şı həmsöhbət tapa bilərsiniz. 

Mən  də  Əhmədağa  müəllimin  yazdığı  kitabları  özümə  bir  dərslik 

bildiyim  üçün  ona  təşəkkür  edirəm.  Allahdan  ona  rəhmət  diləyir, 

məqamının da Cənnətlərdə olmasını arzu edirəm.Özünü insanlara çox 

tanıtmayıb,Arif olan bu insan özü haqq dünyasında olsa da, yazıb qoy-

duğu əsərlərilə daima insanların qəlbində yaşayacaqdır. Yəqin ki, bu 

dünyada yaşamağımızın mənası da elə bundan ibarət-dir.

Gözümü  açıb,  özümü  dərk  edəndən  mənə  dinimizi  sevdirib  hər 

sahəsini başa salaraq öyrədən, ömrü boyu başında çadra, əlində Quran 

olan nənəm Umxanıma təşəkkür edir, ona rəhmət diləyərək, Allahdan 

onun üçün uca məqamlar arzu edirəm. Bu gün mənim dinimiz haqqın-

da nə isə başa düşə bilməyimin əsas səbəbi kiçik yaşlarımdan nənəmin 

qəlbimə,  canıma  hopdurduğu  Allah  sevgisi  olmuşdur.  Çünki  bu  ya-

şacan  ayrı-ayrı  yerlərdən  öyrəndiklərimin  mənbəyi  yenə  də  nənəmin 

öyrətdiklərinə gedib çatır. 

Ömrünü gənclərin təlim-tərbiyəsinə həsr edərək müəllimə, sonra da 

təhsil sistemində işləyən anam Qəribə xanıma verdiyi düzgün tərbiyəyə 

görə, həmçinin din,vətən, təbiət, musiqi, həyat və insanları sevmək,elm 

öyrənmək kimi ali duyğuları mənə təlim etdiyinə görə ona çox təşəkkür 

edirəm. Kiçik yaşlarımda yeddiillik musiqi təhsili mənə vermiş,sonra 

da  İqtisad  Universitetində  təhsil  almağıma  kömək  etmişdir.  Həyatda 

hədsiz  düzgünlük  və  qayda-qanunu  sevən,  qeybət  və  söhbətdən  çox 

uzaq  olan  anam  mənə  ömrün  mənasının  zəhmət  və  elmdə  olduğunu 

öyrətmişdir.Anama can sağlığı,uzun ömür arzulayıram. Əbədi dünyada 

da uca məqamlar arzulayıram. 

Əlbəttə,burada“Şəms-əl-Zəhra”cəmiyyətinin  qadınlarını  da  qeyd 

etmək borcumdur.Çünki həyatımın hər anında mənə maddi-mənəvi, ru-

hani dayaq göstərərək, həmişə yanımda olduqlarına görə onlara təşəkkür 

edir, onlara həm bu dünyada, həm də əbədi dünyada uca məqamlar arzu 

edirəm. 

Səbirli,  mülayim  xasiyyətli  atam  Bahadura  mənə  bəxş  etdiyi  hər 

şeyə görə, ömründə bir dəfə olsa belə qəlbimə dəyməyib, həmişə məni 

əzizlədiyinə görə təşəkkür edir və ona can sağlığı diləyir,əbədi dünyada 

da uca məqamlar arzu edirəm.

  Həyatımın  hər  anında  başımın  üstündə  olan  qardaşlarım  Da-

daş,  Əlihüseyn  və  Vidadiyə  mənim  üçün  çəkdikləri  zəhmətlərə  görə 

təşəkkür edir,onlara Uca Allahdan can sağlığı diləyir və həyatımın son 




849

gününəcən də başımın üstündə olmalarını arzulayıram. Əbədi dünyada 

da onlara uca məqamlar arzu edirəm.

Bu  kitabda  yazılanları  təkrar-təkrar  oxuyaraq  korrekt  edən  176 

nömrəli məktəbin müəllimi Arzu xanım Qulamovaya təşəkkür edərək, 

həyatda özünə və balalarına can sağlığı, xoşbəxtlik arzu edərək, əbədi 

dünyada da uca məqamlar arzu edirəm.

 Bibim qızı 32 nomrəli məktəbin müəllimi Nəzakət Zaidovaya yenə 

də korrektə işində kömək etdiyinə görə təşəkkür edir, həyatda özünə 

və balalarına can sağlığı, xoşbəxtlik arzu edərək, əbədi dünyada da uca 

məqamlar arzu edirəm.

Həmçinin hər işlərimdə mənə dayaq və kömək olan qonşum Məhbubə 

xanıma  və  176  nömrəli  məktəbin  müəllimi,  qonşum Yeganə  xanıma 

təşəkkür edərək, onlara can sağlığı, mənalı ömür, özlərinə, balalarına 

xoşbəxtlik arzu edərək, əbədi dünyada da uca məqamlar arzu edirəm.

  Bu  kitabın  cildinin  dizayn  işlərində  mənə  yaxından  köməklik 

göstərən qonşum Gülşən xanıma təşəkkür edir, həyatda özünə və bala-

larına can sağlığı, xoşbəxtlik arzu edir və əbədi dünyada uca məqamlar 

arzu edirəm.

Bu  iş  prosesi  zamanı  mənə  yaxından  kömək  edib  dayaq  olan  öv-

ladlarıma:  Murada,  Nərminəyə,  Könülə  tərbiyəli,  təqvalı  və  xeyirli 

övladlar olduqlarına, həmçinin mənimlə bərabər hər mövzu üzərində 

müzakirələr apararaq,öz fikirlərini bildirdiklərinə görə, mənim qayğı-

ma  qalıb,zəhmətlərimi  çəkdiklərinə  görə  təşəkkür  edir,  onlara  Qadir 

Allahdan bu dünyada iman və xoşbəxtlik, əbədi dünyada isə Cənnətlər 

arzulayıram. 

Qeyd etdiyim kimi, hər işimdə mənimlə birlikdə olan Murad yaxın dost-

ları arasında bu kitabdakı mövzular haqqında söhbətlər və müzakirələr 

edirdi.Çünki bu qəncləri birləşdirən bir niyyət, bir məqsəddir ki,bu da 

vətən sevgisi və bir də dinimizi qorumaq.Bu söhbətlər əsnasında dostla-

rından biri(adını bildirmək istəmir) gənclərimiz və cəmiyyətimiz üçün 

çox xeyirli bir kitab olacağını hiss edərək, bu kitabın çap olunmasına 

çəkilən  xərci  öz  öhdəsinə  götürmüş  və  çap  məsələsi  gündəmə  gələn 

kimi  bütün  məbləği  can-dildən  ödəmişdir.Mən  Allaha  çox  şükürlər 

edirəm ki, xalqımızın vətənini, dinini, gələcəyini düşünən, sevən bu cür 

övladları vardır. Uca Allahdan bu insana can sağlığı, ailəsinə, övladla-

rına xoşbəxtlik, bir də bu alicənablığına görə həm bu dünyada, həm də 

əbədi dünyada uca məqamlar arzu edirəm.Həmçinin,bütün yaxın dost-

larına və özünə yalnız Allah sevgisinin qəlblərində həkk olmasını arzu-

layıram.Çünki,bu sevgi həkk olan qəlbdə, bütün müqəddəs nemətlərə 




850

dəyər və sevgi vardır.Mən inanıram ki, cəmiyyətimizdə nə qədər belə 

insanlar, gənclər var, bu vətən,bu millət, bu din qiyamət gününədək ya-

şayacaqdır.

Allahıma  mənə  bəxş  etdiyi  bütün  nemətlərə  görə,  doğmalarıma, 

dostlarıma, qohumlarıma, qonşularıma, ən əsası isə Allahıma həyatda 

mənə imanlı insanları rast gətirdiyinə görə təşəkkür edir, verib-aldıqla-

rına görə də şükürlər edirəm. 



Açıqlama:Otuz beş yaşıma qədər iqtisadçı kimi (fasilələrlə) işləsəm 

də, 35 yaşında bir günün içində işdən çıxaraq, yaşamağımın mənasını 

nənəmin təməlini qoyduğu yolda gördüm. Bu dövr ərzində bütün orucla-

rımı tutsam da, dini qayda-qanunlara riayət etsəm də, namaz qılmırdım. 

Namaz qılmamağım məni elə bir dərdə salmışdı ki, çəkib qurtara bilmir-

dim. Allahı hiss edirdim, lakin onunla danışa bilmirdim.İki yolun ara-

sında çabalayır, çıxış yolu axtarırdım.Bu vaxt mənə dayaq olub, kömək 

edən yenə də həyat yoldaşım oldu.Həyat yoldaşım İbrahimə həyatımın 

çətin anlarında mənim üçün mökhəm qala olub, bütün işlərimdə mənə 

köməklik  göstərdiyinə  görə  təşəkkür  edirəm.Uca  Allaha  şükürlər 

edərək,başa düşürəm ki, əgər belə bir insana rast gəlməsəydim, bu gün 

bunların  heç  birinə  nail  ola  bilməzdim.  Çox  alicənab,  təqvalı,  iman-

lı olan bu insan həyatda yaşamağının mənasını valideyn, ailə, övlad, 

bir də elm öyrənməkdə görürdü.Həddən artıq savadlı olan bu insan öv-

ladlarını, ailəsini necə təlim etmişdisə,evdə müxtəlif elmi söhbətlərdən 

başqa nə qeybət, nə bir insan haqqında müzakirələr olardı, hətta insanlar 

haqqında pis düşünməyə belə icazə verməzdi. Cəmiyyətdə və işində öz 

mədəniyyəti, elmi ilə seçilən, hörmətli şəxsiyyətlərdən biri idi. Qəlbi, əli 

açıq və özü cox alicənab olan bu insan məni bütün ziyarətgahlara, hətta 

Həccə belə göndərmiş, ali dini təhsil almaq, bu elmi öyrənməyim üçün 

hər cür şərait yaratmışdı.Arif olan bu insan mənə çox dəyər verərək, 

həmişə hörmət etmişdir. Bütün bunları mənə bəxş etdiyi üçün Alim Al-

laha və bir də bunları mənə yaşatdığı üçün yoldaşıma təşəkkür edirəm.

Mənə bəxş etdikləri bu nemətləri qorumağa çalışaraq Uca Allahdan ona 

rəhmət diləyir,Rəhim Allahdan ona əfv diləyir və Məcid Allahdan ona 

Cənnət məqamını arzu edirəm... 

İndi isə məni yaxından tanıyasınız deyə, həyat yoldaşımın mənim 

haqqımda yazdığı şeirlərdən misraları qeyd edərək, sözümü bitirmək 

istəyirəm.Allah amanında olun!

 

Əlli yaşın mübarəkdir sevgilim,



Bir əlli də yaşayasan, ay gülüm!


Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə