Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə285/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   281   282   283   284   285   286   287   288   ...   292

836

şayış yerlərini tərk etmiş, 24 000-dən çox adam qətlə yetirilmiş, 50 000 

nəfər yaralanmış və ya şikəst olmuşdur. Hazırda ölkələr arasında 1994-

cü ildə imzalanmış atəşkəs qüvvədə olsa da erməni tərəfin muntəzəm 

olaraq atəşkəsi pozması nəticəsində 10000-ə qədər azərbaycanlı həlak 

olmuşdur. Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 

927  kitabxana,  464  tarixi  abidə  və  muzey,100-dən  çox  arxeoloji 

abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş 

muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlan-

mışdır.Dövlət  quruluşu  Azərbaycan  Respublikasında  qanunvericilik 

hakimiyyətini  həyata  keçirən  orqan  Milli  Məclis,  icra  hakimiyyətini 

həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan 

Azərbaycan Respublikasının məhkəmələridir.

Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.Orada qa-

nunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, 

icra  hakimiyyətini  Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər  Ka-

bineti,  məhkəmə  hakimiyyətini  Naxçıvan  Muxtar  Respublikasının 

məhkəmələri  həyata  keçirir.  Naxçıvan  Muxtar  Respublikasında  ali 

vəzifəli şəxs Ali Məclisin sədridir.Azərbaycan Respublikasının dövlət 

rəmzləri:  Azərbaycan  Respublikasının  Dövlət  Bayrağı,  Azərbaycan 

Respublikasının  Dövlət  gerbi  və Azərbaycan  Respublikasının  Dövlət 

Himnidir. Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç 

üfüqi  zolaqdan  ibarətdir. Yuxarı  zolaq  mavi,  orta  zolaq  qırmızı,  aşa-

ğı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki 

üzündə ağ rəngli ay-para ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bay-

rağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Azərbaycan Respublikası Dövlət Bayrağının və Azərbaycan Respub-

likası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət Himni-

nin musiqisi və mətni ölkə Konstitusiyası ilə müəy yən edilir.

 AZƏRBAYCANDA MƏSCİDLƏR

Cinn-18-“Həqiqətən məscidlər Allah üçündür və onun evidir. Allah 

ilə birlikdə heç kəsi çağırmayın.” 

Məscid  həm  namaz  qılınan  yer,həm  ruhani  məktəbləri  üçün  bina, 

həm də dini xütbələr, mübahisə və müzakirələr mərkəzidir. Məscidin 

əsas  yeri  “mehrabdır”dır.  Divarda  oyuq  şəklində  olan  mehrab  bütün 

müsəlmanların müqəddəs saydığı Kəbə evinin istiqamətini göstərir.Na-

maz qılanlar üzlərini mehraba çevirirlər.Namaza rəhbərlik edən imam 

mehrabın qarşısında durur. Mehrabın yanında minbər adlanan kürsü qo-



837

yulub ki, burada müəyyən günlərdə, axund və alimlər tərəfindən xütbələr 

söylənib, moizələr edilir.Hər məscidin bir və ya bir necə minarəsi olur. 

Müəzzinlər  gündə  beş  dəfə  minarənin  başına  çıxıb,  namazin  vaxtını 

bildirmək üçün azan oxuyur.Azərbaycanda 2 minə yaxın məscid var.Dini 

qurumlarla iş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə,hazırda 

Azərbaycan  ərazisində1700-dən  çox  məscid  var.Bu  da  təxminən  beş 

min nəfərə bir məscid deməkdir.Əlbəttə bu göstəriş İslam ölkəsi üçün 

çox  azdır.Məsələn,  qonşu  Türkiyədə  80  min  məscid  vardır.  Bakının 

2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi təsadüfi de-

yil. Azərbaycan paytaxtını İslam mədəniyyəti ilə bağlayan tellər ara-

sında birinci yeri məscidlər, pirlər və başqa müqəddəs ziyarət ocaqları 

tutur. Məscidlərin milli-mənəvi dəyərlər kimi qorunduğunu təsdiq edən 

başqa bir amil də var. Müstəqil Azərbay canın tarixində ilk dəfədir ki, 

təkcə Bakıda eyni vaxtda 4 məscid, Bibiheybət,Təzəpir,“Əjdərbəy” və 

“Cümə”dövlətin birbaşa dəstəyi ilə əsaslı təmir olunur. 

Bibiheybət  məscidi  1997-ci  ildə  Azərbaycan  prezidenti  Heydər 

Əliyevin sərəncamı ilə başlanılıb. Məscid son 11 il ərzində Şərq me-

marlıq üslubunda bərpa edilib. Bibiheybət məscidinin iki minarəsindən 

biri Heydər Əliyevin adını daşıyır. Müqəddəs ocaqda səkkizinci Imam 

Rzanın  bacısı  Həzrəti  Hökumə  xanım  dəfn  olunub.Məscidlərin  han-

sı dini icmalara məxsus olması ilə bağlı məlumatlar isə fərqlidir.Dini 

Qurumlarla İşlər üzrə Dövlət Komitəsində deyirlər ki, hazırda ölkədə 

600-dək dini icma fəaliyyət göstərir və bütün məscidlər həmin icmala-

ra məxsusdur. Ölkədə fəaliyyət göstərən icmaların 65 faizə qədəri şiə 

müsəlmanlarına  məxsusdur.  Faktiki  olaraq,  dini  ibadət  mərkəzi  kimi 

fəaliyyət göstərən məscidlərin 32-si başqa dinlərin daşıyıcıları olan ic-

maların  nəzarətindədir.  Bakıda  təmir  olunan  ibadət  mərkəzləri  təkcə 

bunlarla məhdudlaşmır. Ölkə rəhbərliyinin tapşırığı və dəstəyi ilə Qafqaz 

Müsəlmanları  İdarəsinin  inzibati  binası  da  yenidən  tikilib.  Bununla 

belə,  məscidlərin  indiki  sayı  İslama  qayıdışın  yeni  dövrünü  yaşayan 

müsəlman ölkəsi üçün heç də çox deyil. Qafqaz Müsəlmanları İdarəsində 

deyirlər  ki,  hazırda  Azərbaycanda  1700-dən  çox  məscid  var.  Rəsmi 

məlumata görə, Bakı şəhərində tarixi abidə kimi qorunan məscidlər və 

ibadət evləri də daxil olmaqla 140-a yaxın məscid var. Belə ki, təxmini 

hesablamalara  görə,Bakıdakı  məscidlərdən  yalnız  64-dən  dini  ibadət 

obyekti  kimi  istifadə  edirlər.  Bununla  belə,  1992-ci  ildən  Bakıda  bir 

neçə yeni məscid tikilib ki, burada ibadətlə məşğul olanların sayı köhnə 

məscidlərdən əhəmiyyətli şəkildə fərqlənir. Bunlar “Şəhidlər” məscidi, 

“Hüseyniyyə” məscidi, “Cümə” məscidi ,“İlahiyyat”və tezə inşa edilən 




838

möhtəşən  “Heydər”  məscididir.  Azərbaycanda,  xüsusən  Bakıda  İra-

nın, Türkiyənin nəzarətində olan məscidlər var. Hətta bu məscidlərin 

əksəriyyəti  həmin  ölkələrin  xeyriyyə  qurumları  tərəfindən  tikilib.

Məsələn,Türkiyə Azərbaycanda  40-a  yaxın  məscid  inşa  edib.Bundan 

başqa,İran hökuməti və ərəb fondlarının dəstəyi ilə də Azərbaycanda bir 

neçə məscid tikdirib. Avropanın 8 ölkəsində Almaniyada 2600, Fransa-

da 2100, Bosniya-Hersegovina 1870,Britaniya 1500, İtalıya,Nigerland 

da və Avstraliyadada ümumikilikdə 10 mindən çox məscid vardır.

                         

                                    İSLAM DİNİ DÜNYADA

 

İslam dini dünyanın ən geniş yayılmış,üç dünya dinlərindən biridir, 



ikinci böyük dinidir və dünyada ən sürətlə yayılan dinlərindəndir.Dünya-

da təqribən 1 milyard 200 milyona yaxın müsəlman yaşayır. 35 ölkənin 

əhalisi çoxu müsəlmandır. İslam 28 ölkənin rəsmi dinidir. İslam icma-

ları 120-dən çox ölkədə var.Əksər müsəlmanlar iki cərəyandan birinə 

mənsubdur;  bunların  80-90%  Sünni,  10-20%  Şiədir.  Müsəlmanların 

təxminən 13%i ən böyük müsəlman ölkəsi olan İndoneziyada yaşayır, 

25% Cənubi Asiyada, 20% Yaxın Şərqdə,2% Orta Asiyada , 4% Cənub-

şərqi Asiya ölkələrində, İranda və 15% Afrikada yerləşirlər 



 AZƏRBAYCANDA DİNİ QANUNLAR HAQQINDA 

Maddə 1. Dini etiqad azadlığı  Hər kəsin hər hansı dinə təkbaşına 

və  ya  başqaları  ilə  birlikdə  etiqad  etmək,  dinə  münasibəti  ilə  bağlı 

əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. 

Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və məra-

simlərdə  iştirak  etməsinə  və  ya  dini  öyrənməsinə  hər  hansı  maneə 

törədilə  bilməz.  Heç  kəs  öz  dini  etiqadını  ifadə  etməyə  (nümayiş 

etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə 

iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin 

zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə 

irqi,  milli,  dini,  sosial  ədavət  və  düşmənçilik  yaratmaq  məqsədi  ilə 

təbliğinə  yol  verilmir.  İnsan  ləyaqətini  alçaldan  və  ya  insanpərvərlik 

prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği 

qadağandır. 

Dini  etiqad  azadlığı  yalnız  qanunda  nəzərdə  tutulan  və  demokratik 

cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, icti-

mai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə