Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə283/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   279   280   281   282   283   284   285   286   ...   292

831

layihələrin  heç  biri  bəyənilmədi.1849-cu  ildə  Qafqaz  canişini  knyaz 

Vorontsovun tapşırığı ilə xarici işlər nazirliyinin əməkdaşı N.Xanıkov 

“Məhəmmədi  ruhanilərin  təşkili  barədə  əsasnamə”  layihəsini  hazır-

ladı.  Layihə  bütövlükdə  bəyənilsə  də  Krım  müharibəsi  onun  həyata 

keçirilməsini ləngidir.1864-cü ildə həmin işi davam etdirmək üçün yeni 

komissiya  yaradıldı,yerli  şiə  və  sünni  məzhəblərinin  nümayəndələri 

də  komissiyanın  tərkibinə  qatıldılar.  Hazırlanan  təlimatlar  müsəlman 

ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə 

münasibətlərini  tənzim  edirdi.  1867-ci  ilə  qədər  hökumətdən  yalnız 

Şeyxülİslam və müfti maaş alırdılarsa, bu ildən etibarən digər yüksək 

rütbəli  müsəlman  ruhaniləri  də  maaş  almağa  başladılar.”Zaqafqaziya 

şiə və sünni Məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə” Dövlət 

şurasının  təqdimatı  ilə  Rusiya  çarı  tərəfindən  5  aprel  1872-ci  ildə 

təsdiq edildi.İdarənin təşkilində rus pravoslav kilsəsinin quruluş prin-

sipi əsas götürülmüşdü. Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı 

müftinin başçılığı ilə Sünni ruhani idarəsi (müftilik) və Şeyxülİslamın 

sədrliyi  altında  Şiə  ruhani  idarəsi  (Şeyxülİslamlıq)  yaradıldı.Tiflisdə 

yerləşən bu iki idarənin hər biri sədrdən, idarə heyətinin üç üzvündən, 

iki  köməkçisi  ilə  birlikdə  katibdən,  mütərcim,  mirzə  və  arxivarius-

dan  ibarət  idi.  Hər  iki  idarənin  tabeliyində  Tiflis,İrəvan,Yelizavetpol 

(Gəncə) və Bakı quberniyalarının hərəsində 1 məscid olmaqla 4 məscid 

var  idi.  Sünni  idarəsində  16,  şiə  idarəsində  20  qazı  var  idi.  İdarələr 

Daxili İşlər Nazirliyinin nəzarəti altında idi və birbaşa canişin qarşısın-

da məsuliyyət daşıyırdı. Azərbaycan Demokratik Respublikası (1918-

1920) yaranana qədər cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki 

idarə  tərəfindən  tənzim  edilmişdir.  1918-ci  il  dekabrın  11-də  Şeyxü-

lİslam Məhəmməd Pişnamazzadə vəzifəsindən istefa verir. ADR sosial 

təminat və dini etiqad işləri naziri Musa Rəfibəyovun əmri ilə həmin 

vəzifəyə axund Ağa Əlizadə təyin edilir. Bu dövrdə İslamı rasionallaş-

dırmaq, müasirləşdirmək meylləri güclənir.

1920-ci  ildə  Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  son-

ra  mayın  15-də  Dini  etiqad  işləri  nazirliyi  və  Şeyxülİslamlıq  təsisatı 

buraxılır,  müsəlman  din  xadimləri  təqiblərə  məruz  qalır,  məscidlərin 

əksəriyyəti bağlanır.1943-cü ildə faşist Almaniyasına qarşı mübarizədə 

dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya müsəlmanlarının 

dini qurumunun yaradılması məqsədə uyğun hesab edilir. Zaqafqaziya 

müsəlmanlarının I qurultayı 25-28 may 1944-cü ildə Bakıda keçirilir 

və mərkəzi Bakıda olmaqla Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi 

yaradılır. Axund Ağa Əlizadə Şeyxülİslam seçilir.O, idarənin tarixində 




832

seçilmiş ilk Şeyxülİslamdır, ona qədər Şeyxülİslamlar dövlət tərəfindən 

təyin edilirdilər. Bundan əlavə, 1944-cü ildən etibarən cənubi Qafqazda 

müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxır.4 iyun 

1918-Batumida aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti 

ilə Osmanlı arasında “Sülh və dostluq haqqında” müqavilə imzalanıb. 

Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və 

xarici  işlər  naziri  M.Hacınski,  Osmanlı  tərəfdən  ədliyyə  naziri  Xəlil 

bəy  və  Qafqaz  cəbhəsinin  komandanı  Vahib  paşa  imzalamışdı.  Bu 

müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən ta-

nınıb.  Müqavilədə  Osmanlı  dövləti  Xalq  Cümhuriyyətinə  hərbi  yar-

dım  göstərmək  barədə  öhdəlik  götürüb.İstiqlal  Bəyannaməsi  bütün 

türk-müsəlman  dünyasında,  ümumiyyətlə  bütün  Şərqdə  ilk  dəfə  ola-

raq  demokratik  parlamentli  müstəqil  Azərbaycan  dövlətinin  yaradıl-

masını  xəbər  verirdi.  Azərbaycan  Demokratik  Respublikası  rəhbəri 

Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə ruhani idarələrini müsəlman 

məmurlarına həvalə etməklə Tiflis şəhərindəki ruhani idarələrinin ba-

zasında Bakıda vahid, müsəlman ruhani idarəsinin yaradılması qərara 

alındı.  Azərbaycan  Demokratik  Respublikası  hökuməti  müsəlmanlar 

üçün  Qafqaz  müsəlmanlarının  vahid  ruhani  idarəsinin  yaradılmasına 

nail  oldu.  1918-ci  il  dekabrın  11-də  çar  hökuməti  orqanlarının  təyin 

etdiyi Qafqaz Şeyxülİslamı M.Ə.Pişnamazzadə vəzifəsindən istefa ver-

di.Azərbaycan Demokratik Cümhuriyyəti sosial təminat və dini etiqad 

naziri Musa bəy Rəfiyevin sərəncamı ilə 48 yaşlı Axund Kərim Ağa 

Əlizadə Qafqaz müsəlmanlarının birgə ruhani idarəsinin sədri, Şeyxü-

lİslam təyin edildi. Yeni Şeyxülİslam məzhəb ayrıseçkiliyini rədd edən, 

mütərrəqi fikirli, milli heysiyyəti güclü olan, parlamentin işinə kömək 

edən  bir  şəxs  idi.Molla  Ağa  Əlizadə  Azərbaycanda  ilk  Demokratik 

Respublikanın yaranmasını ürəkdən alqışlayan din xadimlərindən idi. 

Azərbaycan Demokratik Respublikası yaranmasının birinci ildönümü 

münasibətilə o demişdir: “Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə 

qorumaq və müdafiə etmək olar.Öz əqidəsini və fikrini şövqlə söyləmək 

və öz bəşəri iradəsini ifadə etmək yalnız müstəqil ölkədə mümkündür. 

Asılı olmayan tədris ocaqlarında orta və ali məktəblərdə ölkənin ca-

maatının  faydalana  biləcəyi  bütün  biliklərə  yiyələnmiş  şüurlu  adam-

lar  yetişər.  Allah-taalanın  buyruqlarını  yalnız  ölkənin  istiqlaliyyəti 

şəraitində müvəffəqiyyətlə intişara yetirmək olar.İstiqlal hər bir tayfa-

ya və hər bir şəxsiyyətə lazımdır”. Zaqafqaziya Müsəlmanları Ruhani 

İdarəsi vahid mərkəz olur və Şeyxülİslam tərəfindən idarə olunur, İdarə 

sədrinin birinci müavini sayılır və şiə məzhəb müsəlmanların şəriətlə 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə