Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə278/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   274   275   276   277   278   279   280   281   ...   292

818

qaraqoyunluların,  ağqoyunluların,  səfəvilərin  və  nəhayət  Nadir  şahın 

hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xan-

lıqlarını  yenidən  mərkəzi  hakimiyyətə  tabe  etmək  siyasəti  yeritməyə 

başladılar.Beləliklə,Qacarlarla  Cənubi  Qafqazı  işğal  etməyə  çalışan 

Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı.Azərbaycan iki 

böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.Gülüstan 

(1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki 

imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya,Cənubi 

Azərbaycan isə Qacarların idarə etdiyi İran şahlığına qatıldı.

Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün Azərbaycan 

torpaqlarına,  xüsusən  Qarabağın  dağlıq  rayonlarına,  İrəvan  və  Nax-

çıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni 

əhalisi köçürdü.Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaq-

larında  keçmiş  İrəvan,Naxçıvan  xanlıqlarının  ərazisində  süni  surətdə 

və  xüsusi  məqsədlə”Erməni  vilayəti”  yaradıldı.Bununla  Azərbaycan 

torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu. Bundan əlavə, 

Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu qriqori-

an kilsəsinin tabeçiliyinə verdi. Bununla Azərbaycanın qədim əhalisi 

olan  xristian  albanların  qriqorianlaşdırılmasına  daha  əlverişli  şərait 

yaradıldı,ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası 

qoyuldu. Rusiyadan Azərbaycana xristian əhalisinin köçürülməsinə də 

diqqət artırıldı. Məqsəd Cənubi Qafqazda,xüsusən Azərbaycanda xristi-

an amilinin rolunun gücləndirilməsindən ibarət idi. Azərbaycanın cənub 

torpaqlarında  da  eyni  cür  siyasət  həyata  keçirilirdi.  Çox  çəkmədən, 

müstəqil yaşamaq ənənələrinə malik olan Azərbaycan xalqının həm şi-

malda, həm də cənubda azadlıq mübarizəsi gücləndi.Nəticədə, əvvəllər 

Azərbaycana yiyələnmək üstündə öz aralarında qanlı müharibələr apar-

mış Rusiya və İran dövlətləri Azərbaycan xalqının azadlıq mübarizəsinə 

qarşı  və  ölkəmizin  yenidən  birləşməsinə  yol  verməmək  məqsədilə 

bir-birinin  etibarlı  müttəfiqinə  çevrildilər.Bütün  bunlara  baxmayaraq, 

Azərbaycan xalqı Rusiya ağalığına və Qacarlar İranın şahlıq rejiminə 

qarşı istiqlal mücadiləsini dayandırmadı, özünün müstəqil dövlətini ya-

ratmaq üçün dəfələrlə üsyan qaldırdı, ölüm-dirim savaşına qalxdı.

Birinci dünya müharibəsi dövründə Azərbaycan xalqı həm şimalda, 

həm də cənubda öz milli dövlətçilik ənənələrini dirçəltmək üçün zəmin 

yaratdı.  Bakıda  hakimiyyəti  ələ  keçirən  S.Şaumyanın  daşnak-bolşe-

vik  hökuməti  1918-ci  ilin  martında  Azərbaycanlılara  qarşı  dəhşətli 

soyqırımı həyata keçirdi.1918-ci il mayın 28-də Şimali Azərbaycanda 

Şərqdə  ilk  demokratik  respublika  -  Azərbaycan  Xalq  Cümhuriyyəti 




819

yaradıldı.Cənubi Azərbaycanda isə müstəqil və demokratik Azadıstan 

dövləti (“Azadıstan məmləkəti”) quruldu (1920). Şeyx Məhəmməd Xi-

yabani Azadıstan Milli hökumətinin başçısı oldu.Hər iki Azərbaycan 

dövlətinin  ərazisində  geniş  milli-demokratik  islahatlar  keçirilməsinə 

başlandı.Beləliklə,Birinci  dünya  müharibəsinin  doğurduğu  tarixi 

şəraitdən istifadə edən Azərbaycan xalqı həm şimalda, həm də cənubda 

özünün qədim dövlət çilik ənənələrini yenidən dirçəldə bildi,müstəqil 

yaşamağa layiq və qadir xalq olduğunu bir daha sübuta yetirdi. Avropa 

ölkələrində olduğu kimi Azərbaycanda da parlamentli respublika tip-

li demokratik idarəçilik qaydalarının tətbiq olunmasına başlandı. Bu, 

Azərbaycan xalqının çox böyük tarixi nailiyyəti idi.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusi-

yada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldı-

ğı xalqların milli hərəkatı başlandı.1918-ci il mayın 28-də Azərbaycan 

Xalq Cümhuriyyəti (1918-1920) -müsəlman Şərqində ilk dünyəvi de-

mokratik dövlət yaradıldı. Bu respublika millətimizin tarixi yaddaşında 

Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd 

Əmin  Rəsulzadə  tərəfindən  əsası  qoyulan  Demokratik  Cümhuriyyəti 

Türk  və  İslam  dünyasında  ilk  Parlamentli  Respublika  və  ilk  demok-

ratik, hüququ və dünyəvi dövlət nümunəsi idi.1918-ci il mayın 28-də 

Tiflisdə Azərbaycan milli şurasının müstəqillik haqqında qətnaməsində 

qeyd edilirdi ki, vətəndaşların hüququ,siyasi, dini azadlıqları təmin edi-

lir, müstəqil Azərbaycan dövləti qeyri dini, demokratik quruluşa malik 

olan ölkədir. Qətnamədə deyilirdi: “Azərbaycan Demokratik Respubli-

kası milliyyətindən, dinindən, ictimai vəziyyətindən, cinsindən asılı ol-

mayaraq bütün vətəndaşları öz hüdudları daxilində vətəndaşlıq və siyasi 

hüquqlarla təmin edir”.Azərbaycan müvəqqəti hökumətinin ilk başçı-

sı isə Fətəli Xan Xoyski seçilib.10 gün Milli Şura Tiflisdə işlədikdən 

sonra  Gəncəyə  köçürülüb.Yalnız  1918-ci  ilin  sentyabrında  Türkiyə 

ordusunun rəhbərliyilə - Bakı daşnakrus qüvvələrdən təmizləndikdən 

sonra milli hökumət Gəncədən Bakıya köçdü.1918-ci il dekabrın 7-də 

Bakıda Azərbaycan parlamenti öz işinə başladı. Bütün dinlərdən olan 

deputatlar bərabər hüquqlu nümayəndə səlahiyyətinə malik idilər.Dinə 

münasibətindən asılı olmayaraq bütün vətəndaşlar Azərbaycan Demok-

ratik Respublikasının bərabər hüquqlu əhalisini təmsil edirdilər. Milli 

mənlik duyğusunun güclənməsi ilə başlanan dirçəliş ümummilli vicda-

nı oyatmaya bilməzdi.1918-ci il, 9 noyabr tarixində M.Ə.Rəsulzadənin 

təklifi  əsasında  Azərbaycan  Demokratik  Respublikasının  üç  rəngli 

bayrağı  qəbul  edilmişdir.  O  zamana  qədər  Azərbaycan  Demokratik 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə