Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə275/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   271   272   273   274   275   276   277   278   ...   292

811

Azərbaycanın,  həmçinin  Qədim  Şərqin  və  Yunanıstanın  dövlət 

idarəçiliyi  ənənələrindən  bəhrələnən  Atropatena  hökmdarları  öz 

hakimiyyətlərini  daha  da  qüvvətləndirə  bildilər.  Nəticədə Atropatena 

Parfiya və Selevki dövlətlərinə qarşı mübarizədə öz müstəqil liyini qo-

ruyub saxlaya bildi, ölkənin ərazisinə soxulmuş Roma qoşunlarını par-

fiyalılarla birləşərək darmadağın etdi. O zaman Atropatena qoşunları 

bütün regionda ən güclü hərbi qüvvələrdən biri hesab olunurdu. Roma 

təcavüzkarları ilə döyüşə Atropatena 40 min piyada və 10 min süvari 

çıxarmışdı. Yaxın və Orta Şərqdə çox mühüm hərbi-siyasi qüvvə olan 

Atropatena dövləti ilə Roma imperiyası arasında geniş əlaqələr yaran-

mışdı. Roma imperiyası özünün şərq siyasətində Atropatenaya xüsusi 

əhəmiyyət verirdi. Atropatena elçiləri Romaya gedib imperator Oktavi-

an Avqustla (e.ə.27-e.14) diplomatik danışıqlar aparmışdılar.

Ölkənin  şimalında  meydana  gələn  Albaniya  dövlətinin  sərhədləri 

Dağıstanın cənubu (Dərbənd və ətrafları ilə birlikdə) da daxil olmaqla 

Baş Qafqaz dağlarından başlayaraq cənubda Araz çayına qədər, qərbdə 

isə  Göyçə  gölü  hövzəsi,  Qabırrı  (İori)  və  Qanıx  (Alazan)  çaylarının 

yuxarılarından başlayaraq şərqə doğru Xəzər dənizinədək uzanıb gedən 

Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan dövlətinin 

paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra) şəhərləri idi.

Albaniya  dövründə  Azərbaycanın  şimal  torpaqlarında  maddi  və 

mənəvi mədəniyyət daha da inkişaf etmişdi. Bu dövrdə elmi ədəbiyyatda 

alban əlifbası adlanan Azərbaycan əlifbası yaradılmış, məktəblər açıl-

mışdı.

Ölkədə mühüm ticarət və sənətkarlıq mərkəzi olan 30-dan çox şəhər 



vardı. Şimalla Cənubun, Şərqlə Qərbin qovşağında yerləşən və müxtəlif 

etnosların, dinlərin, mədəniyyətlərin qarşılaşıb təmasa girdiyi Albaniya-

da özünəməxsus və zəngin mədəniyyət formalaşmaqda idi. Bu, dövlətin 

həyatında mühüm rol oynayırdı. Aya, Göyə, Günəşə oda,sitayişlə yana-

şı xristianlıq da yayılmaqda idi. Müstəqil Alban kilsəsi dini cəhətdən 

birbaşa Romaya tabe idi.

Albaniya  dövründə  Azərbaycanın  dövlət  idarəçiliyi  mədəniyyəti 

daha da yüksəlmişdi. Alban hökmdarları ölkənin dünyəvi və dini başçı-

sı idilər.Onlar, eyni zamanda qanunlar verir,ölkənin hərbi qüvvələrinə 

başçılıq edirdilər.Dövlətin hərbi qüvvələri 80 min nəfəri (60 min piya-

da, 22 min süvari) aşmışdı.

Albaniya hökmdarının sarayında məşvərət şurası fəaliyyət göstərirdi. 

Məşvərət  şurasına  və  ruhani  yığıncaqlarına Albaniya  hökmdarlarının 

özləri  rəhbərlik  edirdilər.Atropatena  kimi Albaniya  dövlətinin  də  öz 




812

pulları vardı Öz dövrü üçün möhkəm və mükəmməl dövlət idarəçiliyi 

sisteminə  malik  olan  Albaniya  dövləti  ölkənin  müstəqilliyi  üçün 

təhlükə törədən Parfiyaya və Roma imperiyasına qarşı uğurla mübarizə 

aparmışdı.Ölkəyə müdaxilə edən Roma imperiyasının qoşunları Alban 

cəngavərləri tərəfindən dəfələrlə ağır məğlubiyyətə uğradılmışdı. Roma 

imperiyası Albaniyanın hərbi-siyasi qüdrəti ilə hesablaşmağa məcbur 

olmuş, iki ölkə arasında qarşılıqlı əlaqələr yaranmışdı. Atropatena kimi 

Albaniya elçiləri də Romaya gedib imperator Oktavian Avqustla danı-

şıqlar aparmışdılar.

Albaniya  hökmdarı,  görkəmli  dövlət  xadimi  Cavanşir  ölkəni  ələ 

keçirməyə çalışan Bizans, Sasani, Xilafət və Xəzər imperiyaları kimi 

qüdrətli  qonşulara  qarşı  müdrik,  uzaqgörən  və  çevik  xarici  siyasət 

yeritmiş,  özünün  sərkərdəlik  məharəti  və  döyüş  şücaəti  ilə  ölkənin 

müstəqilliyini qoruyub saxlaya bilmişdi.

Yaxın və Orta Şərqdə mühüm hərbi-siyasi və mədəni təsir gücünə, 

region ölkələri ilə sıx qarşılıqlı münasibətlərə malik olan Albaniya Ara-

lıq dənizi hövzəsi ölkələri ilə, o cümlədən Roma imperiyası ilə də ge-

niş  əlaqələr  saxlayırdı.  İlk  mənbələr,  o  cümlədən  arxeoloji  qazıntılar 

zamanı aşkar olunmuş zəngin maddi mədəniyyət nümunələri Albani-

ya  dövründə Azərbaycanın  şimal  torpaqlarının  xarici  ölkələrlə  geniş 

əlaqələr  saxladığını  sübut  edir.Yaxın  və  Orta  Şərq  ölkələrini  Xəzər 

xaqanlığı və Şərqi Avropa ilə birləşdirən beynəlxalq ticarət yollarının 

Albaniyadan  keçməsi  ölkənin  xarici  ticarət  əlaqələrinə  müsbət  təsir 

göstərirdi.

Keçən  əsrin  əvvəllərində  ölkəmiz  öz  tarixinin  ən  ağır  sınaq 

dövrlərindən  biri  ilə  qarşılaşdı:  III  əsrdə  Azərbaycanı  Sasani-İran 

imperiyası,VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İra-

nın və Ərəbistanın içərilərindən çoxlu iran və ərəb mənşəli əhali köçü-

rüb gətirdilər.Gəlmə əhali mühüm hərbi-strateji əhəmiyyətə malik olan 

məntəqələrdə və ən məhsuldar torpaqlarda yerləşdirildi. Onlara geniş 

imtiyazlar verildi.

Lakin  bütün  bunlar  Azərbaycanın  qədim  dövlətçilik  ənənələrini 

məhv edə bilmədi. Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi.

Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiya-

ların  tərkibində  olması  nəticəsində,  ölkənin  bütün  bölgələri  arasında 

daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Azərbaycanın 

şimal və cənub,şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni 

birliyin yaranması yolunda mühüm irəliləyiş baş verdi. Bu dövrdə Tan-

rıya sitayiş,tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə ara-




813

dan qaldıra bilməmişdi. Zərdüştilik, atəşpərəstlik, Günəşə, Aya, Göyə, 

ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şima-

lında - Albaniya ərazisinin bəzi yerlərində xristianlıq yayılmaqda idi.

VII əsrdə İslam dininin qəbul olunması ilə Azərbaycan tarixinin ən 

mühüm hadisələrindən biri baş verdi.

Ölkədə dini birliyin yaranması bütün Azərbaycan ərazisində vahid 

adət-ənənələrin təşəkkülünə, əlaqələrin genişlənməsinə səbəb oldu.

Bununla belə, təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq 

İslamın prinsiplərinə zidd olduğu üçün ərəb fütuhatları dövründə Alba-

niyanın xristian əhalisi İslam dininin təsir dairəsindən kənarda qaldı. 

Beləliklə, ölkədə dini ayrılıq baş verdi: çoxluq təşkil edən və ölkənin 

bütün ərazisinə yayılmış olan müsəlman əhali; bir də, azlıq təşkil edən 

və əsasən Şimali Azərbaycanın qərb bölgələrində yaşayan xristian al-

banlar.  Zaman  keçdikcə  Qərbi Azərbaycanın,  o  cümlədən  Qarabağın 

dağlıq bölgələrinin xristian əhalisi qriqoryanlaşdırılmağa başlandı.

Xilafət dağıldıqdan sonra IX əsrin ortalarından Azərbaycanın qədim 

dövlətçilik ənənələri yenidən dirçəldi.Azərbaycanda yeni siyasi dirçəliş 

başlandı:  Azərbaycan  torpaqlarında  Sacilər,  Şirvanşahlar,  Salarilər, 

Rəvvadilər,  Şəddadilər  dövlətləri  yarandı.  Siyasi,  iqtisadi  və  mədəni 

həyatın bütün sahələrində oyanış baş verməkdə idi.

Ərəb xilafətinin süqutu və Azərbaycan dövlətçiliyinin dirçəlişi ilə bir za-

manda Azərbaycan dili bütün ölkə ərazisində əsas ünsiyyət vasitəsinə çev-

rildi. Bu, Azərbaycanın gələcək inkişafına güclü təkan verə biləcək tarixi 

nailiyyət idi. IX əsrin 70-ci illərinin sonlarından başlayaraq yarım əsrdən 

çox davam edən bir tarixi dövr ərzində (879-941) Azərbaycan torpaqları-

nın hamısının vahid Azərbaycan Sacilər dövlətinin tərkibində olması bütün 

ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, etnik 

fərqlərin aradan qalxması və vahid Azərbaycan xalqının formalaşması pro-

sesinin daha da sürətlənməsinə müsbət təsir göstərdi.

Sacilər dövləti özünün ən qüdrətli çağlarında Zəncandan Dərbəndə, 

Xəzər sahillərindən Ani və Dəbil şəhərlərinə qədər geniş əraziləri əhatə 

edirdi. Bütün Azərbaycan torpaqları Sacilər dövlətinin tərkibinə daxil 

idi.Məhz bu dövrdə Azərbaycan və ümumtürk ədəbiyyatının şah əsəri 

olan “Kitabi-Dədə Qorqud” dastanları, demək olar ki, bütün Azərbaycan 

torpaqlarında yayıldı. Beləliklə, 600 ilə qədər davam edən Sasani və 

ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, 

Rəvvadilər, Şəddadilər) yaranması, İslam dininin bütün ölkə ərazisində 

əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, 

vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə