814
İslam dini, eyni zamanda Azərbaycanı idarə edən ayrı-ayrı feo-
dal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün
Azərbaycan əhalisinin yadelli qəsbkarlara qarşı vahid qüvvə halın-
da birləşməsində də mütərəqqi rol oynadı. Ümumi düşmənlərə qarşı
mübarizədə sıx birləşməyin zəruriliyi,vahid dinin İslamın ölkə əhalisinin
qaynayıb-qarışmasına, qohumlaşmasına,ümumi adət və mərasimlərə
yol açması etniksiyasi birliyi daha da möhkəmləndirdi.
Bununla belə, Ərəb xilafətinin tənəzzülündən sonra yaranmış
dövlətlərdən heç birinin uzun tarixi dövr ərzində Azərbaycanın bütün
ərazisini əhatə edən vahid, davamlı və qüdrətli dövlətə çevrilə bilməməsi
nəticəsində ölkədə uzun sürən siyasi sabitlik də yaranmadı. Azərbaycan
Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran
körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorlu-
ğunun tərkibinə daxil edildi.
Səlcuq dövrü Azərbaycanın tarixi müqəddəratında həlledici rol oy-
nadı. Sultan Alp Arslan Malazgird vuruşmasında (26 avqust 1071-ci il)
Bizans imperiyasının hərbi qüvvələrini darmadağın edərək qəti qələbə
çaldı. Beləliklə, müxtəlif tarixi dövrlərdə (həm eramızdan əvvəl, həm
də sonra) soykökündə, başlıca olaraq, iskit (skit, skif), sak, massaget,
hun, bulqar, xəzər, barsil, peçeneq, suvar, habelə başqa türk və qey-
ri-türk etnoslarının iştirak etdiyi və oğuz türklərinin (qaraqoyunlular,
ağqoyunlular, səlcuqlar və b.) həlledici rol oynadığı Azərbaycan xalqı-
nın təşəkkülü prosesi başa çatdı. Azərbaycan dili bütün Cənubi Qafqaz-
da, o cümlədən Azərbaycan ərazisində başlıca ünsiyyət vasitəsi oldu.
Sadə və anlaşıqlı Azərbaycan dili məhdud daiərədə fəaliyyət göstərən
dilləri, həmçinin ərəb və fars dillərini sıxışdıraraq bütün ölkə miqyasın-
da canlı ümumxalq dilinə çevrildi. El sənətkarlarının - ozanların (aşıq-
ların) oba-oba, oymaq-oymaq gəzib yaydıqları şifahi xalq yaradıcılığı
nü munələri, çox keçmədən, hamının başa düşdüyü doğma Azərbaycan
dilində nadir ədəbi incilərin meydana gəlməsi üçün zəmin yaratdı.
Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan
Eldənizlər dövləti Azərbaycan xalqının etnik-siyasi tarixində xüs usilə
böyük rol oynadı. Eldənizlərin hakimiyyəti dövründə bütün Azər-
baycan torpaqlarının vahid dövlətin tərkibində birləş dirilməsi iqtisadi,
siyasi və mədəni həyatın bütün sahələrində güclü yüksəlişə səbəb oldu.
Sənətkarlıq, ticarət, elm və mədəniyyət daha da inkişaf etdi. Daxili və
xarici ticarət əlaqələri genişləndi. Mədrəsələr açıldı, məscidlər, nadir
memarlıq abidələri ucaldıldı. Azərbaycan intibahı özünün Xaqani, Ni-
zami, Əcəmi zirvəsinə ucaldı. Görkəmli dövlət xadimləri Şəmsəddin
815
Eldəniz, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan Azərbaycanın
dövlət idarəçiliyi tarixinə parlaq səhi fələr yazdılar. Eldənizlərin
hakimiyyəti dövründə Azərbaycan dili və mədəniyyətinin yayıldığı
ərazi daha da genişləndi. Beləliklə, Ərəb xilafətinin tənəzzülündən son-
ra -IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və
Orta Şərqdə imperiyaların rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər,
Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqol-
lar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar,
Qaraqoyunlular, Səfəvilər, Qacarlar və başqa sülalələrin idarə etdikləri
dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın
deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində
dərin iz qoydular.
XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da
zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazisi Qaraqoyunlu, Ağqoyunlu
və Səfəvi dövlətləri bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə
olunurdu.
Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə
müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini,
Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqı-
nın maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli
şərait yaradırdı.Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və
Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mü-
hüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal
iştirak edirdilər.
Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468-1478)
hakimiyyəti illərində Ağqoyunlu dövləti bütün Yaxın və Orta Şərqdə
qüdrətli hərbi-siyasi amilə çevrildi. Azərbaycanın dövlətçilik
mədəniyyəti daha da inkişaf etdi.Uzun Həsən bütün Azərbaycan torpaq-
larını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti ye-
ridirdi. O, bu məqsədlə xüsusi “Qanunnamə” hazırlatmışdı. Uzaqgörən
dövlət xadimi ölkənin iqtisadi qüdrətini artırmaq üçün xəzinəyə vergi
ödəyən əhalinin vəziyyətini yaxşılaşdırmağa, oturaq təsərrüfat sahələrini
inkişaf etdirməyə, dövlət məmurlarının özbaşınalığına və iri tayfa baş-
çılarının hərbi-siyasi müstəqilliyinə son qoymağa çalışırdı.Uzun Həsən
məmləkətdə məzhəb ayrılığının baş verəcəyini və bunun dövlətin
qüdrətinə, ölkənin etnik-siyasi birliyinə mənfi təsir göstərəcəyini
irəlicədən görürdü. Buna görə də bacısını Şeyx Cüneyd Səfəviyə, qızı-
nı isə Şeyx Heydər Səfəviyə verməklə məmləkətdə yaxınlaşmaqda olan
məzhəb parçalanmasının qarşısını almağa, ağqoyunlularla səfəvilər