Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə279/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   275   276   277   278   279   280   281   282   ...   292

820

Respublikasının  bayrağı  qırmızı  rəngdəydi.  Azərbay can  Demokra-

tik  Respublikası  gərgin  və  mürəkkəb  ictimai-siyasi  şəraitdə  cəmi  23 

ay  fəaliyyət  göstərə  bildi.Təəssüflər  olsun  ki  Müs təqil  Azərbaycan 

Cümhuriyyəti iki yaşına dolmadan bolşevik lərin hücumuna məruz qa-

lıb  müvvəqəti  olaraq  devrildi.  Sovetlər  Birliyi, Azərbaycanı  məcburi 

surətdə  öz  tərkibinə  daxil  etdi.  27  aprel  1920  -  Bolşevik  Rusiyası-

nın  11-ci  ordusu  Bakıya  daxil  olub.Bu  vaxt  Xalq  Cümhuriyyətinin 

ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri 

ilə  döyüşdə  idi,azsaylı  sərhəd  qoşunları  isə  rus  ordusuna  müqavimət 

göstərə bilməmişdi. Bolşevik rəhbərliyi Azərbaycan K(b)P MK və Ru-

siya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil 

vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verib. 

Vəziyyəti  real  dəyərləndirən  parlament  gərgin  müzakirələrdən  sonra 

ultimatumla  razılaşıb  hakimiyyətin  kommunistlərə  verilməsi  barədə 

qərar qəbul etdiləb. Parlamentin qərarında Azərbaycanın istiqlalının və 

ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi par-

tiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin 

olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər bu şərtlərin heç 

birini saya salmadı. 

Bolşeviklər  tərəfindən  devirlməsinə  baxmayaraq  istiqlal  ideyası 

yenilməyib və M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha 

enməz!” şuarı öz əksini tapıb və nəhayət 1991-ci ildə Sovet İmperiyası-

nın dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

1969-cu il iyul ayının 14-də Azərbaycanın müasir tarixində dö nüş 

mərhələsinin təməli qoyuldu. Heydər Əliyevin həmin gün Azərbaycan 

Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi res-

publikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı oldu. Heydər 

Əliyevin Azərbaycana  rəhbərliyinin  birinci  dövrü  1969-1982-ci  illər 

Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil ol-

muşdur. 

Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən hakimiyyətə 

qayıdır.  Heydər  Əliyevin  hakimiyyətə Azərbaycanın  ən  yeni  tarixinə 

Milli Qurtuluş Günü kimi yazıldı. Həm birinci, həm də ikinci hakimiyyəti 

dövründə  Heydər  Əliyevin  əsas  missiyası  Azərbaycanı  xilas  etmək 

olub.  Əgər  1969-cu  ildə  Azərbaycan  iqtisadi  fəlakətin  astanasında 

idisə, 1993-cü ildə məhv olmaq ərəfəsində idi. Yalnız Heydər Əliyev 

zəkası Azərbaycanı bu bəlalardan xilas etdi. Heydər Əliyevin”Mən fəxr 

edirəm ki, Azərbay canlıyam”kəlməsi bütün dünya Azərbaycanlılarının 

şüarıdır.




821

 Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun 

siyasi kursunu uğurla davam etdirir. Prezident İlham Əliyevin qeyd et-

diyi kimi, “Azərbaycanın gələcək uğurları Heydər Əliyevin siyasəti ilə 

bağlıdır. Bu siyasətə alternativ yoxdur. Yalnız bu siyasət Azərbaycanı 

uğurlu gələcəyə aparacaqdır.” Heydər Əliyev.

Azərbaycanda Respublika Günü,dövlət müstəqilliyinin bərpası günü 

1990-cı ildən dövlət bayramı kimi qeyd olunur.Azərbaycanda Respub-

lika Günü (28 may 1918-ci il) Azərbaycanın ən parlaq və unudulmaz ta-

rixi günlərindən biri - Azərbaycanın istiqlal günüdür. Respublika Günü 

hökumət və ictimaiyyət tərəfindən hər il bayram kimi qeyd edilir.

 

 DAHİ SƏRKƏRDƏ BABƏK HAQQINDA 

Dünya tarixində bir çox qiyam və hərəkatların mahiyyəti sonradan 

təhrif olunmuş və gələcək nəsillərə səhv çatdırılmışdır. Üsyanların bir 

çoxu haqq-ədalətin bərpası naminə həyata keçirilsə də, bunlara qarşı 

güclü  antitəbliğat  aparılmış  və  ictimai  fikr  tamamilə  əks  istiqamətə 

yönəldilmişdir.

Elə yaşadığımız yaxın tarixə nəzər salsaq 20 Yanvar hadisələri baş 

verdiyi zaman Sovet dövləti və ölkə mediyasında ilk verilən məlumatlar 

bundan ibarət idi ki: “Əli silahlı ekstrimis qüvvələr dövlətə qarşı üsyan 

etmiş və silahlı qüvvələrimiz tərəfindən bu üsyan yatırılmışdır. ”Həmin 

dövrdə baş verən hadisələr və xaos hamımızın yaddaşında daima ya-

şayacaqdır.  Bundan  başqa  keşmiş  və  yaxın  tarixdə  baş  verən  inqilab 

və  müharibələrin  gedişatı  və  nəticəsi  haqqında  yanlış  məlumatların 

verilməsinin bu gündə şahidi oluruq.

Məlim olduğu kimi Azərbaycanın islamlaşma hicrətin 18-ci ilindən 

(639-cu  il)  başlamişdı  və  tarixci  Bəlazurinin  məlumatına  gorə,  artıq 

xəlifə Əli ibn Əbu Talibin hakimiyyəti dövrundə (656-661) Azərbaycan 

əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Azərbaycanda islamlaşma-

nın birinci mərhələsi 7-ci əsrin ortalarından 8-ci əsrin əvvəllərinə qədər 

dövru əhatə edir. 

Xürrəmilər hərəkatı 755-ci ildən Azərbaycan Ərəb Xilafətinin tərki- 

bində olduğu dövrdə Abbasi xəlifələrinə və onların haqsız əməllərinə 

qarşı və Azərbaycanın öz müstəqilliyini qorumaq uğrunda yaranan bir 

xalq hərəkatı idi. 

Əvvəlcə  yaranmış  (778-ci  ildən  və  816-cı  ilə  qədər  davam  edən) 

Xürrəmilər hərəkatına Cavidan  ibn Səhl və Əbu İmran başçılıq etmiş-

di və bu hərəkat Abbası xəlifəsi tərəfindən məhv edilmişdir. Cavidanın 




822

ölümündən sonra xürrəmilərə rəhbərlik etməyə başlayan  Babəkin əsas 

məqsədi Abbasi xəlifələrinə və onların əlaltılarına qarşı mübarizədən 

ibarət olmuşdur.   (ət-Təbəri) 

Orta əsr mənbələrində bildirildiyi kimi, əvvəlcə Cavidanın, sonra isə 

iyirmi ildən artıq Babəkin başçılıq etdiyi xürrəmilərin Azərbaycandakı 

mərkəzi  və  ya  paytaxtı  qala  şəhəri  olan  Bəzz  idi.  Ət-Təbəri  de-

yir  ki,  Bəzz  “Babəkin  vilayəti  və  şəhəri  idi”.Əl-Məsudi  yazır: 

“Babək Azərbaycan ölkəsində olan Bəzzeyn dağlarında üsyan qaldır-

mışdı.”( Əl-Məsudi, BGA, VIII, səh. 353)

Bu  hərəkatın  “mühəmmərə”  (qırmızılar)  adlanmasının  səbəbi  isə, 

üsyan  iştirakçılarının  geyiminin  rəmzi  rənginin  qırmızı  olması  idi 

(Abbasilərin rəmzi olan qara rəngin müqabilində). 

Böyük  ehtimala  görə,  xürrəmilər  hərəkatı  Abbasiləri  hakimiyyətə 

gətirmiş  Əbu  Müslim  Xorasaninin  sui-qəsd  nəticəsində  qətlə 

yetirilməsindən dərhal sonra, yaranmışdı. Abbasilərin qələbəsinə gətirib 

çıxaran (747-750) Əbu Müslimin üsyanı müxtəlif dinlərə etiqad edən, 

lakin eyni məqsədə – Əməvi(Bəni-Ümeyyə) üsul-idarəsini devirməyə 

xidmət edənləri birləşdirmişdi: üsyançılar arasında müxtəlif  şiə və sün-

ni təriqətlərinə mənsub müsəlmanlar, eləcə də atəşpərəstlik ideyalarını 

təbliğ  edən  məzdəkilər  və  başqaları  da  vardı.  Bütün  bu  qüvvələrdən 

istifadə  edən  Abbasilər  isə  hakimiyyətə  gəldikdən  sonra  öz  əvvəlki 

havadarlarından yaxa qurtarmağa çalışdılar. Əbu Müslimin qətlindən 

sonra Əməvilərə qarşı siyrilmiş qılıncın ağzı Abbasilərə tərəf çevrildi. 

Beləliklə, hakim sülalə ilə mübarizə səhnəsinə etiqadları ayrı da olsa, 

məqsədləri yaxın olan təriqətlər atıldılar. Elə buna görə də müsəlman 

müəllifləri ideya baxımından yaxınlaşmış bu təriqətləri sadəcə olaraq 

bir-birinə qarışdırır, onları gah xürrəmi, gah məzdəki adlandırır və ifrat 

şiə təriqətlərinə aid edirdilər. (İbn Kəsir, səh. 62.)  

Qeyd edilməlidir ki, xürrəmiləri və xürrəmdiniləri ifrat şiə təriqətləri 

kimi  qiymətləndirən  müsəlman  filosofları  içərisində  bu  təriqətlərin 

ardıcıllarını  “ifrat”  şiə  baxışlarına  çox  yaxın  olan  “batinilər”  –

ismaillilər  təriqətinə aid edənlər də vardı. XI əsrdə yaşamış məşhur 

filosof imam Əbu Hamid əl-Ğəzalı batinilərin səkkiz ləqəbləri sırasında 

ismaililər və qarmatlarla yanaşı, xürrəmiləri, babəkiləri, müxəmmiriləri 

də  sadalayır.  Elə  oradaca  batiniliyin  mənası  da  açılır:  “Quranda  və 

hədislərdə bütün aşkar görünənlərin gizli (batini) mənası var; zahirdə 

olan yalnız simvoldur, gizlində qalan isə həqiqətə işarədir; gizlini dərk 

edənin üzərindən dini borclar götürülür”.

Artıq 816-838 illərdə Azərbaycanda İslam daha güclənir və Abbasilər 

hakimiyyətinin  ilk  dövrlərindən  başlanan  təriqətlər  məsələsi,  Babək 

hərəkatının yaranmasına səbəb olur və islam təsəvvufu təşəkkul tapır. 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə