816
arasında barışıq yaratmağa çalışırdı. Dünya hərb sənətində baş verən
dəyişiklikləri diqqətlə izləyən görkəmli sərkərdə güclü nizami ordu ya-
ratmağa çalışır, muzdla xidmət edən piyada qoşunların sayını artırır,
odlu silahlar istehsalına başlamaq və güclü artilleriya yaratmaq üçün
hazırlıqlar görürdü. Bu məqsədlə o,İtaliyadan toptökən ustalar və hərbi
mütəxəssislər dəvət etmişdi.Görkəmli dövlət xadimi elmin,maarifin
inkişafına xüsusi diqqət yetirirdi.O, dövrün ən qabaqcıl alimlərini
öz sarayına toplamışdı. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər
alim çalışırdı.Uzun Həsən sarayında dövrün görkəmli alimlərindən
ibarət elmi məclis fəaliyyət göstərirdi. Böyük hökmdar Qurani-Kərimi
azərbaycancaya çevirtdirmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr
Tehraniyə “Kitabi-Diyarbəkriyyə” adlı oğuznamə yazdırmışdı. Uzun
Həsən dövründə Azərbaycanın Şərq-Qərb əlaqələrindəki rolu daha da
artmışdı. Azərbaycanın ənənəvi əlaqələr saxladığı Şərq ölkələrindən
başqa Avropa dövlətləri ilə də geniş diplomatik münasibətlər yarat-
mışdı. Uzun Həsən dövründə Azərbaycan elçiləri Venesiya Respub-
likası, Papalıq, Neapol krallığı, Albaniya, Macarıstan,Polşa, Alma-
niya, Burqundiya hersoqluğu, Kipr, Rodos, Trabzon imperatorluğu,
Böyük Moskva knyazlığı ilə, həmçinin bir çox qonşu Şərq ölkələri
hökmdarlarının saraylarında diplomatik danışıqlar aparmışdılar.Xari-
ci ölkələrlə aparılan danışıqlarda Uzun Həsənin anası o zaman bütün
Şərqdə yeganə qadın diplomat olan Sara Xatun mühüm rol oynayır-
dı.Təbrizdə Uzun Həsən sarayında Venesiya Respublikasının daimi
səfirliyi fəaliyyət göstərirdi. Azərbaycan Şərqlə Qərb üçün ümumi ma-
raq doğuran beynəlxalq problemlərin həllində mühüm rol oynayırdı.
XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün
tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu.Uzun Həsənin nəvəsi
görkəmli dövlət xadimi Şah İsmayıl Xətai bütün Azərbaycan torpaqla-
rını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan
vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana
gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi
mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi.
Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının
həyata keçirdikləri uğurlu islahatlar,daxili və xarici siyasət nəticəsində
Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə
çevrildi. Geniş ərazili Səfəvi imperiyasını idarə etmək üçün mükəmməl
dövlət idarəçiliyi mexanizmi yaradıldı.
Səfəvi hökmdarları dünyəvi hakimiyyətlə yanaşı, dini hakimiyyəti də
ələ keçirdilər. Bununla, mərkəzi hakimiyyət daha da qüvvətləndirildi.
817
Şah sarayında Ali məşvərət məclisi və ya Ali səltənət şurası
(“Məclisiəla”) fəaliyyət göstərirdi. Mərkəzi və yerli idarə orqanlarının
işini tənzimləyən mükəmməl bir bürokratik sistem yaradılmışdı. Ölkə
ərazisindəki bütün məhkəmə işlərinə Ali divan nəzarət edirdi. Səfəvi
hökmdarlarının, xüsusən Şah Abbasın keçirdiyi islahatlar nəticəsində
Səfəvilərin hərbi qüvvələri dünyanın ən qüdrətli ordularından birinə
çevrilmişdi. Səfəvilərin hakimiyyəti illərində bütün Yaxın və Orta
Şərqdə Azərbaycan dilinin rolu daha da artdı.Səfəvi sarayına gəlmiş
xarici ölkə elçiləri ilə diplomatik danışıqlar da Azərbaycan dilində apa-
rılırdı.
Ağqoyunluların xarici siyasət xəttini davam etdirən Səfəvilərin
hakimiyyəti dövründə də Azərbaycan Qara dəniz və Aralıq dənizi
hövzəsi ölkələrindən başlamış uzaq İngiltərə və Skandinaviyaya qədər
bir çox Avropa dövlətləri ilə diplomatik əlaqə saxlayırdı. Şah İsmayıl
Xətai, Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə, Şah Abbas və b.
Azərbaycan hökmdarlarının saraylarında çoxsaylı Qərb diplomatları
Səfəvi dövləti ilə sıx qarşılıqlı əlaqələr yaratmaq üçün danışıqlar apar-
mışdılar. Azərbaycan Ağqoyunlular dövründə olduğu kimi, Səfəvilərin
hakimiyyəti zamanında da Şərqlə Qərb arasındakı qarşılıqlı əlaqələrdə
mühüm rol oynamaqda davam edirdi.
Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli
Azərbaycan sərkərdəsi Nadir şah (1736-1747) keçmiş Səfəvi imperi-
yasının sərhədlərini daha da genişləndirdi. Bu böyük hökmdar 1739-cu
ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi.Lakin onun
bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları
baş tutmadı.
Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya
süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə
qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər
yarandı.
Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə, xan-
lıqlara və sultanlıqlara parçalandı.Ölkənin hərbi-siyasi tənəzzül dövrü
başlandı.Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa ça-
lışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində
birləşdirməyə çalışsalar da,bu, heç bir nəticə vermədi. Siyasi
pərakəndəlik daha da dərinləşdi.Bununla Azərbaycanı işğal etməyə ça-
lışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü.
XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925)
İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları