Ağstafa Rayonu üzrə İqlim Dəyişmələrinə Adaptasiya və Təbii Fəlakət Risklərinin Azaldılmasına dair Fəaliyyət Planı (2014-2020)



Yüklə 198,83 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix26.10.2017
ölçüsü198,83 Kb.
#6814
1   2   3   4   5

 

7

Güclü yağışlar ətraf mühitin çirklənməsinə, torpaqların erroziyasına və torpaq 



sürüşmələrinə şərait yaradır 

Kənd təsərrüfatı sahələri, 

Otlaqlar, İnfrastruktur 

Yazda Kür çayında suyun səviyyəsinin qalxması səbəbindən ətrafdakı kənd 

təsərrüfatı torpaqları daşqınlara məruz qalır. 

Kənd təsərrüfatı sahələri, 

Otlaqlar 

Cədvəl 2: Şəmkir rayonunda müəyyən edilmiş cari problemlər  

3. Şəmkir rayonunda iqlim ssenariləri və onların birbaşa təsirləri 

Rayon üzrə iqlim dəyişmələrinə bir o qədər də aidiyyatı olmayan cari problemləri müəyyən etdikdən və 

sadaladıqdan sonra (bax: bölmə 2), mümkün birbaşa təsirləri müəyyənləşdirmək məqsədilə  YİQ tərəfindən 

iqlim tendensiyaları müəyyən edilmişdir: bunlar regionda yeni problemlərə  zəmin yaradacaq, yoxsa artıq 

mövcud olan problemləri daha da gərginləşdirəcək?  İqlim tendensiyaları qrupun yerli bilik/təcrübəsinə 

əsaslanaraq müəyyən edilmiş  və ilkin vəziyyətin təhlilinə dair hesabatda yer almış iqlim dəyişmələrinə dair 

proqnozlar  əsasında çarpaz qaydada yoxlanılmışdır. Qrup tərəfindən müəyyən edilmiş başlıca iqlim 

tendensiyalar bunlardır: temperatur artımı, yaxud quru günlərin müddətinin artması, küləklərin tez-tez baş 

verməsi və intensivliyinin artması  və gündəlik maksimum buxarlanmanın artması. Cədvəl 3-də iqlim 

dəyişmələri tendensiyalarının siyahısı onların birbaşa təsirləri və aidiyyatı təhlil sahələri ilə birgə qeyd olunub. 

Cədvəldən göründüyü kimi birbaşa təsir sütununda yer almış problemlər Cədvəl 2-də yer almış Şəmkir rayonu 

üzrə mövcud bəzi problemlərə oxşardır.  



İqlim tendensiyaları 

Birbaşa təsirlər 

Müvafiq sahələr 

temperatur artımı yaxud quraq keçən  

günlərin müddətinin artması 

Kənd təsərrüfatı məhsuldarlığı və çayların 

bolsululuğu azala bilər 

Kənd təsərrüfatı sahələri, 

Çay 

küləklərin tez-tez baş verməsi və 



intensivliyinin artması 

Torpaq eroziyasını artıra bilər Kənd təsərrüfatı sahələri 

 buxarlanmanın maksimum artması 

Təbii fəlakətlərin sayı arta bilər (sel, torpaq 

sürüşməsi, daşqın/çayda su səviyyəsinin artması) 

İnfrastruktur,  

Kənd təsərrüfatı sahələri 

Cədvəl 3: Müəyyən edilmiş iqlim ssenariləri və onların Şəmkir rayonuna göstərə biləcəkləri birbaşa təsirlər 

4. Şəmkir rayonuna kompleks təsirlər 

4-cü addımda qrup üzvləri Cədvəl 3-də sadalanmış iqlim dəyişmələrinin birbaşa təsirlərini və iqlim 

tendensiyalarının cari problemlərə (bax: Cədvəl 2) göstərdikləri potensial təsirləri, onların aid olduğu sahələrlə 

birgə bir cədvəldə birləşdirir. Buna görə də, iqlim dəyişmələrinin təsir edəcəyi yaxud kəskinləşdirə biləcəyi bir 

neçə  təhlil sahəsi (Şəmkirda başlıca fəaliyyət sahələri kimi müəyyən edilmiş) Cədvəl 4-də göstərilmiºdir. 

Məsələn, sel, daşqın, tufan və quraqlıq kimi təbii hadisələr kənd təsərrüfatı sahələrinə təsir göstərə bilər. Bundan 

əlavə, meşə zolağının kəsilməsi və əlverişli olmayan infrastruktur (məs. suvarma sistemi) kimi insan faktorları 

kənd təsərrüfatı sektoruna mənfi təsir göstərir. Sosial, iqtisadi və ekoloji sektora ziyan vuran təbii hadisələr 

iqlim parametrlərində  dəyişikliklər (temperatur, buxarlanma) və meşələrin qırılması  səbəbindən daha da 

intensivləşə bilər. Aydındır ki, təhlil sahələri üzrə bir çox çətinliklər bir-biri ilə əlaqədardır.  



Kompleks təsirlər 

Təhlil sahələri 

Kənd təsərrüfatı məhsuldarlığı qırılmış meşə zolağı və tez-tez baş verən fırtınalar və 

onların intensivliyinin artması nəticəsində əhəmiyyətli dərəcədə azalacaqdır. Kənd 

təsərrüfatı məhsuldarlığına temperatur və quraq keçən günlərin sayının artması və qeyri-

effektiv suvarma sistemin nəticəsində mənfi təsir göstərilə bilər. 

Kənd təsərrüfatı sahələri, 

İnfrastruktur 

Gündəlik maksimum yağıntının artması yerli əhali, ətraf mühit (içməli suların 

çirklənməsi) və infrastrukturu təbii (geoloji və hidroloji) fəlakətlərə məruz qoyur. 

İnfrastruktur,  

Kənd təsərrüfatı sahələri 

Meşələrin qırılması, meşə zolaqlarının kəsilməsi eroziya prosesini fəallaşdıraraq  torpaq 

sürüşməsi və sellərin yaranması riskini artıra bilər.  

Meşə,  


Kənd təsərrüfatı sahələri 

Cədvəl 4: Şəmkir rayonu üzrə müəyyən edilmiş kompleks təsirlər 

 


5. Şəmkir rayonu üzrə müəyyən edilmiş adaptasiya tədbirləri 

 

Yuxarıda təqdim olunan bütün cədvəllər (1-4 saylı addımlar) Şəmkir rayonu üçün strateji məqsədlərin əldə edilməsi üçün işlənib hazırlanmışdır. Buna uyğun olaraq, YİQ 



Cədvəl 4-dən əldə edilmiş nəticələrə əsasən 3 başlıca strateji məqsəd müəyyən etmişdir. Şəmkir rayonu ərazisində müəyyən edilmiş strateji məqsədlər bunlardır: I. Kənd 

təsərrüfatı məhsuldarlığının artırılması; II. Təbii fəlakət risklərinin azaldılması; və III. Ekoloji çirklənmənin azaldılması (içməli suyun keyfiyyətinin artırılması ). Bu 

strateji məqsədlərə uyğun olaraq müvafiq nəticələr (məhsullar üzrə  nəticələr)  əldə edilmiş, məhsullar (nailiyyətlər yaxud fəaliyyət məhsulları) və  fəaliyyətlər/strateji 

adaptasiya tədbirləri (görüləcək işlər) Cədvəl 5-də görmək mümkündür. Sonda, YİQ üzvləri hər bir strateji obyektin məntiq və ardıcıllığını təmin etmək üçün əldə edilmiş 

nəticələri soldan sağa (fəaliyyətlərdən strateji məqsədlərə) izləməklə çarpaz qaydada yoxladılar.  

Fəaliyyətlər 

Məhsullar 

(ilkin nəticələr) 

Nəticələr 

Strateji məqsədlər 

1.  İDA baxımından dayanıqlı  kənd təsərrüfatı ilə bağlı innovativ yanaşmalara (su 

resurslarının qorunması, küləkdən qoruyan meşə zolağının bərpa edilməsi və 

aidiyyatı məsələlər də daxil olmaqla) dair yerli maraqlı tərəflər üçün (fermerlər, 

yerli orqanlar və s.) treninq  

2.  İDA və  kənd təsərrüfatına (su resurslarının qorunması, küləkdən qoruyan meşə 

zolağının bərpa edilməsi və aidiyyatı  məsələlər də daxil olmaqla) dair 

məlumatlandırıcı materialların (broşürlər, kitabçalar, təlimatlar) hazırlanması 

3.  Kənd təsərrüfatı  və  İDA dair məsələlər (su resurslarının qorunması, küləkdən 

qoruyan meşə zolağının bərpa edilməsi və aidiyyatı məsələlər də daxil olmaqla) 

haqda məlumatlılıq səviyyəsini artırılması  məqsədilə kommunikasiya 

fəaliyyətləri (TV, radio verilişləri və ictimai elanlar, toplantılar və s.) 

Dəyişən  İDA mühitində dayanıqlı  kənd 

təsərrüfatı (o cümlədən su resurslarının 

qorunması, küləkdən qoruyan meşə zolağının 

bərpa edilməsi və aidiyyatı məsələlər) ilə bağlı 

ictimai maafirləndirmə səviyyəsi artırılmışdır  

4.  Dayanıqlı  kənd təsərrüfatı  təcrübələrini nümayiş etdirmək üçün bir sıra pilot 

layihələrin (məs., orqanik bioloji maddələrdən istifadə edərək məhsul istehsalı, 

növbəli  əkin, münbitliyin artırılması üçün soxulcanlardan istifadə, mulçalama 

texnologiyası, və s.) icra edilməsi 

5.  Suvarma üzrə innovativ pilot layihələrin icrası (məs., sudan səmərəli istifadə 

üçün püskürmə yaxud damcılı suvarma) 

6.  Şəmkirda suvarma sisteminin inşası/bərpası 

7.  Meşə zolağının bərpası üçün bir sıra pilot layihənin icrası (meşələrə dair digər 

layihələr: meşələrin bərpası, tinglik, elektrikli simli çəpərlərin çəkilməsi, və s.) 

8.  Alternativ enerji mənbələrindən istifadə (məs., günəş panelləri, enerjiyə  qənaet 

edən sobalar və s.) 

Pilot kəndlərdə  kənd təsərrüfatı sektoru üzrə 

innovativ yanaşmalar (su resurslarının 

qorunması, küləkdən qoruyan meşə zolağının 

bərpa edilməsi və aidiyyatı məsələlər də daxil 

olmaqla) tətbiq edilmiş  və  ətraf kəndlərdə bu 

proses təkrarlanmışdır 

Kənd təsərrüfatı 

sektorunda  İDA ilə bağlı 

innovativ texnologiyalar 

öyrənilir və Şəmkir rayon 

icması  tərəfindən tətbiq 

edilir  


I.  Şəmkirda kənd təsərrüfatı 

məhsullarının istehsalı  və    nəticə 

etibarı ilə rayonun gəliri də 

artmışdır. 

 

 



1.  TFRA ilə bağlı yerli maraqlı tərəflər (məs., müəllimlər və məktəb şagirdləri) üçün 

təlimlər 

2.  Təbii Fəlakət Rİsklərinin Azaldılması (TFRA)/Təbii Fəlakət Risklərinin 

İdarəçiliyi (TFRİ) ilə bağlı informativ materialların (broşürlar, kitabçalar, 

təlimatlar) hazırlanması 

3.  TFRA bağlı  məsələlər üzrə  məlumatlılığın artırılması üçün kommunikasiya 

fəaliyyətləri (TV, radio verilişləri və ictimari elanlar, toplantılar və s.) 

 

 



TFRA/TFRİ ilə bağlı yerli maraqlı  tərəflərin 

maarifləndirməsi artırılmışdır 

 

 

Təbii hadisələrin mənfi 



təsiri azaldılmışdır 

 

II.  Şəmkirda təbii hadisələrin 



yarada biləcəyi risklər 

azaldılmışdır 

 




Yüklə 198,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə