Ahmedalhasan313. wordpress com



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə57/59
tarix30.10.2018
ölçüsü2,54 Mb.
#76441
1   ...   51   52   53   54   55   56   57   58   59

ahmedalhasan313.wordpress.com 
125 
 
çəkindirdikcə  Allahın  ədaləti  onların  üzərində  olacaq.  Əgər  belə  etməsələr  və  sonra 
(ortaya çıxan vəziyyətdən) narahat olub “lə iləhə illəllah!” desələr, Allah ərşindən onlara 
deyəcək: “Yalan deyirsiniz, dediyiniz sözdə doğru deyilsiniz.” 
- Biharul-Ənvar: 52/228, hədis 92; Ğeybəti-Numani: 277, hədis 3 
Abdullah  ibn  Sənan  nəql  edir:  Mən  və  atam  Əba  Əbdillah  (ə.s)’ın  yanına  daxil  olduq. 
Həzrət  buyurdu:  “Bir  hidayət  imamı  və  aşkar  bayraq  görmədiyiniz  bə  yalnızca  ğəriq 
duası oxuyan şəxsin nicat tapacağı bir hala düşdükdə halınız necə olacaq?” Atam dedi: 
“Allaha and olsun ki, bu bəladır. Sizə fəda olum, bəs o zaman biz nə edək?” Buyurdu: 
“Bu baş verincə, ki sən o zamanı görməyəcəksən, iş sizin üçün aydın olanadək əlinizdəki-
lərdən yapışın.” 
- İsbatul-Huda: 3/534, hədis 472; Kəmalud-din: 348; Biharul-Ənvar: 52/133, hədis 37; Mucəmul-
Əhadis: 3/399, hədis 953; Qeybəti-Numani (azəricə): s.168, hədis 4 
Müfəzzəl  ibn  Ömərdən  nəql  edilir:  Bir  dəfə  Əba  Əbdillah  (ə.s)’ın  məclisində  idim  və 
mənimlə  birgə  başqa  bir  neçə  nəfər  var  idi.  Həzrət  bizə  dedi:  “Məbadə  yayıb  məşhur 
edəsiniz (yəni, Qaim (ə.s)’ın adını).” Mən elə zənn etdim ki, həzrət mənim yanımdakıları 
nəzərdə tutur. Lakin mənə dedi: “Ey Abdullahın atası, məbadə danışıb yayasınız. Allaha 
and olsun ki, (imamınız) bir müddət sizdən qeybdə olacaq və gizli qalacaq. O qədər ki, 
hətta  deyəcəklər:  “Ölüb  ya  həlak  olub,  hansı  vadiyə  gedib?”  Möminlərin  gözləri  ona 
ağlayacaq, gəmi dəniz dalğaları arasında yırğalandığı kimi onlar da yırğalanacaqlar. Bu 
zaman  YALNIZ  Allahın  əhd  aldığı,  qəlbinə  iman  yazdığı  və  Özündən  olan  bir  ruhla 
gücləndirdiyi  şəxslər  nicat  tapacaqlar.  ON  İKİ  ŞÜBHƏLİ  BAYRAQ  qalxacaq  ki,  hansı 
hansındandır  bilinməyəcək.”  Müfəzzəl  deyir:  Mən  ağladım.  Həzrət  mənə  dedi:  “Səni 
ağladan  nədir?”  Dedim:  “Sizə  qurban  olum,  necə  ağlamayım?  Bir  halda  ki,  deyirsiniz 
hansı hansından olduğu bilinməyən on iki şübhəli bayraq qalxacaq.” Müfəzzəl deyir: Bu 
zaman həzrət (ə.s) evin içəriyə günəş düşən pəncərəsinə baxıb dedi: “Bu günəş aydındır?” 
Dedim:  “Bəli.”  Buyurdu:  “Allaha  and  olsun  ki,  BİZİM  ƏMRİMİZ  ONDAN  DAHA 
AYDINDIR.” 
-  Biharul-Ənvar:  51/147,  hədis  18;  Bəşarətul-İslam:  148;  Mucəmul-Əhadis:  3/429;  Qeybəti-
Numani: s.158, hədis 9 
Müfəzzəl ibn Ömər nəql edir: Əba Əbdillah (ə.s) buyurdu: “Bu dəstənin Allaha ən yaxın 
olduqları  və  Allahın  da  onlardan  ən  çox  razı  olduğu  vaxt  o  vaxtdır  ki,  o  zaman  onlar 
Allahın  höccətini  itirəcəklər.  O  onlardan  gizli  qalacaq,  onlara  görünməyəcək  və  onlar 
onun  yerini  bilməyəcəklər.  Lakin  onlar  bu  dövr  ərzində  yəqin  şəkildə  biləcəklər  ki, 
Allahın höccəti aradan getməyib və verdiyi vəd puç olmayıb. Bu baş verincə səhər-axşam 
fərəci gözləyin. (Həmçinin) Allahın düşmənlərinə ən çox qəzəb etdiyi vaxt da höccətinin 
(gözlərdən) itdiyi və aşkar olmadığı zamandır. Allah əzzə və cəllə (əzəli elmi ilə) bilmişdir 
ki, onun dostları şübhəyə düşməyəcəklər. Əgər bilsəydi ki, şübhəyə düşəcəklər, o zaman 


Ansarullah Production 
126 
 
bir göz qırpımı belə öz höccətini onlardan gizləməzdi. Bu (Allahın qəzəbi), yalnız ən şərr 
insanlar üçün olacaq.” 
- Kafi: 1/333, hədis 1; Kəmalud-din: 338, hədis 10; Ğeybəti-Tusi: 457, hədis 468; İlamul-vəra: 404; 
Biharul-Ənvar: 52/94, hədis 9; Ğeybəti-Numani (azəricə): s.172, hədis 1 
İbrahim ibn Ömər əl-Yəmani nəql edir: Əba Cəfər (ə.s)’ın belə dediyini eşitdim: “Bu işin 
sahibinin iki qeybə çəkilməsi olacaqdır.” Həmçinin belə dediyini eşitdim: “Qaim qiyam 
etdiyi zaman boynunda heç kəsin beyəti olmayacaq.” 
-  Hilyətul-Əbrar:  2/592;  Biharul-Ənvar:  52/155, hədis  12;  Mucəmul-Əhadis:  3/233,  hədis  759; 
Ğeybəti-Numani: s.184, hədis 3. 
Hişam  ibn  Salim  nəql  edir:  Əba  Əbdillah  (ə.s)  buyurdu:  “Qaim  qiyam  etdiyi  zaman 
boynunda heç kəsin sazişi, əhdi və ya beyəti olmayacaq.” 
- Kafi: 1/342, hədis 27; Kəmalud-din: 479, hədis 2; Biharul-Ənvar: 51/39, hədis 16, 17; Ğeybəti-
Numani: 208, hədis 46  
Əyyub ibn Nuh nəql edir: Əbul-Həsən əs-Salis (İmam Hadi) (ə.s) belə buyurdu: “Elə ki, 
bayrağınız aranızdan qalxdı, ayaqlarınızın altından fərəci gözləyin.” 
-  Kafi:  1/341,  hədis  24;  Kəmalud-din:  381,  hədis  4;  Biharul-Ənvar:  51/155,  hədis  8;  Ğeybəti-
Numani: s.204, hədis 39 
Əbul Carud nəql edir: Əbu Cəfər (ə.s) mənə dedi: “Ey Əbəl-Carud, əgər dövran dönüb 
(elə bir zaman gəlsə) ki, camaat “ölüb ya həlak olub, hansı vadiyə gedib?” desə və onu 
axtaran  “o  necə  sağ  ola  bilər,  indiyə  onun  sümükləri  çürüyər!”  –  desə,  o  zaman  onu 
gözləyin. Elə ki eşitdiniz (zühur edib), hətta qar üzərində sürünməklə də olsa ona tərəf 
tələsin.” 
- Kəmalud-din: 326, hədis 5; İlamul-Vəra: 302; İsbatul-Huda: 3/468, hədis 131; Biharul-Ənvar: 
51/136, hədis 1; Ğeybəti-Numani: 161-162, hədis 12 
Əba Əbdillah (ə.s) buyurdu: “Camaat Ərəfatda vuquf etdikləri zaman sürətli bir dəvəyə 
minən bir süvari gəlib onlara bir xəlifənin ölüm xəbərini çatdıracaq. O öldüyü zaman Ali-
Muhəmmədin  (ə.s)  və  bütün  insanların  fərəci  baş  verəcək.”  Sonra  buyurdu:  “ŞƏRQ 
TƏRƏFDƏN bir neçə gecə görünən böyük bir od gördüyünüz zaman Ali-Muhəmmədin 
(ə.s) fərəci baş verəcək. Bu, Qaimin (ə.s) gəlişindən azacıq əvvəl baş verəcək.” 
-  Əqdüd-dürər:  106;  Burhanul-Müttəqi:  109,  hədis  20;  İsbatul-Huda:  3/737,  hədis  106  və  107; 
Biharul-Ənvar: 52/240, hədis 107; Ğeybəti-Numani (azəricə): 300, hədis 37 
İbn  Əbu  Yaruf  nəql  edir:  Əba  Əbdillah  (ə.s)  mənə  dedi:  “Filankəsin  həlakını  –  Bəni-
Abbasdan olan bir şəxsin adını dedi –, Süfyaninin çıxışını, Nəfsi-Zəkiyyənin qətlini, yerə 
batan qoşunu və səsi əlində tut.” Dedim: “Səs nədir, carçının (səsi)dir?” Buyurdu: “Bəli. 


Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə